Erməni də Əli Kərimlidən ləyaqətli davrandı...
25.12.2024 [15:17]
Paşinyan təəssüflənir, Əli Kərimli sevinir
Aktau yaxınlığında baş vermiş təyyarə faciəsi Azərbaycan xalqı tərəfindən böyük hüznlə qarşılandı. Belə bir məqamda xalqımızın və dövlətimizin dostları başsağlığı verdi, bizim bu hüznümüzə şərik olduqlarını bildirdilər. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan belə Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib. Paşinyan “X” hesabında etdiyi paylaşımında “Bakı-Qroznı reysində həlak olanların ailələrinə başsağlığı verirəm”, - deyə qeyd edib.
Düşmən ölkənin rəhbərinin bu davranışı haradasa ləyaqətli sayıla bilər - bu faciəyə təəssüfləndiyini ifadə edənlər bizim dərdimizə şərik olurlar. Amma təssüf ki, bu millətin üzvü olduğunu iddia edən bəzi şəxslər düşmən qədər ləyaqətli ola bilmirlər. Adını "müxalifət" qoymuş, amma xalqımızın ən qatı və ən rəzil düşmənindən də betər davranış sərgiləyən AXCP sədri Əli Kərimli yenə də özünün çirkin "fürsətcilliyindən" əl çəkmir – Kərimli bu qəzada həyatını itirən insanlaın həlak olma səbəbini özünün düşmən xisləti ilə "izah etməyə" cəhd göstərir. Rəzilliyin ən son həddini nümayiş etdirən Kərimli iddia edir ki, bu təyyarənin qəzaya uğramasına səbəb "quru sərhəddinin bağlı olmasıdır".
Həmin təyyarədə Qazaxıstan və Qırğızıstan vətəndaşları da həyatı itirib – Kərimli bunu nə ilə əsaslandırır görəsən? Təbii ki, bu gözlənilən idi – hələ 2018-ci ildə Şərur rayonunun Günnüt kəndi daxil olmaqla, on bir min hektar ərazi azad edilərkən, AXCP sədri özünün sosial şəbəkə hesabında yazırdı: "Naxçıvanda guya 11 min hektar torpaq sahəsinin Ermənistanın işğalından azad edilməsi haqda məlumat yalan idi. Bütün yalanlar kimi, bu da tez ifşa olundu. Məlum oldu ki, heç bir döyüşdən, torpaq azad etməkdən söhbət getmir”.
Eyni "mövqe" 44 günlük müharibədə erməni əsgərlərinin itkisinin şişirdildiyini iddia edən zaman da göstərildi, müharibənin nəticələri xaincəsinə "yarımçıq" adlandırıldı, hətta ölkəmizə qarşı sanksiya belə tələb edildi. Kərimlinin bu düşmən davranışları bütün məqamlarda önə çıxır, özünü büruzə verir.
Bu dəfə də fərqli bir şey baş vermədi - adını "siyasətçi" qoymuş bu məsuliyyətsizin açıqlamaları yenə də birmənalı şəkildə düşmən xislətin ifadəsidir. Burada bir deyim yerinə düşər – erməni də səndən ləyaqətli çıxdı…
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

