Milli Məclis Prezident və Birinci xanıma təbrik məktubu ünvanlayıb
18.10.2025 [12:18]
Oktyabrın 17-də Milli Məclisin növbəti iclası keçiirlib. İclasın gündəliyinə 7 məsələ daxil edilib. Əvvəlcə spiker Sahibə Qafarova çıxış edərək bildirib ki, iclas tarixi bir günün ildönümü ərəfəsində keçirilir. Onun sözlərinə görə, 34 il öncə, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti dövlət müstəqilliyimizin bərpasını elan edib: “Bir əsr ərzində ikinci dəfə xalqımız müstəqil dövlətini qurmaq imkanına nail olub. Amma müstəqilliyi əldə etmək az idi, onu qoruyub saxlamaq da lazım idi. Təəssüf ki, yeni yaranmış dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi. Ermənistanın silahlı təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərcə soydaşımızın yurdlarını tərk etməsi ciddi problemlər yaratmışdı. İqtisadiyyat dağılır, anarxiya və özbaşınalıq genişlənirdi. Biz hamımız bu hadisələrin şahidi olmuşuq. Daxili mübarizəyə başı qarışan səriştəsiz iqtidar dövlətçiliyimizi müdafiə etməyə qadir deyildi. Ölkəmiz vətəndaş müharibəsinin astanasında idi. Dövlət müstəqilliyinin itirilməsi təhlükəsi real şəkil almışdı.
Məhz bu ağır vəziyyətdə xalqımız yenidən öz müdrik liderinə üz tutdu”. Parlament sədri deyib ki, 1993-cü ilin iyun ayında dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması tariximizin dönüş nöqtəsi oldu. Heydər Əliyev təkcə ölkəni fəlakətdən xilas etmədi, həm də onu yenidən qurdu. Ümummilli Liderimizin həyata keçirdiyi milli qurtuluş missiyası nəticəsində Azərbaycan böyük təhlükələri aradan qaldırdı və davamlı inkişaf yoluna qədəm qoydu. Müasir dövlətçiliyin, iqtisadiyyatın, hüquq sisteminin, ordunun möhkəm təməlləri yaradıldı.
S.Qafarova qeyd edib ki, məhz Heydər Əliyevin fəaliyyəti sayəsində müstəqillik ideyası real məzmun kəsb etdi və dayanıqlı dövlətçilik sisteminə çevrildi. Milli suverenliyin möhkəm siyasi-hüquqi əsasları formalaşdırıldı. Ulu Öndər sübut etdi ki, güclü dövlət, səmərəli qanunlar və vətəndaş məsuliyyəti olmadan həqiqi müstəqillik mümkün deyil. Bu baxımdan 2025-ci ilin Konstitusiya və Suverenlik ili elan olunması da Heydər Əliyev ideyalarının və əməllərinin təntənəsini ifadə edir.
Diqqətə çatdırılıb ki, heydər Əliyevin strateji xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi müasir dünya dövləti olan Azərbaycanın qurulmasını təmin edib. Ötən 22 il ərzində ölkəmiz sabitlik və inkişaf məkanına çevrilib. İndi Azərbaycan amili regional təhlükəsizliyin və iqtisadi əməkdaşlığın mühüm şərtidir. “Biz 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında tarixi qələbələr qazanmışıq. Ərazi bütövlüyümüzü və dövlət suverenliyimizi bərqərar etmişik”,-deyən spiker əlavə edib ki, bu gün Azərbaycan beynəlxalq platformalarda səsi eşidilən, öz sözünü inamla söyləyən bir dövlətdir. Təkcə son yarım ay ərzində baş vermiş beynəlxalq hadisələr də bir daha nümayiş etdirdi ki, Azərbaycanın qlobal siyasi dialoq sistemində sanballı yeri var. Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısında, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə, MDB Dövlət Başçıları Şurasının Zirvə görüşündə və Yaxın Şərq Sülh Sammitində iştirakı, həmin tədbirlər çərçivəsində keçirdiyi görüşlər və apardığı danışıqlar göstərdi ki, Azərbaycan təkcə regional lider deyil, həm də beynəlxalq proseslərin nüfuzlu iştirakçısıdır.
“Təklif edirəm ki, Müstəqilliyin Bərpası Günü münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq. Azərbaycan xalqının və dövlətinin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq”,-deyə S.Qafarova qeyd edib.
Daha sonra spiker parlament nümayəndə heyətinin 13-14 oktyabr tarixlərində Pakistan İslam Respublikasına işgüzar səfəri barədə məlumat verib.
Sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub. Əvvəlcə “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” təsdiq edilib. Bildirilib ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi məqsədilə bağlanmış Saziş 9 iyul 2025-ci il tarixində Əbu-Dabi şəhərində imzalanıb. Sazişin əsas məqsədi iki ölkə arasında ticarət və investisiya münasibətlərini genişləndirmək, ticarət maneələrini azaltmaq, qarşılıqlı iqtisadi əməkdaşlığı gücləndirmək və uzunmüddətli, sabit hüquqi çərçivə yaratmaqdır.
Saziş ümumilikdə 18 fəsildən və bir sıra əlavələrdən ibarətdir. Onun strukturu və məzmunu müasir azad ticarət və hərtərəfli iqtisadi tərəfdaşlıq anlaşmalarına uyğun hazırlanıb. Sazişdə malların və xidmətlərin ticarəti, investisiyalar, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət satınalmaları, rəqəmsal ticarət, əqli mülkiyyət hüquqları, kiçik və orta sahibkarlığın dəstəklənməsi, mübahisələrin həlli mexanizmləri və yekun müddəalarla bağlı əhatəli razılaşmalar öz əksini tapıb.
Sonra “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsi təsdiqlənib. Qeyd edilib ki, “Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiya” 27 yanvar 2021-ci il tarixində Paris şəhərində imzalanıb.
Sənəd preambula, 22 maddə və keçid müddəalardan ibarətdir. Konvensiyada Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilatın təsis edilməsi, məqsəd və hədəfləri, funksiyaları, orqanları və s. barədə ətraflı məlumat verilib. Bu qurum hökumətlərarası təşkilat kimi təsis edilib, məsləhətçi və texniki xarakter daşımaqdadır.
Deputatlar “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi məsələsini də müzakirə ediblər. Mövcud qanunvericiliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə qəbul daxili müsahibə əsasında həyata keçirilir.
Təklif olunan dəyişikliyə əsasən, 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci üçüncü təsnifatlarına uyğun olan vəzifələrə (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri və Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələri istisna olmaqla) qəbul daxili müsahibə əsasında həyata keçiriləcək. Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, iclasın gündəliyində olan digər qanun layihələri də qəbul olunub. İslasın sonunda spiker Sahibə Qafarova parlamentin növbəti iclasının oktyabrın 24-də keçiriləcəyini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

