Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Müsahibə / 15 İyun - Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılıb

15 İyun - Milli Qurtuluş Günü tariximizə qızıl hərflərlə yazılıb

11.06.2022 [10:04]

Müsahibimiz Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının üzvü Musa Musayevdir

- Musa müəllim, 1993-cü ilin iyun ayında ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində müstəsna əhəmiyyət kəsb edir. O dövrü necə xarakterizə edərdiniz? 

- Hazırda Azərbaycan güclü və qüdrətli dövlət kimi dünyada söz sahibidir. Amma  unutmamalıyıq ki, ölkəmiz hazırkı yüksək inkişaf mərhələsinə heç də asan yolla çatmayıb. Məlum olduğu kimi, 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra müxtəlif sosial-iqtisadi, siyasi problemlərlə üzləşən, vətəndaş müharibəsinin astanasında olan Azərbaycan hətta öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. Ölkə daxilində müxtəlif silahlı qruplaşmaların hakimiyyət uğrunda savaşa çıxması həm siyasi böhrana səbəb olmuş, həm Azərbaycanı müxtəlif xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevirmiş, həm də vətəndaşlarla siyasi rəhbərlik arasında kəskin konfrantasiyaların meydana çıxmasını şərtləndirmişdi. Məhz bütün bunların nəticəsi kimi, mövcud ictimai-siyasi xaos daha da dərinləşərək anarxiya həddinə çatmışdı.

Azərbaycanın o zamankı iqtidarı problemləri həll etməkdə aciz idi. 1992-ci ildə  hakimiyyətə gəlmiş AXC-Müsavat cütlüyü isə Azərbaycanı, sözün əsl mənasında, uçuruma sürüklədi. Belə ki, ölkəmizdə daxili çəkişmələr özünün pik nöqtəsinə çatdı. Belə bir şəraitdə Ermənistanın hərbi təcavüzü davam edir və xarici dövlətlər beynəlxalq münasibətlər sistemində Azərbaycanı müstəqil subyekt kimi qəbul etmirdilər. Belə olan halda, ölkədə separatizm meyilləri baş qaldırmağa başladı. Artıq ölkənin bir sıra ərazilərində qanunsuz silahlı birliklər bölücü iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. Məhz 1993-cü ilin 4 iyun Gəncə hadisələri də belə bir şəraitdə baş verdi. Bu hadisə xaos və böhranın dərinləşməsinə səbəb oldu. Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya idi. 4 iyun hadisələri bir daha belə bir məqamı aşkar etdi ki, xalqın dəstəyinə söykənməyən, idarəetmə təcrübəsinə malik olmayan, eləcə də dərin daxili ziddiyyətlər məngənəsində olan hakimiyyət ölkənin müstəqilliyini qorumaq və suverenliyini təmin etmək iqtidarında ola bilməz. Ağrılı hadisələr  isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.

Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar, o cümlədən sadə insanlar Ümummilli Liderə müraciətlər edirdilər, ölkədə yaranan gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini qeyd edirdilər.

- Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Sizcə, 15 İyun - Milli Qurtuluş Gününün tariximizdə əhəmiyyəti nədən ibarətdir?

- Əlbəttə, o dövrdə sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bunun üçün isə ulu öndər Heydər Əliyevin hakmiyyətə gəlməsi zəruri idi, hakimiyyətə sivil yolla gəlməyin metodu isə siyasi partiya yaradaraq siyasi mübarizə aparmaq idi. Məhz ziyalıların müraciəti əsasında ?lu öndər Heydər Əliyev siyasi partiya yaradıb ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci ilin noyabrında Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Müdrik, uzaqgörən xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. O dövrdə YAP-ın yaranması tarixi zərurət idi və Azərbaycanın dünyada tanınmış, dövlətçilik təcrübəsi olan liderə ehtiyacı var idi. Bu lider Heydər Əliyev idi və hamı bu həqiqəti bütün varlığı ilə dərk edirdi. Ona görə də YAP Azərbaycanın bütün bölgələrində böyük sürətlə yaranır və təşkilatlanır, Heydər Əliyev siyasətini təbliğ edirdi.

Respublikada isə vəziyyət getdikcə gərginləşirdi. Hadisələri düzgün qiymətləndirə bilməyən o vaxtkı iqtidar əhali arasında günbəgün öz nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Bu dönəmdə AXC-Müsavat iqtidarının fərsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. O günlərdə Gəncədə ardı-arası kəsilməyən mitinqlər keçirilir, hadisələrə siyasi qiymət verilməsi tələb edilirdi. Belə bir vəziyyətdə xalq Heydər Əliyevin hakimiyyətə gəlməsini təkidlə tələb edirdi. Nəhayət, bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı.

Beləliklə, ulu öndər Heydər Əliyevin Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki Heydər Əliyevin tarixi qayıdışı  baş verməsəydi nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi  Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı.

- Azərbaycanın uğurlarının əsasında qurtuluş məfkurəsi, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır...

- Ümummilli lider Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən, qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən xilas edərək dirçəliş yoluna çıxardı və Azərbaycanı parçalamaq istəyənlər öz niyyətlərinə çata bilmədilər. Əlbəttə, ölkəmizdə hökm sürən xaotik meyillərin neytrallaşdırılmasında, mürəkkəb siyasi-hüquqi kataklizmlərin qarşısının alınmasında və ictimai-siyasi sabitliyin əldə edilməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik keyfiyyətləri birinci dərəcəli amil kimi xüsusi rol oynadı. Məhz bütün bu hadisələrin təhlili bu qənaətə gəlməyə imkan verir ki, bu günədək əldə etdiyimiz nailiyyətlərin kökündə məhz Qurtuluş məfkurəsinin dayanması tarixi bir gerçəklikdir.

Beləliklə, baş verən hadisələrin qanunauyğun nəticəsi kimi hakimiyyətə qayıdan  ümummilli lider Heydər Əliyev qısa bir zamanda milli maraqlara xidmət edən və ali prinsiplərə söykənən fəaliyyəti ilə ölkədə həmrəyliyi, bütövlüyü və inkişafı təmin etdi. Bundan sonra ölkənin siyasi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaradıldı. “Əsrin müqaviləsi” imzalanmaqla uğurlu neft strategiyasının əsası qoyuldu. Ölkəmiz beynəlxalq müstəvidə layiqli yerini tutdu, eləcə də sosial-iqtisadi sahədə dinamik inkişaf nəzərə çarpdı. Eyni zamanda, demokratik inkişaf baxımından vacib addımlar atıldı,  kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Bir sözlə, ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil dövlətə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.

Bu gün müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu Öndərin siyasətini layiqincə davam etdirən  Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük zəfərlərə imza atır. 44 günlük Vətən müharibəsində qazanılan Qələbə isə bu zəfərlərin zirvəsində dayanır.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 224 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

28 İyun 10:14

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

28 İyun 09:21

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30