Katalikosdan müharibə çağırışı
04.02.2025 [10:41]
II Qaregin revanşizmi qızışdırır
Bütün səmavi dinlər barışıq təbliğ edir, müharibələrə “yox” deyir, xalqları sülhə çağırır. Ancaq bu fikri erməni kilsəsi və erməni din xadimləri barədə ifadə etmək mümkün deyil. Kilsə və başda ermənilərin katolikosu II Qaregin olmaqla bütün din xadimləri Ermənistanda həmişə ziddiyyətlərin mərkəzində dayanıb və bir növ katalizator rolunda çıxış ediblər, yanan odun üstünə yağ töküblər.
O cümlədən kilsə 30 il ərzində Ermənistanın işğalçılıq siyasətini həmişə dəstəkləyib. Postmüharibə dövründə isə erməni din xadimləri sülhyaratma prosesini əngəlləmək üçün əllərindən gələn hər şeyi edirlər. Bu günlərdə ermənilərin katolikosu II Qaregin növbəti dəfə Ermənistan ordusu barəsində danışıb. O, yaydığı bəyanatında “Ermənistanın üzləşdiyi ən mürəkkəb təhlükəsizlik çağırışları şəraitində” ordunu daha da gücləndirmək lazım olduğunu vurğulayıb.
Revanşistlərin yanında olan din xadimləri
Azərbaycanın 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələri əsasında yaratdığı yeni reallıqlar regionda tamam fərqli mənzərə formalaşdırıb. Hazırda region qarşıdurmalar səhifəsini birdəfəlik bağlamağa, potensialı əməkdaşlığa, davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə yönəltməyə heç vaxt olmadığı qədər daha yaxındır. Açılan bu fürsət pəncərəsindən maksimum səmərəli şəkildə istifadə olunmalıdır. Azərbaycan da məhz buna can atır. Ölkəmiz qalib tərəf olmasına rəğmən, müharibə başa çatandan dərhal sonra məğlub Ermənistana sülh təklifləri ünvanlayıb. İndiyədək dünya praktikasında qalib ölkənin müharibədən dərhal sonra ilk olaraq sülh təşəbbüsündən çıxış etməsi praktikası olmayıb. Ancaq sülhə nail olmaq Azərbaycanın xoşməramlı niyyətidir və həyata keçirdiyi siyasətin əsas məqsədlərindən biridir.
Müharibə başa çatdıqdan sonra ötən dörd il ərzində sülh sazişinin imzalanmamasının bütün məsuliyyəti isə bilavasitə Ermənistanın üzərinə düşür. Əvvəla, bu ölkədə sülh prosesinə yanaşmada fikir ayrılıqları müşahidə edilir. Müxalifət, cəmiyyətin müəyyən kəsimi, o cümlədən də iqtidardakı bəzi qüvvələr revanşist mövqe sərgiləyir və hər vəchlə sülh prosesini əngələməyə çalışırlar. Məlumdur ki, bu ölkənin siyasi rəhbərlibi müxtəlif auditoriyalar qarşısındakı çıxışlarında tez-tez “sülh sazişini qısa zamanda imzalamağa hazırıq” məzmunlu bəyanatlar səsləndirir. Ancaq ölkənin reallıqda nümayiş etdirdiyi davranışlar belə bəyanatların manipulyasiyalardan başqa bir şey olmadığını təsdiqləyir. Son vaxtlarda Ermənistan sürətlə silahlanma yolu tutub. Hərbi büdcə artırılır və Fransadan, Hindistandan hücum silahları alınır, keçmiş döyüşçülər, hətta yaşı insanlar belə səfərbərliyə alınırlar. Sual olunur: Sülhə hazır olduğunu deyən ölkə bu müharibə hazırlıqlarını niyə və kimə qarşı aparır? Əlbəttə ki, hədəf Gürcüstan, Türkiyə, İran və ya Rusiya deyil. Xaricdən alınan silahların Azərbaycana tuşlanacağına heç bir şübhə yoxdur. Yeri gəlmişkən, son günlərdə Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər boyunca qarşı tərəfin sülh atmosferinə uyğun gəlməyən davranışlarının intensivləşdiyini müşahidə edirik. Belə ki, Ermənistan rəhbərliyinin təhriki ilə regiona ayaq açan Avropa İttifaqının mülki deyilən, əslində isə hərbiləşdirlmiş missiyası sərhəddə “binokl diplomatiyasını” daha da gücləndiriblər. Onlar, demək olar ki, hər gün sərhədlərimizə yaxınlaşaraq müşahidələr aparır, foto və video çəkilişlər edir və geri dönürlər. Eyni zamanda, Ermənistan silahlı qüvvələri ayrı-ayrı ərazilərdə bir-birinin ardınca istehkamlar qururlar. Həmin istehkamlara texnika və canlı qüvvə yerləşdirlir. Sual olunur: N.Paşinyan ölkəsinin sülh gündəliyinə sadiq olduğundan danışırsa, bütün bunlar hansı məqsədlə edilir?
Yeni müharibəyə çağırış...
Belə həsass məqamda təbii ki, katalikosun silahlı qüvvələrə xitab etməsi birmənalı qarşılana bilməz. “Yeni müstəqil dövlətçiliyimizin və xalqımızın hüquqlarının müdafiəsi kimi müqəddəs işdə Ermənistan ordusunun rolu və xidmətləri əvəzsizdir. Bu gün ölkəmizin üzləşdiyi ən mürəkkəb təhlükəsizlik çağırışları qarşısında ordumuzu daha da gücləndirmək lazımdır ki, əsgərlərimiz müqəddəs milli müdafiə missiyasını yüksək döyüş qabiliyyəti və sarsılmaz ruhla davam etdirə bilsinlər. Vətənə məhəbbət və milli dəyərlərə sədaqət hər zaman əsgərlərin rəşadətli xidmət və şücaətlərinin möhkəm bünövrəsi olub və olacaq”, - deyə II Qaregin orduya çağırışında bildirib.
Katalikosun bu məzmunda bəyanatla çıxış etməsinin bir anlamı var: Yeni müharibəyə çağırış. Belə çıxır ki, məğlub ölkədə din xadimləri də revanşistlərin yanındadırlar və yeni müharibə planları məhz kilsələrdə hazırlanır.
Saxta erməni mifi
II Qareginin yeni müharibə çağırışında başqa bir məqam da diqqət çəkir. Katalikos erməni hərbçilərinin vətən məhəbbətindən və rəşadətli xidmətlərindən, şücaətlərindən bəhs edir. Görəsən, II Qaregin heç dediklərinin fərqindədirmi və yaxud onun yaddaşı yerindədirmi? İşğal illərində ermənilərə “yenilməz ordu” mifi aşılanmışdı. Erməni cəmiyyəti aldadılırdı. Ermənistanın havadarlarının dəstəyi ilə Azərbaycan ərazilərini tutması, hərbi cinayətlər törətməsi silahlı qüvvələrin müstəsna uğurları kimi təqdim olunurdu. Erməni cəmiyyəti miflərə o qədər aludə olmuşdu ki, hətta Ermənistan ordusunun növbəti uğurlarını, yeni ərazilər tutacağı xəbərlərini də səbirsizliklə gözləyiurdi.
44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələri ilə bu mif tamam kömüldü. Məlum oldu ki, Ermənistan ordusunun “yenilməzliyi” barədə deyilənlər suyun üzündəki sabun köpüyündən başqa bir şey deylmiş . 44 günlük müharibədə Ermənistan silahlı qüvvələrində 11 mindən çox fərarinin qeydə alınması ermənilərin necə “döyüşkən, məğrur” xalq olduqları barədə konkret təsəvvür yaradır. Erməni əsgər və zabitləri döyüş mövqelərini, silah və sursatlarını qoyub qaçırdılar. Müharibədən sonra Bakıda Qənimətlər Parkı yaradılıb. Həmin parkda erməni əsgər və zabitlərinin qoyub getdikləri müxtəlif növ döyüş texnikası nümayiş etdirilir. Bu, bütövlükdə Ermənistan ordusu üçün bir üzqarasıdır. Bütün bunlardan sonra II Qaregin hansı abır-həya ilə erməni hərbiçilərinin “şücaətlərindən” danışa bilər? Belə çıxır ki, xalqını yenidən müharibəyə səsləyən katalikosda abır-həya deyilən bir şey ümumiyyətlə yoxdur.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

