"Biz səsimizi bütün dünyaya duyurmağa davam edəcəyik" - Gənc diplomat
24.12.2024 [16:42]
İtaliyada Beynəlxalq Münasibətlər və Siyasi Elmlər üzrə təhsil alan gənc diplomat Səkinə Qəhrəmanova Qərbi Azərbaycan mövzusunda fikirlərini bölüşüb. "Yeni Azərbaycan" xəbər verir ki, bu çıxışı etməkdə onun məqsədi, Qərbi Azərbaycanın tarixi, oradan deportasiya olunmuş azərbaycanlıların hüquqları və doğma yurdlarına qayıdış arzusu haqqında məlumatları ictimaiyyətlə bölüşməkdir:
"Qərbi Azərbaycan, indiki Ermənistan Respublikasının ərazisində yerləşən və əsrlər boyu azərbaycanlıların sıx şəkildə yaşadığı coğrafi məkan olub, zəngin mədəni irsi, tarixi abidələri və ənənələri ilə tanınır. Lakin XX əsrdə azərbaycanlıların bu torpaqlardan kütləvi şəkildə deportasiya edilməsi nəticəsində, bölgənin demoqrafik tərkibi dəyişdirilmiş və azərbaycanlılar öz doğma yurdlarından məhrum edilib.
Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası üç əsas mərhələdə həyata keçirilib:
- Birinci mərhələ (1905–1920-ci illər): Bu dövrdə erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq xülyası ilə azərbaycanlılara qarşı zorakılıqlar və qətliamlar törədilmiş, nəticədə minlərlə azərbaycanlı öz yurdlarını tərk etmək məcburiyyətində qalmışdır.
- İkinci mərhələ (1948–1953-cü illər): SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq, Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə Azərbaycanın Kür-Araz ovalığına köçürülməsi həyata keçirilib. Bu proses zamanı minlərlə insan doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb.
- Üçüncü mərhələ (1988–1992-ci illər): Ermənistanın milli siyasəti nəticəsində, azərbaycanlılar yenidən kütləvi şəkildə deportasiya olunmuş və bu dəfə öz doğma torpaqlarından birdəfəlik məhrum edilib.
Deportasiya olunmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək və onların doğma yurdlarına qayıdışını təmin etmək məqsədi ilə Qərbi Azərbaycan İcması yaradılıb. İcma, deportasiya qurbanlarının hüquqlarının bərpası və mədəni irsin qorunması istiqamətində fəaliyyət göstərir. 2022-ci il avqustun 3-də İctimai Birliyin ümumi yığıncağında təşkilatın adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilmiş və yeni nizamnaməsi təsdiq olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Qərbi Azərbaycan mövzusuna toxunmuş və bu məsələnin əhəmiyyətini vurğulayıb. O, Qərbi azərbaycanlıların öz doğma torpaqlarını heç zaman unutmadıqlarını və bu torpaqlara qayıdışın tarixi ədalətin bərpası baxımından vacib olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib: “Qərbi azərbaycanlılar heç zaman öz doğma torpaqlarını unutmayıblar. Böyük Azərbaycan xalqının bir hissəsi olaraq biz öz kiçik vətənimizin həsrətini həmişə çəkmişik.”
Qərbi Azərbaycan, azərbaycanlıların tarixi və mədəni irsinin ayrılmaz bir parçasıdır. Deportasiya olunmuş azərbaycanlıların doğma yurdlarına qayıdışı, tarixi ədalətin bərpası və bölgədə sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
O, həmçinin bu istiqamətdə atılan addımlar və Qərbi Azərbaycan İcmasının fəaliyyəti, qayıdış prosesinin reallaşmasına ümid verdiyini də vurğulayıb: "Mən, azərbaycanlı gənc diplomat olaraq bu çağırışı etməklə sizi əmin edirəm ki, heç bir güc bizim keçmişimizi silə bilməz. Qərbi Azərbaycan, yalnız tarixin yaddaşı deyil, həm də bizim gələcəyimizin təməlidir. Biz, haqqımızı qorumağa, ədaləti bərpa etməyə və səsimizi bütün dünyaya duyurmağa davam edəcəyik. Bu, hər bir azərbaycanlının, yurdumun hər bir vətəndaşının haqqıdır. Hədəfimiz tarixi həqiqətləri üzə çıxarmaqla yanaşı, haqq-ədalətin bərpası və tarixi torpaqlarımıza qayıdışdır. Bu qayıdışın vaxtı isə uzaqda deyil. Qərbi Azərbaycan heç bir güc tərəfindən silinməyəcək. Bu mübarizə, haqqın qələbəsi ilə sona çatacaq. Səsimizi yüksəldəcəyik və haqqımızı tanıdacağıq".
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

