/ / Müstəqil Azərbaycanın hazırkı reallıqları Avropa Şurasının tribunasından əminliklə və qətiyyətlə ifadə olundu
Müstəqil Azərbaycanın hazırkı reallıqları Avropa Şurasının tribunasından əminliklə və qətiyyətlə ifadə olundu
28.06.2014 [09:39]
Azərbaycan Prezidenti bir daha nümayiş etdirdi ki, heç bir iddia və hücum Onun dəmir iradəsini sarsıda və Azərbaycan xalqının maraqlarına xidmət yolundan döndərə bilməz
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı bir çox məqamlara yenidən aydınlıq gətirdi. Müstəqilliyin ilk illərində Azərbaycanın faciəvi durumu, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, sonrakı dövrdə ölkədə həyata keçirilən demokratik islahatlar, bazar iqtisadiyyatı prinsiplərinin tətbiq olunması, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquq və azadlıqlarının təmin olunması, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası, nəhəng enerji layihələrinin həyata keçirilməsi, ölkənin dinamik inkişaf yoluna qədəm qoyması, tərəqqi və müasir cəmiyyət quruculuğu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı durum və digər məsələlər dövlətimizin başçısının nitqində sistemli təhlilin əsas konturlarını təşkil etdi. Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Azərbaycanın həyata keçirdiyi inkişaf strategiyasının, eləcə də paralel islahatların davamlı xarakter daşıdığını, ölkəmizin demokratik dəyərlərə və prinsiplərə sadiq olduğunu, reallaşdırılan daxili və xarici siyasət kursunun milli maraqlara əsaslandığını növbəti dəfə nümayiş etdirdi.
Azərbaycanın müstəqil inkişaf strategiyası perspektiv tərəqqinin əsaslarını formalaşdırır
Prezident İlham Əliyev Öz çıxışında Azərbaycanın keçdiyi inkişaf yolunu, müasir inkişaf səviyyəsini, gələcək dövr üçün prioritetlərini sistemli şəkildə təhlil etdi. Ümumiyyətlə, sirr deyil ki, tərəqqinin milli modelini formalaşdıran Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur. Bu inkişafın əsasında isə uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli sosial-iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti, hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması və digər bu kimi tədbirlər Azərbaycanın sürətli inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Bir sözlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əldə olunan nailiyyətlər Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib.
Azərbaycan heç bir qurumdan və milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir
Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı belə bir gerçəkliyi növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir. Həyata keçirilən daxili və xarici siyasət sırf ölkənin milli maraqlarına söykənir və əsas strateji hədəf uzunmüddətli inkişafın təmin olunmasıdır. Bundan başqa, ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Eyni zamanda, rasional inkişaf strategiyasının həyata keçirilməsi bütün sahə və sektorların inkişafını təmin etməklə yanaşı, Azərbaycan iqtisadiyyatının beynəlxalq iqtisadi sistemə uğurlu inteqrasiyasına təkan verir. Ölkə iqtisadiyyatı dünyanın rəqabətqabiliyyətli iqtisadiyyatları pilləsində davamlı surətdə irəliləyir. Dünyanın nüfuzlu iqtisadi-maliyyə institutları bu faktı xüsusi olaraq qeyd edirlər və Azərbaycan iqtisadiyyatının yüksək beynəlxalq nüfuza malik olması təqdirəlayiq hal kimi səciyyələndirilir.
Bununla yanaşı, paralel islahatlar da Azərbaycanın dinamik inkişafını şərtləndirən mühüm amillərdəndir. Belə ki, ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb ki, bu, bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amil səciyyəsi daşıyır. Yəni, Azərbaycanda aparılan köklü islahatlar bugünkü reallıqları mümkün edib.
Azərbaycan demokratik inkişafın milli modelini formalaşdırıb
Prezident İlham Əliyev çıxışında müstəqillik illərində vətəndaş cəmiyyəti quruculuğu, demokratik prinsiplərin tətbiqi, fundamental azadlıqların təmin olunması sahəsində ciddi uğurlar əldə olunduğunu da diqqətə çatdırdı.
Sirr deyil ki, demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi kimi təməl strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil edir. Bütün bunların fonunda bu gün Azərbaycan demokratik inkişaf yolunda irəliləyən avanqard ölkələr sırasında yer alır. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapması və inkişafını təmin edən başlıca amil isə ardıcıl siyasi-hüquqi islahatların həyata keçirilməsidir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqların təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi və digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirir. Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları Azərbaycanın demokratiya yoluna sadiq olduğunu bəyan etməkdədirlər.
Azərbaycanda bütün azadlıqlar təmin edilir
O da qeyd edilməlidir ki, həyata keçirilən demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi islahatları davam etdirmək əzmindədir və reallaşdırılan bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir. Bununla yanaşı, söz, fikir və özünüifadə, eləcə də internet azadlığının təmin olunması, medianın müstəqil inkişafına xüsusi diqqət yetirilməsi, korrupsiya, rüşvətxorluq kimi neqativ hallara qarşı qətiyyətli mübarizə aparılması Azərbaycanın dinamik inkişafının, əsaslı ictimai-siyasi sabitliyin davamlı olacağına əminlik yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanda bütün azadlıqlar təmin edilir: “Siyasi fəaliyyət azadlığı vardır. Yüzlərlə siyasi təşkilat, partiya mövcuddur. İfadə azadlığı, mətbuat azadlığı vardır. 40-dan artıq gündəlik və təxminən 2 yüz həftəlik və aylıq qəzet çıxır. Respublika səviyyəsində 9 televiziya kanalı vardır. 14 bölgə və 14 kabel televiziya kanalı fəaliyyət göstərir. Bizdə azad internet vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən artıqdır. Hazırda hökumətimiz böyük sərmayələri tələb edən layihəni həyata keçirməkdədir: genişzolaqlı internet hər bir şəhər və kənd üçün təmin edilməlidir. Digər sözlə, azad internetin mövcudluğu, senzuranın olmaması şəraitində biz mətbuat azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, biz mətbuat azadlığının tərəfdarıyıq, çünki media azadlığı demokratiya deməkdir. O, hökumətə çatışmazlıqlara diqqət yönəltməyə yardım edir. O, hökumət ilə cəmiyyət arasında zəruri əlaqələrin qurulmasına zəmin yaradır. Bu, Azərbaycanın, müasir Azərbaycanın ən böyük zənginliklərindən biridir. Biz bundan qürur hissi duyuruq. Bu səbəbdən, biz bir daha söyləyə bilərik ki, mətbuat azadlığı tam şəkildə təmin edilir”.
Bundan başqa, ictimai-siyasi təsisatların, o cümlədən siyasi subyektlərin fəaliyyətinə əlverişli şəraitin yaradılması, insan hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində qətiyyətli mövqeyin ortaya qoyulması, iqtisadi və siyasi islahatların paralel aparılması və digər bu kimi amillər Azərbaycanın demokratik dəyərlərə sadiqliyini nümayiş etdirir. Azərbaycan Prezidentinin bildirdiyi kimi: “Təşkilatlanma və toplaşma azadlığı, həmçinin, tam şəkildə təmin edilir. Siyasi təşkilatlar bundan yararlanır, vaxtaşırı nümayişlər keçirirlər. Bu, dinc şəkildə baş tutur. Bu, həmçinin, islahatlara sadiqliyimizi nümayiş etdirir. Bildirmək istəyirəm, islahatların həyata keçirilməsi bizim üçün onunla bağlı deyil ki, biz öhdəliklərimizi icra edək və ya beynəlxalq təsisatlardan müəyyən müsbət qiymətlər alaq. Bu, onunla bağlıdır ki, biz ölkəmizi müasirləşdiririk. On il öncə qeyd etdiyim kimi, güclü demokratik təsisatlar olmadan iqtisadi uğurumuz davamlı ola bilməz. Bu səbəbdən iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılmalıdır. Cəmiyyətin demokratikləşdirilməsi cəmiyyətimizdə müsbət əhval-ruhiyyə yaradır”.
Dolayısıyla, sadalanan pozitiv məqamlar, eyni zamanda, ölkədə əsaslı ictimai-siyasi sabitliyin sarsılmazlığını təmin edir, xalq-iqtidar birliyini möhkəmləndirərək cəmiyyətin inkişaf kontekstində vahid mövqedən çıxış etməsini şərtləndirir.
Azərbaycan Prezidentindən qərəzli xarici dairələrə tutarlı cavab
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət kursunun fonunda əldə edilən nailiyyətlər göz qabağındadır. Amma əfsuslar olsun ki, müəyyən qərəzli dairələr ölkəmizin demokratik imicinə kölgə salmaq, bəzi hallarda isə Azərbaycanda ictimai rəyə təsir etmək üçün “qara piar” xarakterli məlumatlar yayır, Azərbaycan reallıqlarını təhrif etməyə çalışırlar. Lakin bütün bu neqativ cəhdlər qətiyyətlə ifşa olunur. Məhz Prezident İlham Əliyevin sözügedən sessiyadakı çıxışının sual-cavab hissəsi bu reallığı bir daha əks etdirdi. Azərbaycan Prezidenti Öz cavabları ilə bir daha nümayiş etdirdi ki, sifarişli iddialarla ölkəmizi gözdən salmaq, ona ləkə yaxmaq cəhdləri baş tutmayacaq və subyektiv mülahizələrin müəllifləri məntiq, obyektiv reallıq qarşısında acizdirlər. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, bu hücumların səbəbləri heç də insan hüquqları, demokratiya, xüsusən də geopolitik məsələlərlə bağlı deyil. Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan maraqlı qüvvələr tərəfindən təşkil olunur. Bununla yanaşı, dövlətimizin başçısının mövqeyi həm də Azərbaycanı sevməyən müəyyən xarici dairələrə, onların sifarişlərini yerinə yetirən bəzi beynəlxalq hüquq-müdafiə təşkilatlarına tutarlı cavab və aydın mesaj oldu. Azərbaycan Prezidenti dəmir iradə nümayiş etdirərək anti-Azərbaycan qüvvələrə bir daha göstərdi ki, heç kim dövlətimizin müstəqil siyasətinə təsir edə bilməz. Bu qüvvələr qarşılarında Azərbaycan dövlətinin qətiyyətli iradəsini görəcəklər və bütün cəhdlər iflasa uğrayacaq.
Nəticə etibarilə, müstəqil Azərbaycanın hazırkı reallıqları Avropa Şurasının tribunasından əminliklə və qətiyyətlə ifadə olundu.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50
Siyasət
06 May 16:42
YAP xəbərləri
06 May 16:27
YAP xəbərləri
06 May 16:26
YAP xəbərləri
06 May 16:12
YAP xəbərləri
06 May 15:16
Dünya
06 May 15:13
Elanlar
06 May 15:03
Hadisə
06 May 14:39
YAP xəbərləri
06 May 14:10
Sosial
06 May 14:05
Dünya
06 May 13:05
Hadisə
06 May 12:40
Sosial
06 May 12:30
Sosial
06 May 12:11
Diaspor
06 May 12:08
Sosial
06 May 12:04
İqtisadiyyat
06 May 12:03
İqtisadiyyat
06 May 12:00
Dünya
06 May 11:57
İqtisadiyyat
06 May 11:43
Analitik
06 May 11:26
YAP xəbərləri
06 May 11:24
Gündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
06 May 02:56
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16

