/ / Samirə Quliyeva: İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirəcək
Samirə Quliyeva: İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirəcək
30.05.2015 [11:30]
“İlk Avropa Oyunları Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirəcək”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini, partiyanın Siyasi Şurasının üzvü Samirə Quliyeva deyib. O, Azərbaycanın qazandığı nailiyyətlərin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini vurğulayıb. Samirə Quliyeva ilk Avropa Oyunlarının idmanın inkişafı ilə yanaşı, mədəniyyətimizin, tariximizin dünyaya çatdırılması, eləcə də, gələcəkdə turizm sektorunun inkişafı baxımından da mühüm rol oynayacağını qeyd edib: “İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi hər birimizin uğurudur və bu, böyük hadisədir. Avropanın idman tarixində ilk dəfədir ki, belə yarışlar keçirilir və çox əlamətdar, həm də sevindirici haldır ki, bu nəhəng, möhtəşəm idman yarışmasının ilk məkanı, ünvanı məhz bizim vətənimiz, bizim ölkəmiz, Azərbaycandır. Bu gün Azərbaycanın dünyanın lider dövlətləri sırasında inamla addımlaması, eləcə də, beynəlxalq müstəvidə söz və nüfuz sahibi olması bu yarışların məhz ölkəmizdə keçirilməsini şərtləndirən əsas amillərdəndir. Eləcə də, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun nəticəsidir ki, bir çox mötəbər təşkilatlar öz tədbirlərinin Azərbaycanda keçirilməsi haqqında qərarlar qəbul edirlər. Həmin tədbirlər siyasi, iqtisadi, humanitar və digər sferaları əhatə edir. Bunların arasında beynəlxalq idman tədbirlərini də xüsusi vurğulamaq yerinə düşər.
Ümumiyyətlə, bu gün Azərbaycanda idmanın inkişafı dövlətin əsas diqqət ayırdığı istiqamətlərdən biridir. Ölkəmizdə gənclərin inkişafına həsr olunan Dövlət proqramlarında, konsepsiyalarda idmanın inkişafı məsələsi prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarifləndirmə işinin aparılması, onların idmana cəlb olunması bu məsələdə əsas xətt sayılır”.
Samirə Quliyeva, həmçinin, Azərbaycanın ilk Avropa Oyunları kimi böyük idman yarışına ev sahibliyi etməsinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini də vurğulayıb: “Azərbaycanın bu yarışlara ev sahibliyi etmək iddiasını rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın bugünkü inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
Əminliklə qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə güclü idman infrastrukturu yaratmağının, Olimpiya hərəkatının öncül ölkələrindən birinə çevrilməyinin sayəsində bu kontekstdə inkişafın Azərbaycan modeli formalaşdırılıb. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik olan lider idman ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq”.
Samirə Quliyeva, həmçinin, ilk Avropa Oyunlarının bütün ictimaiyyətlə yanaşı, gənclərin də böyük marağına səbəb olduğunu vurğulayıb: “Bu yarışların ölkəmizdə keçirilməsi Azərbaycan gəncliyinin uğurudur. Eyni zamanda, ölkəmizin nüfuzunun və gücünün bir daha təsdiqidir. Bir məqama xüsusi olaraq toxunmaq istərdim ki, ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülməkdədir. Bildiyimiz kimi, ötən zaman ərzində Avropa Oyunları Təşkilat Komitəsinin uğurlu fəaliyyəti nəticəsində Bakı oyunları qəbul etməyə tam hazırdır.
Sözsüz ki, ilk Avropa Oyunlarının bütün dünyanın diqqət mərkəzində olduğunu nəzərə alsaq, bu yarışlar Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu daha da gücləndirən amil olacaq. Mən əminəm ki, ölkəmiz bu Oyunlara da uğurla ev sahibliyi edəcək. Eyni zamanda, ümidvaram ki, bizim idmançılar bu Oyunlarda yüksək nailiyyətlər əldə edəcək, birinci olacaq və ölkəmizə çoxlu sayda medallar qazandıracaqlar”.
Vüsalə
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

