Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Güclü dövlət – güclü Ordu: Azərbaycan Ordusu regionda sülhün və təhlükəsizliyin qarantıdır

Güclü dövlət – güclü Ordu: Azərbaycan Ordusu regionda sülhün və təhlükəsizliyin qarantıdır

09.11.2025 [18:56]

Vətən müharibəsində qazanılmış şanlı Qələbənin beşinci ildönümü münasibətilə Bakının Azadlıq meydanında keçirilən möhtəşəm Hərbi parad təkcə ölkə ictimaiyyətinin deyil, həm də dünyanın aparıcı media qurumlarının diqqət mərkəzində olub. Beynəlxalq mətbuatda geniş işıqlandırılan bu tədbir Azərbaycanın hərbi qüdrətinin, dövlət müstəqilliyinin və milli birliyinin bariz təzahürü kimi qiymətləndirilib.

Yayımlanan xəbərlərdə Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin çıxışlarında səsləndirdiyi fikirlər xüsusi vurğulanıb. Xəbərlərdə eyni zamanda Azərbaycan Ordusunun müasir dövrün tələblərinə cavab verən, regionda sülhün və təhlükəsizliyin əsas təminatçısı olan bir orduya çevrildiyi qeyd edilib.

Azərbaycan Silahlı Qüvvələri son illərdə dinamik inkişaf yolu keçib. Aviasiyanın güclənməsi, “Ice Breaker” kimi super sonic raketlərin, müasir artilleriya sistemlərinin və DİTA kimi strateji çəkindirici vasitələrin arsenalda yer alması ordunun döyüş qabiliyyətini və texnoloji üstünlüyünü əhəmiyyətli dərəcədə artırıb.

Azərbaycanın hərbi strategiyası təkcə müdafiə yönümlü deyil, həm də regionda sabitlik və sülhün qorunmasına xidmət edir.

Qeyd etmək lazımdır ki, 2020-ci ilin 44 günlük Vətən müharibəsi başlayanda Azərbaycan ordusunda cəmi 2000 nəfərə yaxın Xüsusi Təyinatlı Qüvvə (XTQ) var idi. Bu gün keçirilən paradda isə meydanda 4000 yüksək səviyyədə təlim keçmiş XTQ iştirak edib. Bu, Azərbaycanın müdafiə potensialının sürətlə artdığını və ordumuzun yalnız bir hissəsinin nümayiş etdirildiyini göstərir.

Azərbaycanın hərbi gücü onun dövlət siyasətinin əsas dayaqlarından biridir: Güclü dövlət – güclü ordu.Bu prinsip bu gün də dəyişməz olaraq qalır. Azərbaycan Ordusu təkcə torpaqlarımızın qorunmasının deyil, həm də regionda ədalətin və sülhün təminatının əsas qarantıdır.

İşğaldan azad edilmiş torpaqlarda bərpa və quruculuq işləri, güclü iqtisadiyyat və müasir ordu birlikdə göstərir ki, Azərbaycan qalib dövlət olaraq öz gələcəyini sabitlik, inkişaf və güc üzərində qurur.

Elşən YƏHYAYEV,

"Yeniazerbaycan.com" saytının redaktoru

Paylaş:
Baxılıb: 136 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

İqtisadiyyat

MEDİA

44 günün dastanı...

08 Noyabr 09:34

Analitik

Siyasət

Ədəbiyyat

ZƏFƏR NƏĞMƏLƏRİ

08 Noyabr 08:28

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30