Dövlət proqramlarının icrasının 10 ili ərzində qeyri-neft sektoru 2,6 dəfə artıb
22.02.2014 [13:34]
Prezident İlham Əliyev: Proqramın icrasının ilk illərində iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir
Hər hansı bir ölkənin sosial-iqtisadi inkişafının yalnız bir sektor üzərində qurulması və ya iqtisadiyyatın yalnız bir amildən asılılığı inkişafa xidmət etmir. Bu baxımdan, Azərbaycanda da iqtisadiyyatın neft amilindən asılılığının azaldılması və qeyri-neft sektorunun inkişafı istiqamətində ildən ilə fəal, məqsədyönlü işlər aparılır. Qeyri-neft sektoru dedikdə təkcə rabitə, ticarət, turizm, ictimai iaşə və digər kütləvi xidmət sahələri deyil, eyni zamanda, sənaye, xüsusən də onun yüngül və yeyinti sahələri, həmçinin, kənd təsərrüfatı nəzərdə tutulur.
Sirr deyil ki, müstəqilliyin ilk illərində Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunda istehsalın real artımı neft sektorundan fərqli olaraq zəif inkişaf etməkdə idi. Bu, xüsusilə neft sektoru ilə müqayisədə həmin sahəyə daha az xarici investisiyaların cəlb olunması ilə əlaqədar idi. Bununla yanaşı, ilk dövrlərdə qeyri-neft sektorunun ləng inkişafını həm də həmin sektorun məhsullarına tələbin zəif olması ilə əlaqələndirmək olar. Lakin neftdən əldə edilən gəlirlərin qeyri-neft sahəsinə yatırılması və konkret islahatların aparılması nəticəsində sözügedən sahə inkişaf etdi. Fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycanda aparılan islahatlar, düşünülmüş siyasət ölkəmizin hərtərəfli inkişafına təkan verdi. Dövlət başçısı bildirib ki, son on il ərzində Azərbaycan dünyada ən sürətli templə inkişaf edib: “İki proqramın icra edilməsi nəticəsində sənaye istehsalı 2,7 dəfə artmışdır. Əgər proqramın icrasının ilk illərində iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektorumuz ölkəmizin uğurlu inkişafını təmin edir. Təsadüfi deyildir ki, keçən il qeyri-neft sektorumuzun artımı təqribən 10 faiz təşkil edirdi. Bu da dünya miqyasında ən böyük göstəricilərdən biridir. Ümumiyyətlə, keçən il iqtisadiyyat təqribən 6 faiz artmışdır”.
Bir sözlə, Azərbaycan hökuməti zəngin neft resurslarının satışından daxil olan gəlirləri səmərəli şəkildə xərcləməklə iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru gəlir gətirə biləcək strateji bölməyə çevrilib. Dövlət həyata keçirdiyi tədbirlərlə həm də iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dəstək verməyə, rəqabətqabiliyyətli mal, məhsul və xidmətlərin region və dünya bazarlarına ixracına yardımçı olmağa çalışır. Ümumilikdə, 10 il ərzində qeyri-neft ixracı 4,7 dəfə, o cümlədən, meyvə-tərəvəzin emal məhsullarının ixracı 2,5 dəfə, ixrac olunan qeyri-neft məhsullarının çeşidi 1,7 dəfə, ixrac ölkələrinin sayı isə 20 vahid artıb.
Neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər son illərdə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin də artmasına səbəb olub. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi istiqamətində görülən işlər inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişib. Ötən illər ərzində Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) sürətli artımını iqtisadiyyatın differensasiyası istiqamətində görülən işlərin nəticəsi kimi qiymətləndirmək olar ki, burada qeyri-neft iqtisadiyyatının xüsusi çəkisi var. Ümumilikdə, respublikamızda 2003-cü ildən bəri iqtisadiyyat 3,4 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə artıb.
Sözsüz ki, müasir tələblərə cavab verən minlərlə infrastruktur və sosial obyektlərin inşası ilə bərabər, biznes və investisiya mühitinin yaxşılaşdırılması regionların iqtisadi potensialını gücləndirməklə, ümumilikdə, iqtisadiyyatın diversifikasiyasının sürətlənməsinə, qeyri-neft sektorunun və ixracının artmasına, ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə mühüm töhfə verib. Belə ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Bu müddət ərzində Azərbaycan İnvestisiya Şirkəti regionlarda qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması istiqamətində məqsədyönlü tədbirlər görüb. Tədbirlər nəticəsində hesabat dövründə məşğulluqda özəl sektorun payı 68 faizdən 74 faizə qalxıb, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb və ÜDM-də özəl sektorun xüsusi çəkisi 80 faizi ötüb.
Ötən müddətdə 14 beşulduzlu hotel də daxil olmaqla, regionlarda turizm komplekslərinin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına geniş imkanlar yaradıb.
Hazırda Azərbaycanda iqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır. Məsələn, son illərdə Azərbaycan iqtisadiyyatının tikinti, energetika, informasiya-kommunikasiya, kosmik və müdafiə sənayesi və digər qeyri-neft sahələrinə daxili və xarici investisiyaların yatırımı da genişlənib. Qeyd edək ki, qeyri-neft sənayesinin perspektivli sahələrindən biri yerli xammala əsaslanan metallurgiya sənayesi olacaq. Bu sahədə 4 zavoddan ibarət tam istehsal zənciri yaradacaq Azərbaycan Polad İstehsal Kompleksi ilə yanaşı, Gəncədə 2-ci alüminium istehsal xəttinin, alüminium yarımfabrikat istehsalı müəssisələrinin tikintisi xüsusi əhəmiyyət kəsb edir. Eləcə də, Sumqayıt Karbamid zavodlarının inşası, ümumilikdə qeyri-neft sənayesinin və əlaqədar sahələrin inkişafına təkan verəcək. Perspektivli sahələr hesab olunan maşınqayırma sənayesində, xüsusilə də neft maşınqayırması sahəsində istehsal çeşidlərinin və həcminin artırılması, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətinin genişləndirilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçiriləcək. Habelə, yeni sement istehsalı zavodlarının fəaliyyətə başlaması, metal konstruksiyaların, seramik plitələrin istehsalı tikinti materialları sənayesinin dinamik inkişafına şərait yaradacaq.
Növbəti illərdə aqrar sənayenin inkişaf etdirilməsi məqsədilə yerli xammala əsaslanan kənd təsərrüfatı məhsulları emalının artırılmasının ölkə əhalisinin qida sənayesi məhsullarına olan tələbatını daha dolğun ödəməklə yanaşı, ixrac potensialının reallaşdırılmasına yol açacağı pronozlaşdırılır. Eləcə də, yüngül sənayenin inkişafı və yerli xammala əsaslanan müəssisələrin yaradılması dəstəklənəcək.
SEVİNC
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53

