Bütün dünya artıq Nadir şahı Azərbaycan hökmdarı kimi tanıyır və qəbul edir
22.07.2010 [12:30]
50 yaş elə bir dövrdür ki, ona nə qocalıq, nə də cavanlıq demək mümkündür. Əlli yaş elə bir yaş dövrüdür ki, bir anlıq geriyə boylanıb nə etmək istədiklərinlə nə etdiklərini tərəziyə qoyursan. Tanınmış jurnalist, ədəbiyyatçı, ictimai-xadim Yunus Oğuz da həyatının 50-ci ilini bayram edir. 22 iyul tarixi Yunus Oğuz üçün hər il ikiqat bayramdır. Bu il isə bu bayramların sayı daha çoxdur. çünki milli mətbuat günü ilə yanaşı, bu ilin yayı Yunus Oğuzun “Nadir şah” romanının ingilis dilinə tərcümə edilməsi ilə də əlamətdar olub. Beləliklə, müsahibimiz “Olaylar” qəzetinin və “Olaylar” İnformasiya Agentliyinin rəhbəri, tanınmış yazıçı-publisist Yunus Oğuzdur.
- Yunus müəllim, ilk olaraq qəzetimiz adından sizi 50 yaşınız münasibəti ilə təbrik edirik, sizə cansağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayırıq. Amma qeyd etməliyəm ki, sizə 50 yaş vermək olmaz...
- Təşəkkür edirəm. Nə deyim vallah, bəlkə də 50 yaş vermək olmaz, amma doğulduğum gün 1960-cı il 22 iyuldur. Yaxşı qalmışamsa, demək evdə, ailədə mənə yaxşı baxırlar.
- Bu 50 ildə nailiyyətlərinizlə arzularınızı tərəziyə qoysanız hansı ağır gələr?
- Məsələ ondadır ki, mən heç vaxt qarşıma nəyəsə nail olacağımla bağlı tələb qoymuram. Qarşımda gedəcəyim yolu müəyyənləşdirirəm. Nail olmaq isə tək insanın özündən asılı deyil. Həyat var, problemlər var, bu problemlərin həllinə aparan yollar var... Əslində, bu yolları kol-kosdan təmizləmək məsələsi əsas önəm daşıyır. Bir az da şahmat taxtasının arxasındakı kimi gedişləri görmək lazımdır. Bu, getdiyin yolda səni nailiyyətə daşıya biləcək amildir. Həm də nailiyyət gənclərə aid olan məsələdir. Əmin olduğum nailiyyət, cəmiyyət arasında Yunus Oğuz adını salamat saxlamağımdır.
- 90-cı illərdə siyasətçi kimi Azərbaycanda tanındınız, sonradan jurnalist kimi populyarlaşdınız və tarixi romanlar müəllifi kimi adınızı ədəbiyyat tarixinə yazdınız. Bu sahələrdən hansı Yunus Oğuz üçün daha doğma və daha yaxındır?
- Əslində, mən hərəkatçı kimi gəldim. Hərəkatdan siyasətə transfer oldum. Düzdür, hərəkat dövründə hər cür insanlara rast gəlmək mümkündür. Onların arasında oğrusu da olub, qulduru da... Təbii ki, yaxşısı da olub. çünki hərəkatda cəmiyyətin bütün təbəqələri iştirak edib. Bu dövr bitəndən sonra isə müəyyənləşmə prosesi başladı. Kimi öz elmi işlərini davam etdirdi və ya siyasətdə qaldı, mən də siyasətdə dayandım. Bununla paralel jurnalistikaya da keçdim. 1991-ci ildə “Ordu” qəzetində işlədim. Yəni, bu işlər paralel gedirdi. Yazıçı kimi formalaşmağımın əsası isə hələ orta məktəbdən qoyulmuşdu. O dövrdə şeirlərim Əli-Bayramlı (Şirvan) şəhərinin qəzetlərində dərc olunurdu. Hərəkat dövründə bir povest yazdım, onu 1996-cı ildə dərc etdirdim. 2002-ci ilə qədər isə siyasətlə qəzetçilik işi paralel getməyə başladı. Yalnız 2002-ci ildən sonra elmi-publisistik əsərlər yazdım, tarixi pyeslər meydana gəldi. 2005-ci ildən sonra isə bu iş daha da intensivləşdi. Bütün keçdiyim yollar mənim üçün əzizdir, önəmlidir. Əgər sabah yenə də siyasətə qayıtmaq məsələsi ortaya çıxsa, mən böyük məmnuniyyətlə bu sahəyə qayıdaram. Bu bəllidir ki, cəmiyyətdə hazırda siyasiləşmək ab-havası yoxdur. Cəmiyyətin bu gün daha çox jurnalistikaya, yazıçı sözünə tələbatı var. Ona görə, bu gün burdayam.
- Son illərdə Azərbaycanda tarixi romanlar silsiləsinin müəllifi kimi daha çox tanındınız. ümumiyyətlə, cəmiyyətdə tarixi roman janrına ehtiyacı haradan hiss etdiniz?
- Mən bütün Azərbaycan ədəbiyyatını izləyirəm. Gördüm ki, Elçin Hüseynbəylinin “13-cü həvvari” romanından başqa bu janrda belə bir əsər yoxdur. Bir də İlqar Fəhminin böyük həcmli olmayan bir neçə əsərini saymaq mümkündür. Cəmiyyətin tələbatında isə hər zaman tarixi roman janrı olub. Digər tərəfdən, elmi araşdırmalar zamanı nəyi ki, elmi araşdırma şəklində təqdim etmək mümkün deyildi onu tarixi-bədii əsərlərdə təqdim etməyi daha düzgün saydım. Fikirləşdim ki, elmi əsərlərlə yanaşı, tarixi əsərləri də gündəmə gətirmək lazımdır. Bu gün cəmiyyətdə yazdığım əsərlər haqqında kifayət qədər müzakirələr aparılır. Bu bir daha sübut etdi ki, cəmiyyət tarixi əsərlərə biganə deyil, cəmiyyətin böyük bir kəsimi özünün tarixinin yenidən işlənməsinə, öyrənilməsinə meyillidir. Yazılan tarix yalnız Azərbaycan Respublikasının tarixi deyil. Bu, müştərək tarixdir. Deyək ki, uzaq Hindistandan tutmuş Orta Asiya, indiki İran, Türkiyə, Rusiya, Gürcüstan kimi dövlətlərin ərazilərini əhatə edən böyük bir coğrafiyanın tarixidir. Bu səbəbdən də yazılan əsərlər qonşu dövlətlərdə də maraq doğurmağa başladı. Fikirləşirəm ki, bu maraq hələ tükənməyəcək.
- Bəs, nə üçün müraciət etdiyiniz ilk tarixi isim Nadir şah oldu?
- Əslində, pyesimdə ilk müraciət etdiyim tarixi şəxsiyyət Atilla idi. Amma həqiqətən də böyük həcmli roman müstəvisində Nadir şah ilk müraciət etdiyim isim oldu. Həmin dövrdə apardığım araşdırmalarda Nadir şahla bağlı materiallar tam hazır olduğu üçün bu tarixi şəxsiyyəti seçdim. Sonradan Təhmasib şahla bağlı materiallar hazır oldu və bu tarixi ad da romana çevrildi. Hazırda Əmir Teymurla bağlı materiallar hazırdır və bu romanı da yazıram. Hər halda Azərbaycan, xüsusən də Qarabağ Əmir Teymur üçün çox əziz bir diyar olub. Araz çayından Beyləqana kanal çəkdirib və s. Təsadüfi deyil ki, Əmir Teymurun övladları Qaraqoyunlularla Azərbaycan uğrunda gedən döyüşlərdə həlak olublar.
- Əsərlərinizdə hər zaman mistikaya da müraciət edirsiniz. Məsələn, bu məqam “Nadir şah” romanında da vardı. “Təhmasib şah” romanında Ağa dərviş obrazı bu mənada daha cəlbedici idi. Yəqin ki, “Əmir Teymur”da üstünlük hürufiliyə veriləcək?
- “Əmir Teymur”da bu məsələ tək hürufiliklə məhdudlaşmır. Əmirin həmin vaxt türk-islam birliyi yaratmaq cəhdi çox mütərəqqi bir hal idi. Bu türk-islam birliyini isə faktiki olaraq yaratdı. Düzdür, həmin vaxt hürufilik önəmli bir müstəvidə inkişaf etmişdi, amma Əmir Teymur qatı islamçı olmaqla yanaşı, içində bir şamanizm də daşıyırdı. çalışacam bu mənada da bütün detalları oxucuya çatdıra bilim.
- “Nadir şah” romanınız Londonda çap olunub. İstərdik bu barədə fikirlərinizi eşidək.
- Avropa məkanında böyükhəcmli əsərlərin çapı çətindir. çünki Avropa oxucusu kiçikhəcmli əsərləri oxumağa üstünlük verir. Bu səbəbdən də romanı iki hissədə çap edəcəyik. “Nadir şah” əsərinin birinci hissəsi çap edilib ingilis oxucularının ixtiyarına verilib. Nümunələrini mənə göndəriblər. Kitabı çap edən yayım evi kitabın təbliği işini də özü aparır. Eyni zamanda, xatırladım ki, onların kitabla bağlı buraxdıqları bukletlərin hamısında Nadir şah böyük Azərbaycan hökmdarı kimi təqdim olunub. Bu, Azərbaycanın adıdır və məni çox sevindirir. Bütün dünya artıq Nadir şahı bir Azərbaycan hökmdarı kimi tanıyır və qəbul edir. Bundan başqa, Azərbaycanı tanımayanlar məcbur olub xəritədə bu ölkəni tapırlar, baxırlar. Mənə məktublar da gəlir. çox sevindirici haldır ki, Türkmənistandan tutmuş ta Avropaya qədər bu kitabları oxuyurlar. Buna sevinirəm. Qoy bütün dünya bilsin ki, sonuncu Hindistan yürüşünə gedən şahlardan olan Nadir şah necə böyük şəxsiyyətdir. Necə Napaleonu, Makedoniyalı İsgəndəri və digər tarixi şəxsiyyətləri təbliğ edirlərsə, istəyirəm ki, Nadir şah da elə təbliğ olunsun, bu şəxsiyyətə o cür qiymət verilsin. Bu faktdır ki, Əmir Teymurun keçdiyi yolu Nadir şah təkrar keçib, demək olar ki, dünyanın yarısını özünə tabe etdirib. çox maraqlı tarixdir. Avqust ayından ingilis dilində çap olunan əsər İngiltərə ictimaiyyətinə təqdim olunacaq. Sentyabr ayında da “Nadir şah” romanın türk dilində çap edilmiş variantının təqdimat mərasimi keçiriləcək. çox güman ki, “Təhmasib şah” əsərinin də ingilis dilində çap olunmasına nail olacağıq.
- Yazdığınız əsərlərlə bu gün dünyaya böyük Türk kimliyini tanıdırsınız. Bu mənada üzərinizə götürdüyünüz missiyadan çəkinmirsiniz ki?
- Əlbəttə ki çəkindirir. Amma bu, o demək deyil ki, mən çəkindiyim üçün də kənarda dayanmalıyam. Qeyd etməliyəm ki, müasir dövrdə tarixi roman janrında ingilis, türk dillərinə çevrilən ilk müəlliflərdənəm. Fikirləşirəm ki, başqa dillərə də tərcümələrə nail olaq. Məsələn, Koreya dövləti ilə danışıqlar aparılır və bu kitabların koreya dilinə tərcüməsi məsələsi müzakirə olunur. Mən yerimdə durmuram və sadəcə, əsrlərdir dünyaya tanış olan Türk kimliyini bir daha tanıtmaq istəyirəm. Türkün keçmişi şərəfli olub və yaratdığı imperiyalar tarixi faktlarla sübut olunur. Bu mənada mən də öz məsuliyyətimi hiss edirəm, bununla belə geri çəkilmək fikrim yoxdur.
-Yunus Oğuz həm də bir jurnalistdir və milli mətbuatımızın 135 illiyi qeyd olunan gün onun da 50 yaşı tamam olur. İstərdik jurnalistikanın bugünkü durumundan, bu sahəyə dövlət qayğısından bəhs açasınız.
- Yunus Oğuz 35 ildir ki, jurnalistdir. Mən hələ 15 yaşımdan Əli Bayramlı (Şirvan) şəhərinin “İşıq” qəzetində çalışmışam. Daha sonra fərqli qəzetlərlə, hətta “Komsomolskaya pravda” ilə əməkdaşlıq etmişəm. Sonradan rəsmi qəzetlərdə çalışmışam. Amma təbii ki, bu gün daha fərqli bir jurnalistika görürəm. Bununla belə, qeyd etməliyəm ki, bizim nəslin jurnalistləri daha hazırlıqlı olub. Bu gün jurnalistikanın problemlərinin dövlət səviyyəsində həlli təqdirəlayiq haldır. Bunun əsasında jurnalistlərin sosial rifahının yüksəlməsinə istiqamətlənən layihələrin, müsabiqələrin keçirilməsi olduqca əlamətdar bir hadisə sayılmalıdır. Bu gün Azərbaycanda jurnalistikanın rolu var, dövlət onu görür və himayə edir. Bununla yanaşı, problemlər də var. Məsələn, Azərbaycanda ixtisaslaşdırılmış jurnalistika problemi mövcuddur. Yəni, bu gün jurnalistika fakültəsi öz işini qəzetlərin ruhuna, işinə, dizaynına uyğun tənzimləmir. Məsələn, jurnalistikada dizayn kafedrası yoxdur. Bunların hamısı problemdir. Bu qəzetləri başqa ixtisasları bitirən insanları işə qəbul etməyə yönləndirir. Jurnalistika fakültəsinə qəbuldan narazıyam. Bu, yaradıcı sahədir, amma burada heç bir qabiliyyət imtahanı götürülmür. Məzun bal toplayır və hansısa ixtisasa yiyələnmək istəyir, balı çatmayanda düşür jurnalistika fakültəsinə. Axı o tələbədən yaxşı jurnalist olmayacaq.
- Qeyd etdiyiniz sosial problemlərin həlli hər zaman dövlətimizin diqqətindədir. KİV-ə Dövlət Dəstəyi Fondunun yaradılması, milli mətbuatımızın yaranmasının 135 illiyi ilə bağlı verilən Sərəncam, o cümlədən, başqa fərmanlar və sərəncamlar jurnalistikanın inkişafında mühüm əhəmiyyətə malikdir.
- Əlbəttə ki, haqlısınız. On il bundan öncəki problemlərin əksəriyyəti həll olunub. Bu gün jurnalistlər müsabiqələrdə iştirak edirlər və əldə etdikləri vəsait onların problemlərinin həllində əhəmiyyətli rol oynayır. Bu yardım jurnalistlərin sosial rifahına müsbət təsir göstərir. Bundan başqa, cənab Prezidentin milli mətbuatın 135 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam özü göstərir ki, ümumən Azərbaycanda bu sahənin inkişaf etdirilməsi məsələsi dövlətin diqqətindədir. Fikrimcə, Mətbuat Şurasının bu gün “reket jurnalistikası”na qarşı apardığı mübarizə də böyük effektə malikdir. Artıq “reket” qəzetlərin sayı da əhəmiyyətli dərəcədə azalıb.
- Son olaraq həm jurnalistikamıza, həm də özünüzə arzularınızı eşitmək istərdik...
- Mənim bir arzum var, özüm üçün heç vaxt şəxsi arzu etmirəm. İnşallah, gün o gün olsun ki, milli mətbuatımızın yaranmasının 140-cı ildönümünü Qarabağda qeyd edək. Buna tam şansımız var. Arzum ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. İnsanlara isə xoşbəxtlik diləyirəm...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48

