Əli Həsənov: Məqsədimiz odur ki, dünya bu tarixləri unutmasın
29.03.2014 [12:11]
Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdədir.
Səfər çərçivəsində Əli Həsənov Türkiyənin TRT Avaz kanalına Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı müsahibə verib.
Şöbə müdiri bildirib ki, hər il martın 31-i ermənilərin son 200 il ərzində türklərə və əsasən də Azərbaycan türklərinə qarşı həyata keçirdikləri soyqırımının rəmzi günü olaraq qeyd edilir. Çünki 1918-ci il martın 31-i ermənilərin ən çox qətliam həyata keçirdikləri tarixdir. Onlar həmin gün Bakıda və Azərbaycanın ayrı-ayrı bölgələrində insanları sadəcə olaraq türk və müsəlman olduqlarına görə qətlə yetiriblər. Martın 31-də isə həmin hadisələrin ən qanlısı və dəhşətlisi olub. Həmin hadisələr zamanı minlərlə insan qətlə yetirilib, Bakının ən gözəl, tarixi əhəmiyyət kəsb edən tikililəri yandırılıb.
Əli Həsənov bildirib ki, həmin vaxt türk ordusu azərbaycanlı soydaşlarının köməyinə gəlib və qanlı döyüşlərdən sonra Bakı azad edilib.
Şöbə müdiri diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin imzaladığı xüsusi Fərmanla hər il martın 31-i dünyada Azərbaycan türklərinə qarşı ermənilərin soyqırımının ümumiləşdirilmiş rəmzi kimi qeyd olunur. Bu tarixdə Azərbaycana bağlı insanlar səfərbər edilərək dünyanın hər yerində tədbirlər keçirir, təbliğat işləri aparırlar. Artıq müəyyən nəticələr də var. Dünyanın bir sıra ölkələri Xocalı qətliamını soyqırımı kimi tanıyıb.
Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, 1918-ci il martın 31-də ermənilər tərəfindən törədilən bu qətliam azərbaycanlılara qarşı altı ən dəhşətli soyqırımı aktından biridir. Biz bu hadisələri yad etməklə ermənilərdən qisas almaq haqqında düşünmürük. Məqsədimiz odur ki, dünya bu tarixləri unutmasın və bunu törədənləri tanısın. Həmçinin erməni xalqı onun üzərindən insanlığa qarşı belə cinayətlərin törədilməsinə imkan verməsin, o cümlədən bu haqsızlıq yerdə qalmasın, buna qarşı bəşəriyyət öz münasibətini bildirsin.
Əli Həsənov səfər çərçivəsində TRT-nin baş direktoru İbrahim Şahinlə də görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

