Ana səhifə »  Müsahibə »  Ulu Öndər milli şüurda yaşanan dövlətçilik irsini reallıqlara çevirdi
A+   Yenilə  A-
Ulu Öndər milli şüurda yaşanan dövlətçilik irsini reallıqlara çevirdi

AMEA-nın müxbir üzvü, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov www.yap.org.az saytına müsahibə verib:
- Misir müəllim, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründən 52 il keçir. Ümummilli Liderin hakimiyyətinin birinci dövrünü necə xarakterizə edərdiniz?
- İllər keçdikcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyası daha aydın görünür, düzgün dəyərləndirilir, fəaliyyətinin hər bir sahəsi tədqiqat mövzusu kimi araşdırılır, neçə-neçə elmi əsərlərin, kitabların ərsəyə gəlməsini şərtləndirir. Dahi şəxsiyyətin hakimiyyətinin birinci dövrü, yəni 1969-1982-ci illərdəki fəaliyyəti böyük bir təcrübə xəzinəsidir. Böyük tarixi şəxsiyyətlərə zaman özü həmişə ehtiyac duyur. Azərbaycanın Ulu Öndər Heydər Əliyevə ehtiyacı olanda O, bu tarixi missiyanı şərəflə Öz üzərinə götürdü. Ulu Öndər 52 il bundan əvvəl Azərbaycana rəhbər seçiləndə qarşısında başlıca vəzifə kimi, ilk növbədə, ölkənin mənəvi-psixoloji mühitinin ciddi surətdə dəyişdirilməsi dururdu. Həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. Keçmiş İttifaqın ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Ulu Öndər Heydər Əliyevin respublikanın ali vəzifəsinə seçilməsi ilə xalqımız üçün, sözün əsl mənasında, tərəqqinin və yüksəlişin əsası qoyuldu. Hələ gənclik illərindən əmək fəaliyyətinə başlayan Ulu Öndər 1944-cü ildən 1969-cu ilədək Dövlət Təhlükəsizliyi Komitəsində sıravi əməkdaşdan sədr vəzifəsinə qədər şərəfli yol keçərək böyük şöhrət qazanmışdı. Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi Azərbaycanın xilasının birinci mərhələsi, xalqın özünə qayıdış tarixidir. Azərbaycanda Ulu Öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə (1969-1982) sosial, siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində ölçüyəgəlməz uğurlar qazanılıb, qüdrətli iqtisadi potensial, maddi-texniki baza yaradılıb, əhalinin rifahı xeyli yüksəlib, elm, təhsil, mədəniyyət güclü inkişaf prosesi keçib, milli şüurun oyanışı və dirçəldilməsi istiqamətində çox mühüm işlər görülüb. Azərbaycan dilinin dövlət dili kimi Konstitusiya səviyyəsində rəsmi status qazanması da dahi rəhbərin siyasi iradəsi hesabına gerçəkləşib. 1969-1982-ci illərdə Azərbaycanda sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti sahəsində fundamental irəliləyiş baş verib. Respublikamız ozamankı İttifaqda öz dəst-xətti, xüsusi mövqeyi, inkişaf tempi ilə şöhrətlənmişdi. 1970-ci illərdə Azərbaycan İttifaqının ən dinamik inkişaf edən respublikası adını qazandı. Ümummilli Liderimizin Özü həmin mərhələdəki fəaliyyətini xatırlayarkən demişdi: “O illər bizim respublika üçün çox uğurlu oldu. Bir çox vaxtlarda Mən işimi qurtarandan sonra da evə getmir, saatlarla kabinetimdə əyləşib respublikanın gələcək inkişafı üçün daha hansı tədbirlərin görülməsinin vacibliyini düşünürdüm. İstəyirdim ki, vəzifəmin Mənə verdiyi səlahiyyətlərdən istifadə edib, xalqın güzəranını bir qədər də yaxşılaşdırım”.
Bir sözlə, tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanın 1991-ci ildə qovuşduğu müstəqilliyin zəruri bazası xeyli əvvəl, Ulu Öndərin rəhbərliyi dövründə təşəkkül tapıb formalaşmışdı. Azərbaycan 1990-cı illərin əvvəllərində hamımıza məlum olan fəlakət, uçurum qarşısında olanda yenə də tarixin, xalqın çağırışına səs verən Ümummilli Lider Heydər Əliyev Öz xilaskarlıq missiyasını yerinə yetirmiş oldu. 1969-cu ildən başlanan yolun, müəyyənləşdirilən siyasətin əsasında dövlətə, xalqa xidmət dayanıb. Bir sözlə, tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin qiymətləndirilməsində ən obyektiv istinad yeridir.
- Ümummilli Lider canından artıq sevdiyi Azərbaycanı hər bir baxımdan inkişaf yolunda görmək istəyib. Tarixə müraciət etsək, bu məqamı da xüsusi qeyd etməliyik ki, hər bir xalqın milli-mənəvi irsini, mental-əxlaqi dəyərlərini qoruyub saxlamaq, genetik yaddaşını, tarixi kimliyini, özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya onun taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olub...
- Hər bir millətin tarixi inkişafı, qarşıya qoyduğu hədəflərə yetişmək əzmi, ilk növbədə, onun malik olduğu milli-mənəvi potensialdan, dəyərlər sistemindən qaynaqlanır. Dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarla mənsub olduğu xalq üçün strateji planları həyata keçirməyə çalışırdı. Bunlardan birincisi isə xalqı özünə tanıtdırmaq, onun etnokulturoloji həyatını bərpa etmək idi. Böyük şəxsiyyət həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürüb, ictimai şüurdakı qorxunu aradan qaldırıb, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırıb. Hər bir Azərbaycan vətəndaşına belə bir inam aşılanıb ki, bu xalq nə vaxtsa öz azadlığına qovuşacaq. Ulu Öndərimiz Azərbaycan xalqının şüurunda məhz bu inqilabi dəyişikliyi yaradıb. Bu baxımdan inamla, demək olar ki, görkəmli dövlət xadiminin ölkəmizə rəhbərliyinin birinci dövrü, eyni zamanda, milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıc dövrüdür. Onun bütün fəaliyyəti xalqın milli dirçəliş, milli qürur hisslərinin oyanması ideyasına əsaslanırdı. 1982-ci il dekabrın 2-də Azərbaycan KP MK-nın Büro iclasında Ulu Öndər respublikaya on üç il yarımlıq rəhbərlik dövrünün yekunlarını məmnunluqla, fəxrlə ümumiləşdirərək demişdir: “Bu illər ərzində böyük işlər görülüb, respublika böyük uğurlar əldə edib. Biz uzunmüddətli geriləməni qısa müddətdə aradan qaldırmağa nail olmuşuq. Respublikamız ümumittifaq miqyasında ən qabaqcıl mövqelərdədir... Respublikada çox gözəl, sağlam mənəvi-siyasi, mənəvi-psixoloji atmosfer hökm sürür, sözün qısası, bizim respublika yüksəklərə, çox yüksəklərə qalxıb”. Ulu Öndər respublikaya birinci rəhbərliyi dövründə böyük siyasi ustalıqla xalqda milli özünüdərk hissini gücləndirə, habelə milli kimlik, düşüncə sistemi barədə dolğun təsəvvür formalaşdıra bilmişdir.
- Azərbaycanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi və tarixi şərait baxımından tamam fərqli olan dövrlər eyni missiyanın, biri-birini tamamlayan iki mərhələsi kimi qiymətləndirilə bilər - Xilaskarlıq...
- Milli dövlətçilik tariximizdə böyük şəxsiyyətlər, dövlət qurucularımız çox olub. Onların hər birinə rəğbətimiz sonsuzdur. Çünki hər biri bugünkü Azərbaycan dövlətinin mövcudluğunda, indiki inkişaf səviyyəsinə gəlib çatmasında birbaşa, yaxud dolayı şəkildə əhəmiyyətli rol oynayıb. Bununla belə, tarixi şəraiti, hər dövrün öz şərt və reallıqlarını nəzərə alaraq düşünürəm ki, Azərbaycan tarixində xalqın milli enerjisini bu şəkildə bir araya gətirməyi bacarması, cəmiyyətdə vəhdətə nail olması və xalqı öz milli hədəflərinə çatdırmaq bacarığı ilə Ümummilli Lider adını halal haqqına çevirmiş şəxsiyyətimiz var - Ulu Öndər Heydər Əliyevdir. O şəxsiyyət ki, əsrlərin o üzündən 1969-cu ilə qədər yol gələn, milli şüurda yaşanan dövlətçilik irsini ən çətin şərtlər altında belə zərrə-zərrə reallıqlara çevirdi. Bu irsə sahib çıxdı, onu öləziməyə qoymadı, milli düşüncələri qorudu. Azərbaycanın gələcək istiqlalı üçün yolları hamarladı, rəvanlaşdırdı. Müstəqilliyimizin ilk illərinin təlatümlü vədələrində isə xalqın çağırışı ilə yenidən dövlətçilik sükanı arxasına keçdi. Xilaskar missiyasını şərəflə yerinə yetirərək xalqı, dövləti aydın inkişaf yoluna çıxardı. Formalaşdırdığı möhkəm təməllər üzərində müstəqilliyimizin daimiliyini, əbədiliyini, dönməzliyini təmin etdi.
Bu reallıq da hər zaman böyük inam və qətiyyətlə bildirilir ki, Ulu Öndər Heydər Əliyev SSRİ dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə müstəqilliyi əbədiləşdirən uğurlu bir yolun başlanğıcını qoydu. Görkəmli dövlət xadiminin uğurlu siyasəti nəticəsində ölkəmizdə sabitliyin təmin olunması, təbii sərvətlərimizdən səmərəli istifadə etmək məqsədilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanı qısa müddətdə böyük investisiyalar məkanına çevirdi. Dövlətçiliyimizin əsasları yaradıldı. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi nüfuz qazandı. İqtisadi tərəqqi bütün sahələrdə uğurlu addımlara yol açdı. Ən əsası dahi şəxsiyyət Heydər Əliyev düşünülmüş siyasəti nəticəsində Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yardı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırıldı. Azərbaycanda ordu quruculuğu sahəsində mühüm addımlar atıldı. Ümummilli Lider bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordu olmalıdır. Bir sözlə, 1993-2003-cü illərdə Azərbaycanın bu günü üçün möhkəm təməl yarandı.
- Misir müəllim, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın son 18 ilə yaxın dövrdə keçdiyi inkişaf yolunu necə xarakterizə edərdiniz?
- 2003-cü ilin prezident seçkiləri ərəfəsində xalqımıza müraciəti zamanı Azərbaycan seçicisinin də qəlbindəki ən layiqli namizədi nəzərdə tutaraq “Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək” deyərkən Heydər Əliyevin qeyd etdiyi ən böyük taleyüklü məsələ, təbii ki, Dağlıq Qarabağ problemi idi. Bu baxımdan cənab İlham Əliyev Prezident-Ordu-Xalq birliyi, torpaq, Vətən sevgisi əsasında Ulu Öndərin ən böyük arzusunu yerinə yetirdi. Bu günlər Ümummilli Liderin gözlədiyi o böyük günlərdir. Hər kəsin Azərbaycanın gücünü etiraf etmək məcburiyyətində qaldığı, dostlarımızın şad olduğu, düşmənlərimizin qəm dəryasına batdığı zamanlardır. Əminik ki, indi ən çox Ulu Öndər Heydər Əliyevin ruhu şaddır.
Azərbaycan əsgəri xalqın zəfər salnaməsini yazdı. Torpaqlarımızın işğaldan azad edilməsində illərin zəhməti var. Azərbaycan dövləti, cəmiyyətimiz, Ordumuz bu gücə, qüdrətə dövlət rəhbərimizin fədakar əməyi, dərin zəkası, qətiyyətli addımları sayəsində nail olub.
Azərbaycan bu gün əsrlərin reallıqlarını dəyişir, tarixin axarına yeni nizam verir. Bəlkə heç özümüzün də fərqinə varmadığımız, amma gələcək nəsillərin keçmişə boylananda hər zaman böyük qürur və fəxarət hissi ilə öyünəcəkləri günlərin canlı şahidləriyik. Belə günləri öz xalqının şanlı tarixinə yalnız böyük şəxsiyyətlər yaza bilər. Azərbaycan xalqı bu tarixi uğurları ona görə əldə edə bilir ki, hazırda hər bir azərbaycanlının ətrafında sıx birləşdiyi, haqq mövqeyinə dəstək verdiyi, hər kəlməsindən məmnunluq duyduğu cənab İlham Əliyevin şəxsində belə bir Liderə sahibdir.

 
  • Oxunub:  4170  |  
  • Tarix:  15-07-2021  |  
  •    Çap et   |  
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir

05 Avqust 21:20
Mübariz Qurbanlı: Ölkəmizdə milli-mənəvi dəyərlərin, birlik və həmrəyliyin təbliği istiqamətində kompleks tədbirlər görülüb
05 Avqust 21:08
Azərbaycanda koronavirus infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb
05 Avqust 20:58
Azərbaycanın Baş prokuroru Sədərək rayonunda hərbi hissədə olub
05 Avqust 20:55
Türkiyənin üz-üzə qaldığı fəlakət və Azərbaycan qəhrəmanlarının şücaəti barədə FOTOREPORTAJ - VİDEO
05 Avqust 20:06
Azərbaycanın İstanbuldakı baş konsulu Marmarisdə yanğın bölgəsində olub
05 Avqust 19:54
İranın yeni Prezidentinin andiçmə mərasimi keçirilib
05 Avqust 19:36
Azərbaycanın Baş prokuroru Naxçıvan Muxtar Respublikası prokurorluğunun əməkdaşları ilə görüşüb
05 Avqust 19:31
Azərbaycan ilə İraq arasında İKT sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb
05 Avqust 19:30
Azərbaycan FHN-in qüvvələri Türkiyədə Kəmərköy və Yeniköy İstilik Elektrik stansiyalarını mühafizəyə götürüb
05 Avqust 19:25
AZAL 20 ölkədən Azərbaycana giriş-çıxış üçün icazə ilə bağlı məlumat yayıb
05 Avqust 19:23
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasındadır
05 Avqust 19:17
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi ilə görüş keçirilib
05 Avqust 19:12
“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsi üzrə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib
05 Avqust 18:25
YAP Samux rayon təşkilatının VIII hesabat konfransı keçirilib
05 Avqust 17:11
Havaların isti və quraq keçməsini nəzərə alaraq vətəndaşlara təbiətdə olarkən yanğın təhlükəsizliyi qaydalarına əməl etmək tövsiyə olunur
05 Avqust 16:59
Hikmət Əlizadə: Meşələrə oduncaq mənbəyi kimi baxılmamalıdır
05 Avqust 16:54
Jurnalistlərin münaqişə zonasında davranışlarına dair təlim proqramı başa çatıb
05 Avqust 16:44
UNEC-də YAP Gənclər Birliyinin fəal üzvləri ilə növbəti görüş keçirilib
05 Avqust 16:24
Suraxanı rayonunda şəhid Əhməd Kərimovun məzarı ziyarət olunub
05 Avqust 16:07
“YAŞAT” düşərgəsinin üçüncü həftəsində konsert proqramı təşkil olunub
05 Avqust 16:05
XII Qəbələ Musiqi Festivalı başa çatıb
05 Avqust 15:56
Azərbaycan və Türkiyə bütün təbii fəlakətlər, onların nəticələrinin aradan qaldırılması zamanı da daim bir-birinə dayaq olurlar
05 Avqust 15:36
Prezident İlham Əliyev Şabranda avtomobil yolunun tikintisinə 1,1 milyon manat vəsait ayırıb
05 Avqust 15:19
Barselona 2026-cı ildə dünyanın memarlıq paytaxtı olacaq
05 Avqust 15:16
Türkiyənin Kəmərköy İES-nə yaxın ərazidə baş verən meşə yanğınları söndürülüb
05 Avqust 13:53
YAP Şəmkir rayon təşkilatının X hesabat konfransı keçirilib
05 Avqust 13:31
Milli Məclisin sədri Sahibə Qafarova İranda səfərdədir
05 Avqust 12:59
Azərbaycanın və Türkiyənin XİN rəhbərləri meşə yanğınları ilə bağlı vəziyyəti müzakirə ediblər
05 Avqust 12:58
Mərkəzi Bank: Bugünkü valyuta hərracında tələb 40,2 milyon dollar olub
05 Avqust 12:54
Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir
05 Avqust 12:52
Bu gün “Qarabağ” klubu UEFA Konfrans Liqasında növbəti oyununu keçirəcək
05 Avqust 12:41
FHN Ağsu rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb
05 Avqust 12:07
İqtisadiyyat naziri: Altı ayda aktiv vergiödəyicilərinin sayı artıb
05 Avqust 12:04
Füzuli Əsədov: Türkiyədə yanğınların söndürülməsində FHN-in 500-ə yaxın əməkdaşı iştirak edir
05 Avqust 11:58
Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib
05 Avqust 11:42
FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət üçüncü qrup Türkiyəyə yola düşüb
05 Avqust 10:31
Quru Qoşunları Komandanlığının bir neçə hərbi obyekti istifadəyə verilib
05 Avqust 10:19
Yunus Əmrə İnstitutu ilə Mədəniyyət Nazirliyi arasında birgə əməkdaşlıq uğurla davam etdirilir
05 Avqust 09:53
Elman Nəsirov: Növbədənkənar parlament seçkilərinin, referendumun keçirilməsi ilə bağlı məsələlərdə heç bir ictimai sifariş yoxdur
05 Avqust 09:30
Rəcəb Tayyib Ərdoğan: Yardımımıza gələnlər arasında Azərbaycanın fəaliyyəti çox önəmlidir
05 Avqust 09:15
Azərbaycanda innovativ əsaslı sənaye quruculuğu siyasəti böyük uğurla həyata keçirilir
05 Avqust 09:10
Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir
05 Avqust 09:06
Fəqət Şadlinskaya: Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdır
05 Avqust 09:04
YAP Səbail rayon təşkilatının üzvləri şəhid Vüsal Həsənovun məzarını ziyarət ediblər
05 Avqust 09:02
Şəmkirdə şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub
05 Avqust 09:00
Şəhid Qara Balakişiyevin məzarı ziyarət olunub
05 Avqust 08:56
Asim Mollazadə: Ölkəmiz üçün bu gün ən aktual məsələ postmüharibə dövründə həyata keçirilən məqsədyönlü siyasətin uğurlu nəticələr verməsidir
05 Avqust 08:55
Əsli Kazımova: Milli Məclisin buraxılacağı və ölkədə referendum keçiriləcəyi barədə iddialar tamamilə əsassızdır
05 Avqust 08:53
Arzuxan Əlizadə: Parlamentin buraxılacağı barədə yayılan məlumatlar həqiqəti əks etdirmir
05 Avqust 08:52
Qabil Hüseynli: Bu iddiaların heç bir əsası yoxdur

05 Avqust 08:49
Radikal müxalifətin süni gündəm yaratmaq cəhdləri iflasa məhkumdur

05 Avqust 08:47
Ermənistanda siyasi gərginlik səngimir
05 Avqust 08:43
Firuddin Əliyev: Son dövrlərdəki yanğınların 90 faizindən çoxu məhz insan ehtiyatsızlığı ucbatından baş verir
05 Avqust 08:38
Azərbaycanda mövcud olan multikultural mühit mütərəqqi nümunə kimi dünya miqyasında yüksək dəyərləndirilir
05 Avqust 08:36
Uşaqlarda allergiya yaradan qidalar...
04 Avqust 20:10
Azərbaycanda koronavirus infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb
04 Avqust 19:35
YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib
04 Avqust 18:48
Əlaqələndirmə Qərargahının iclasında işğaldan azad edilmiş ərazilərdə görülən işlərin icra vəziyyəti müzakirə olunub
04 Avqust 18:26
Təhsil naziri: Müəllimlərin işə qəbulu müsabiqəsində bütün fənlər üzrə vakansiyalar bu gün açılacaq
04 Avqust 18:15
Fövqəladə hallar nazirinin müavini Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşüb
04 Avqust 17:34
“Əl Cəzirə” telekanalı Qarabağda dağıdılmış tarixi-mədəni irs haqqında reportaj yayımlayıb
04 Avqust 17:32
Dövlət Məşğulluq Agentliyi ilə bp şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
04 Avqust 17:28
Təhsil naziri: Müəllimlərin işə qəbulunda 7718 vakant yer müsabiqəyə çıxarılıb
04 Avqust 17:17
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN BEYNƏLXALQ ƏMƏKDAŞLIQLARI: İKİLİ DİPLOM VƏ TEXNOLOGİYA PARKI
04 Avqust 16:43
YAP Naftalan şəhər təşkilatının X hesabat konfransı keçirilib
04 Avqust 16:30
Pir Nur-ul Həqq: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Pakistanda milli Qələbə kimi qarşılanıb
04 Avqust 16:18
Mədəniyyət Nazirliyinin aparat rəhbəri ilə BMT-nin Sivilizasiyalar Alyansının Kabinet rəhbəri və sözçüsü Nihal Saad arasında görüş keçirilib
04 Avqust 16:14
Yanğınsöndürənlərimiz Muğla vilayətinin Kavacık rayonunda yenidən şiddətlənən yanğınların qarşısının alınmasına cəlb olunub
04 Avqust 15:37
Ötən müddət ərzində ali qanunverici orqan yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm nailiyyətlərə imza atmışdır
04 Avqust 15:36
V.Jirinovski beynəlxalq aləmdə mənfi reputasiyaya malik siyasətçi imicinə malikdir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+34 +39
gecə+23 +26