Bu gün proses çox pərakəndədir
23.11.2022 [10:58]
Müsahibimiz YAP veteranlar şurasının üzvü, yazıçı, filologiya elmləri doktoru, professor Zahid Xəlildir
- Zahid müəllim, biz sizi körpələrin sevimli yazıçısı, uşaq ədəbiyyatının gözəl tədqiqatçısı kimi tanıyırıq. Bədii əsərləriniz təkcə Azərbaycanda yox, xarici ölkələrdə də böyük tirajlarla çap olunub. “Zolotoy telyonok” mükafatı laureatısınız. Ölkəmizdə “Qızıl qələm”, “Qızıl kəlmə” mükafatlarını almısınız. Prezidentin fərmanları ilə “Tərəqqi” medalına, “Əməkdar müəllim” fəxri adına layiq görülmüsünüz. Bunlarla yanaşı, Yeni Azərbaycan Partiyasının yaranması uğrunda gedən mübarizədə ulu öndər Heydər Əliyevlə siyasi həmfikir olan 91 nəfərdən birisiniz. Bu il YAP 30 yaşını qeyd edir. Sizin də 80 yaşınız tamam oldu. Bu münasibətlə Sizi təbrik edirik. Söhbətimizə də elə mənsub olduğunuz partiyanın Sədri, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin, igid döyüşçülərimizin, qəhrəman xalqımızın rəşadətini tərənnüm edən “Dəmir yumruq dastanı” kitabınızla başlamaq istərdik. AMEA-nın Ədəbiyyat İnstitutu ötən il bu kitabla bağlı geniş təqdimat keçirdi. Giriş sözündə akademik İsa Həbibbəyli əsərə belə qiymət verdi: ““Dəmir yumruq dastanı” Azərbaycan ədəbiyyatında, təkcə uşaq ədəbiyyatında yox, müstəqillik dövrü Azərbaycan ədəbiyyatında bizim tarixi zəfərimizə həsr olunmuş, mən deyərdim ki, birinci yazılı dastan, yazılı epos nümunəsi kimi böyük əhəmiyyətə malikdir”. Bu qiymətdən belə çıxır ki, kitab təkcə uşaqlar üçün deyil, həm də böyüklər üçündür, amma hər yerdə onu uşaq ədəbiyyatı nümunəsi kimi təqdim edirlər...
- Bu əsəri 16 yaşından 90 yaşına kimi hamı oxuya bilər. Əsərin “uşaq ədəbiyyatı” hesab edilməsi isə mənim üstümdə olan “uşaq yazıçısı” etiketi ilə bağlıdır.
- Bir sıra şeirlərin yazılış tərzində gəncliyə məxsus oynaqlıq var. Məsələn, “Dəmir yumruğun nərəsi, gəncliyin səsi” xüsusi bir ritmlə yazılıb:
Ali Baş Komandanın
Bir söz qopdu dilindən,
Küçədə yer qalmadı
Cavanların əlindən.
Damarda qan oynadı,
Gözlərdən od ələndi.
İgidlərin qolunda
Əzələ girdələndi.
Bu sözü eşitdilər,
Seltək aşıb daşdılar.
Elə bil döyüşə yox,
Toya çağrılmışdılar...
Bu oynaqlıq təkcə ritmin xüsusiyyəti deyil, həm də düşmən üstünə şığıyıb qələbəni tez başa vurmaq istəyinin ifadəsidir. Bu ifadə tərzini kitabın nəsr hissəsində də görmək olur. Şeirlərdə olan oynaqlıq burada da oxucunu həyəcanlandırmağa xidmət göstərir və əslində, əsərin gənclər üçün yazıldığını təsdiqləyir.
- Haqlısınız. İkinci kitabda vəziyyət bir qədər dəyişir. Məsələn, “Dəmir yumruğun səsi” şeirinə diqqət edilsə, onun daha yaşlı insanlar üçün yazıldığı dərhal anlaşılar:
Dəmir yumruğun səsində
Tükənməyən bir sevgi var.
İnsanı göyə qaldıran
Qəhrəmanlıq ahəngi var.
Hər gün bir zəfər qazanır,
Dayanmır, bir daha gedir.
Bu torpaqda bütün yollar
Bir xoşbəxt sabaha gedir.
Dəmir yumruğun nərəsi
Sülh istəyən ən güclü səs:
- Deyin, hardan yaranıbdı
Vurub dağıtmağa həvəs?!
- Kitabınızda bu şeirə rast gəlmədik.
- Həm bu şeir, həm də bundan sonra misal gətirəcəyim nümunələr əsərin yeni bitirdiyim ikinci hissəsindəndir.
- “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş silsilə şeirləriniz də, yəqin, ikinci kitabınızdandır. Yazırsınız ki, Qarabağ döyüşlərində təkcə insanlar şəhid olmadı, yollar, meşələr, kəndlər, şəhərlər də şəhid oldu.
- Tam haqlısınız, yeni kitabda həmin problemlərə toxunulub. “Qarabağın yolları” şeirində insanlara cansız kimi görünən varlıqların da şəhid olduğu göstərilir, quruculuq dövründə onların bərpa olunması prosesi tərənnüm edilir:
Qarabağın cığırları,
Yolları şəhid olmuşdu.
Bir zaman bizə uzanan
Qolları şəhid olmuşdu.
Ağlamadı, sızlamadı,
Yollar elə mərd sağaldı.
44 günlük qələbəylə
30 illik dərd sağaldı.
Qarabağda yoxa çıxıb
Oğru yolu, qaçaq yolu.
Biz oraya çəkdiririk
Dəmir yolu, uçaq yolu.
Zəngəzurda kükrəyəcək
Qatarların şaqraq səsi.
O yolları cəkdiribdi
Dəmir yumruq iradəsi.
Kəsir qırmızı lentləri,
Fəxrlə süzür yolları.
Yaranan hər magistral
Dəmir yumruğun qolları.
Dağın içindən yol açmaq
İti ağıllardan gəlir.
Maşınlar çıxır tuneldən,
Sanki nağıllardan gəlir.
Yollar dağlara uzanır,
Qayıdıb dağın vüqarı.
Yazında gülü qayıdıb,
Qışında kəhrəba qarı.
Yollar gedir çəmənliyə,
Çölün gülüşü qayıdıb.
Arıların vızıltısı,
Gülün öpüşü qayıdıb.
Yollar göylərə dırmaşır
Uçaqların qanadında.
Təzə bir dünya qurmağa
Dəmir yumruq inadında...
- Bir tədqiqatçı alim kimi bugünkü uşaq ədəbiyyatımızın ümumi mənzərəsi Sizə necə görünür?
- Əvvəla onu deyim ki, bizim üçün dünən olan sovet dövründə Azərbaycan uşaq ədəbiyyatı SSRİ üzrə ən qabaqcıl ədəbiyyatlardan biri sayılırdı. Teymur Elçinin, Xanımana Əlibəylinin, Tofiq Mahmudun, Hikmət Ziyanın, İlyas Tapdığın, Məstan Günərin əsərləri SSRİ-nin hər tərəfində çap olunur, rəğbətlə qarşılanırdı. Əsərlərimiz SSRİ miqyasında yüksək mükafatlar alır, beynəlxalq kitab yarmarkalarında nümayiş etdirilirdi. “Bizim Cəbiş müəllim”, “Şərikli çörək”, “Sehirli xalat”, “Qərib cinlər diyarında” kimi filmlərimiz uşaqların ən cox baxdıqları ekran əsərlərindən idi.
- Əlavə kimi deyək ki, Sizin “Salam, Cırtdan” kitabınız keçmiş SSRİ üzrə 1985-ci ilin ən yaxşı uşaq kitabı adına layiq görülmüşdü və Moskvada keçirilən Beynəlxalq Kitab Yarmarkasında uğurla nümayiş olunmuşdu... Bəs bugünkü uşaq ədəbiyyatımızın nəşri, təbliği, bədii səviyyəsi haqqında nə deyə bilərsiniz? Gənc yazarların içində parlaq imzalar görünürmü?
- Bundan əvvəlki sualınıza cavab verəndə sovet dövrünün uşaq ədəbiyyatını elə-belə xatırlatmadım. O dövrdə söz sənətinin bu sahəsinə ölkə miqyasında münasibət elə idi ki, burada baş verən hər hansı yenilik dərhal nəzərə çarpırdı. Yaranan yeni əsərin ya tənqidi, ya da tərifi mətbuatda görünürdü. Bu gün proses çox pərakəndədir. Buna görə də yeni ədəbi qüvvələrin, elə yaşlı yazıçıların da uğurlarını tam görmək mümkün olmur. Amma bir cəhət tam aydınlığı ilə görünür: son illər uşaq ədəbiyyatına adlı-sanlı yazıçılarımız da üz tutublar, Anarın, Elçinin, Ramiz Rövşənin maraqlı uşaq kitabları çap olunub. Təcrübəli yazıçılarımız uşaqlar üçün orijinal əsərlər yaratmaqla sanki bu sahəyə yeni qədəm basanlara nümunə göstərərək, “bax, belə yazın” demək istəyiblər.
Uşaq ədəbiyyatının ortada olan nümunələrinin qiymətləndirilməsi mühüm şərtdir. Əgər AMEA-nın “Dəmir yumruq dastanı” kitabının təqdimatına həsr olunmuş yığıncağını, Qəşəm Nəcəfzadənin Azərbaycan yazıçılarının qurultayı ərəfəsindəki məruzəsini və elmi jurnallarda ara-sıra dərc olunan məqalələri nəzərə almasaq, bu ədəbiyyat təhlildən kənarda qalıb. Mütəxəssis tənqidçilər ədəbi prosesi demək olar ki, izləmirlər. Bəzi yazıçıların öz əsərlərini yeri gəldi-gəlmədi tərifləyib gözə soxması az qala təbii görünür. Məclislərdə, ekranlarda bəzilərinin oturana-durana macal vermədən danışıb özlərini təbliğ etmək cəhdləri də bununla bağlıdır.
Doğrusu, lap bu yaxınlara qədər elə bilirdim, Azərbaycanda uşaqlar üçün əsər yazanlar və həmin əsərləri çap edən nəşriyyatlar barmaqla sayılacaq qədər azdır. Amma bir-birinin ardınca keçirilən kitab yarmarkalarında gördüm ki, belə deyil. İndi uşaq ədəbiyyatının qaydalarını azacıq mənimsəyən hər kəs kitab çap etdirir, ona gözəl şəkillər çəkdirir, görkəmli adamların imzası ilə ön söz yazdırır, hətta dərsliklərə düşmək arzularını da gizlətmirlər. Elə nəşriyyatlar da var ki, nə çap etdiyinin fərqinə varmır, qiymətli kağızı rəngli makulaturaya çevirir.
Sizin qəzetdə qələminə hörmət elədiyim Nərgiz Cabbarlının bir məqaləsini oxudum. Bir müəllifin hekayələrinin daşını daş üstə qoymamışdı. Amma tənqidçinin o məqaləni yazdığı vaxta hayıfım gəldi, çünki təhlil olunan hekayələr bədii əsər deyildi. Belələrinə saymazyana baxıb yanından keçmək və ya bir atmaca ilə müəllifi sancmaq, məncə, kifayət edərdi.
Şübhəsiz, yaxşı yazanlar da var. Onların əksəriyyəti yaşlı insanlardır. Rafiq Yusifoğlu, Qəşəm İsabəyli, Qəşəm Nəcəfzadə, Ələsgər Əlioğlu, Eyvaz Zeynalov, Ələmdar Quluzadə, Aləmzər Əlizadə, İnqilab İsaq, İbrahim Yusifli kimi yaşlı qələm sahibləri ilə yanaşı Sevinc Nuruqızı, Reyhan Şıxlinskaya, Solmaz Amanova, Aygün Bünyadzadə, Aysel Sadıq, Fidan Nizaməddinqızı kimi nisbətən cavan yazıçılarımız maraqlı əsərlər yaradırlar.
Onu da qeyd edim ki, son günlər sosial mediada ədəbi tənqidin işini görmək istəyən bəzi statuslara rast gəlmək olur. Bu sahədə Aysel Zahidqızının uşaqlar üçün nəzərdə tutulan “Part, part, part” kitabı haqqında tənqidi qeydlər, bu məsələnin İTV-nin “Sabaha saxlamayaq” verilişində müzakirəsi, həmin məclisə yazıçılarla birlikdə psixoloq, pedaqoq və digər mütəxəssislərin dəvət olunması, verilişdən sonra uşaq ədəbiyyatının təbliği ilə məşğul olan Aysel Rəsulzadənin və digər izləyicilərin reaksiyası belə bir fikri söyləməyə əsas verir ki, uşaq ədəbiyyatının uğurlarının da, qüsurlarının da müzakirəsi aktualdır. Valideynlər, müəllimlər təzə yazılan kitabların hansının daha yararlı olduğunu mütəxəssislərdən eşitmək istəyirlər.
Söhbətləşdi: Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
28 Noyabr 21:16

Xəbər lenti
28 Noyabr 19:44

Siyasət
28 Noyabr 18:29

Xəbər lenti
28 Noyabr 18:10

Xəbər lenti
28 Noyabr 17:23

Xəbər lenti
28 Noyabr 17:20

Xəbər lenti
28 Noyabr 16:31

Xəbər lenti
28 Noyabr 16:08

Sosial
28 Noyabr 15:39

Xəbər lenti
28 Noyabr 15:33

İqtisadiyyat
28 Noyabr 15:17

Mədəniyyət
28 Noyabr 14:46

Siyasət
28 Noyabr 14:34

Avropa
28 Noyabr 14:27

Dünya
28 Noyabr 14:01

Xəbər lenti
28 Noyabr 13:50

Xəbər lenti
28 Noyabr 13:43

İdman
28 Noyabr 13:14

Xəbər lenti
28 Noyabr 13:13

Xəbər lenti
28 Noyabr 13:12

Xəbər lenti
28 Noyabr 12:54

Xəbər lenti
28 Noyabr 12:53

Xəbər lenti
28 Noyabr 12:50

Xəbər lenti
28 Noyabr 12:26

Xəbər lenti
28 Noyabr 12:21

Xəbər lenti
28 Noyabr 11:53

Ədəbiyyat
28 Noyabr 11:42

Xəbər lenti
28 Noyabr 11:30

Ədəbiyyat
28 Noyabr 11:30

Xəbər lenti
28 Noyabr 11:22

Xəbər lenti
28 Noyabr 11:21

Xəbər lenti
28 Noyabr 11:21

Xəbər lenti
28 Noyabr 11:19

Xəbər lenti
28 Noyabr 11:17

MEDİA
28 Noyabr 11:16

Xəbər lenti
28 Noyabr 11:12

Xəbər lenti
28 Noyabr 11:09

Xəbər lenti
28 Noyabr 11:04

Xəbər lenti
28 Noyabr 11:00

Xəbər lenti
28 Noyabr 10:59

Gündəm
28 Noyabr 10:58

Siyasət
28 Noyabr 10:50

Siyasət
28 Noyabr 10:45

Analitik
28 Noyabr 10:40

Xəbər lenti
28 Noyabr 10:37

Gündəm
28 Noyabr 10:36

Siyasət
28 Noyabr 10:33

Xəbər lenti
28 Noyabr 10:28

Xəbər lenti
28 Noyabr 10:25

Siyasət
28 Noyabr 10:22

Xəbər lenti
28 Noyabr 10:15

Gündəm
28 Noyabr 10:10

Xəbər lenti
28 Noyabr 10:00

Xəbər lenti
28 Noyabr 09:39

Xəbər lenti
28 Noyabr 09:35

Xəbər lenti
28 Noyabr 09:22

Xəbər lenti
28 Noyabr 09:18

Xəbər lenti
28 Noyabr 09:18

Dünya
27 Noyabr 21:17

Xəbər lenti
27 Noyabr 20:04

Xəbər lenti
27 Noyabr 19:02

Xəbər lenti
27 Noyabr 18:40

Xəbər lenti
27 Noyabr 18:06

Xəbər lenti
27 Noyabr 17:16

Siyasət
27 Noyabr 17:11

Xəbər lenti
27 Noyabr 16:23

Xəbər lenti
27 Noyabr 16:12

Xəbər lenti
27 Noyabr 15:43

İqtisadiyyat
27 Noyabr 15:16

Xəbər lenti
27 Noyabr 15:06
