Ekosid fəaliyyətinə son!
01.03.2025 [10:13]
Cənubi Qafqaz coğrafiyasında onilliklər ərzində əməkdaşlığa və təhlükəsizliyə ciddi təhdidlər yaradan Ermənistanın pozuculuq fəaliyyətlərindən biri də bu ölkənin davamlı olaraq ətraf mühitə vurduğu ziyandır ki, bu da həm dövlətlər, həm də cəmiyyətlər səviyyəsində ciddi narahatlıq doğurur. “Environmental Protection First” (EPF) Koalisiyası tərəfindən Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə interaktiv rəqəmsal xəritənin bu günlərdə ictimaiyyətə təqdim edilməsi də bu narahatçılığın ifadəsidir. İnfobank mahiyyətli rəqəmsal xəritə Azərbaycan, ingilis və erməni dillərində hazırlanıb.
Peşəkar komanda tərəfindən hazırlanan unikal resurs
Ermənistan bir qayda olaraq dağ-mədən müəssisələrinin fəaliyyəti barədə geniş məlumatları ictimaiyyətə təqdim etmir. Bununla da şəffaflıq pozulur. Ermənistan hökumətini belə davranmağa sövq edən amillər çoxdur. Bu ölkədə dağ-mədən sənayesində əldə olunan gəlirlərin korrupsiya yeminə çevrildiyinə dair tez-tez müzakirələr açılır və hesabat istənilir. Eyni zamanda, Ermənistanın müvafiq qurumları sözügedən istehsalatların ətraf mühitə vurduğu ziyanı da hər vəclə gizlətməyə çalışırlar.
Təqdim olunan interaktiv rəqəmsal xəritə Ermənistanın ekoloji cinayətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox önəmlidir. Bu unikal resurs peşəkar komandanın bir ildən çox vaxt ərzində çəkdiyi gərgin əməyin məhsuludur. Yeri gəlmişkən, “Environmental Protection First” Koalisiyası 2024-cü ildə Azərbaycan, ingilis və erməni dillərində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə də hazırlayıb. İndiki Coğrafi İnformasiya Sistemləri (CİS) proqramlarına əsaslanan rəqəmsal xəritə də həmin xəritənin bazasında ərsəyə gətirilib. Lakin rəqəmsal xəritə hazırlanarkən yeni faktlar toplanıb və materiallar xeyli zənginləşdirilib. Təqdimat zamanı rəqəmsal xəritəni tərtib edən Koalisiyaya üzv olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bildirib ki, interaktiv xəritədə faydalı qazıntıların növləri, yerləşdiyi ərazilər, əsas çirkləndirici müəssisələr, onların hansı maddələrlə hansı çayları çirkləndirməsi barədə məlumatlar təqdim olunur. “Ermənistanda dövlət qurumları bu barədə susmağa üstünlük verir, amma biz xəritələri həm də erməni dilində hazırlayırıq ki, yerli ictimaiyyət ondan gizlədilən ekoloji cinayətlərdən agah olsun. Peşəkar kartoqrafik əsər olan xəritə müasir “WGS-84” koordinat sistemində yığılıb, klikləmə üsulu ilə obyektlər haqqında ətraflı məlumat almaq mümkündür. Xəritənin altlığı həm topoqrafik, həm də kosmik görüntülüdür. İstehsal müəssisələri haqqında məlumatlar kosmik təsvirlərin analizi nəticəsində alınıb. Xəritədə xammal emalı müəssisələrinin, istismar edən şirkətlərin adları, müəssisələrin təyinatı, ətraf mühitə təsirləri haqqında məlumatlar, foto və videolar verilib”, - deyə M.Bayramov vurğulayıb.
Bütün bölgənin zəhərlənməsinin qarşısı alınmalıdır
Azərbaycan ictimaiyyətinin Ermənistanın ətraf mühitə ziyan vurmasından narahatlıq keçirməsi başadüşüləndir. Ermənistanın ekoloji normaları kobud şəkildə pozaraq istismar etdiyi dağ-mədən yataqlarının böyük əksəriyyəti sərhədlərimizə yaxın ərazilərdə yerləşir. Yataqların işlənmsi zamanı istehsalatdan çıxan çirkli sular transsərhəd çaylarına axıdılır. Beləliklə də, Ermənistanın müxtəlif sənaye fəaliyyətləri zamanı ətraf mühitə vurduğu ziyandan Azərbaycan da təsirlənir. İndiyədək respublikamız bu məsələ ilə bağlı dəfələrlə həyəcan təbili çalsa da, Ermənistan tərəfi beynəlxalq konvensiyaların tələblərini pozmaqda davam edir.
“Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov qeyd edib ki, Ermənistanın və bu ölkədə işləyən xarici şirkətlərin dünyada qəbul olunmuş ekoloji norma və standartlar gözlənilmədən apardıqları ekosid fəaliyyəti dərhal dayandırılmalıdır, Ermənistanın bütün bölgəni zəhərləməsinin qarşısı alınmalıdır. Ermənistan əhalisi və region ölkələrinin ictimaiyyəti onlardan gizlədilənlər barədə mütləq xəbər tutmalıdır. A.Məmmədovun sözlərinə görə, Azərbaycan QHT-lərinin Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı açdığı cəbhə dünyanın ən müxtəlif ölkələrindəki ekoloji təşkilatlar tərəfindən alqışlanıb.
Təqdimatda “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü, deputat Pərvanə Vəliyeva bəyan edib ki, Ermənistan özünün dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla, xarici QHT-lərlə birgə ekoloji monitorinqlər keçirmək üçün Azərbaycan QHT-lərinə şərait yaratmalıdır. Fikirlərinə davam edən P.Vəliyeva deyib: “Ermənistanın baş naziri Nikol Paşinyan bu mövzuda Azərbaycan ictimaiyyətinin, dünyanın onlarla ölkəsindən olan vətəndaş cəmiyyəti təmsilçilərinin ona ünvanlanan müraciətlərini 2 ilə yaxındır ki, cavabsız qoyub. Hələ də Ermənistanın dağ-mədən müəssisələri Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Sənədlərini gizlədir, ictimailəşdirməkdən imtina edir”.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

