Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
15.07.2025 [09:46]
Sessiya ərzində 45 qanun və qərar qəbul edilib
Dünən Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilib. Əvvəlcə spiker Sahibə Qafarova çıxış edərək bildirib ki, iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlməsinin 56-cı ildönümü tamam oldu. Bu əlamətdar gündə Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərini minnətdarlıq hissi ilə bir daha xatırlayırıq.
S.Qafarova qeyd edib ki, Ümummilli Liderin başladığı missiyanı bu gün Azərbaycanın Prezidenti İlham Əliyev davam etdirir. Azərbaycan dünyanın geniş bir bölgəsində söz sahibi olan qüdrətli dövlətə çevrilib. “Əlbəttə, Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması milli inkişaf tariximizdə yeni dövr açıb. İşğaldan azad edilmiş ərazilərimizdə geniş bərpa-quruculuq işləri davam etdirilir. İnamla söyləmək olar ki, Prezident İlham Əliyevin siyasəti Azərbaycana bu günədək olduğu kimi bundan sonra da böyük uğur gətirəcək”,-deyə spiker vurğulayıb.
Qeyd edək ki, iclasda 13 məsələ müzakirə edilib. Əvvəlcə “Müdafiə haqqında” qanuna (üçüncü oxunuş) dəyişikliklər qəbul olunub. Layihəyə əsasən, ərazi müdafiəsi ilə bağlı norma təkmilləşdirilir. Sənəddə qeyd olunur ki, ərazi müdafiəsi ölkə ərazisinin, o cümlədən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizə və müdafiəsi üzrə tapşırıqların icrası üçün həyata keçirilən ümumdövlət hərbi və xüsusi tədbirlər kompleksidir. Ərazi müdafiəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları və hüquqi şəxslərlə qarşılıqlı əlaqədə həyata keçiriləcək. Ərazi müdafiəsinin təşkili, hazırlığı və təmin olunması qaydaları Azərbaycan Respublikasının ərazi müdafiəsi haqqında Əsasnamə ilə müəyyən ediləcək.
İclasda Mülki Məcəllədə, İnzibati Xətalar Məcəlləsində, “Media haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi layihə də üçüncü oxunuşda qəbul olunub. Sənədə əsasən, “Media haqqında” Qanunda “Media subyekti” anlayışı Azərbaycanda xarici media subyektlərinin filial və nümayəndəliklərini də əhatə etməsi məqsədilə genişləndirilib.
Milli Məclis “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişikliklər layihəsini də üçüncü oxunuşda qəbul edib. Qeyd olunub ki, layihə Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda, elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur. Bütövlükdə, təklif olunan dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.
Deputatlar iclasın gündəliyində olan digər məsələləri də qəbul ediblər. Sonda spiker S.Qafarova bildirib ki, Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində 7 iclas keçirilib. Onun sözlərinə görə, sessiya ərzində 45 qanun və qərar, o cümlədən 2 Konstitusiya qanunu qəbul edilib, 5 beynəlxalq müqavilə və konvensiya təsdiqlənib. Eyni zamanda, sessiya dövründə iki ictimai dinləmə təşkil olunub.
Milli Məclisin növbədənkənar sessiyası Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

