/ / Bahar Muradova: Avropa Parlamentinin missiyasından öz maraqları üçün istifadə edənlər var, Lunaçek onların ən fəalıdır
Bahar Muradova: Avropa Parlamentinin missiyasından öz maraqları üçün istifadə edənlər var, Lunaçek onların ən fəalıdır
11.06.2015 [09:38]
“Avropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli münasibətlərimizdə həll edilməyən problem yoxdur”
“Avropanın ayrı-ayrı ölkələri ilə ikitərəfli münasibətlərimizdə müəyyən mövqe fərqləri istisna olmaqla, həll edilməyən problem yoxdur. Amma çox təəssüf ki, ən müxtəlif maraqlara, dairələrə və qüvvələrə xidmət edən, bağlı olan ayrı-ayrı şəxslər öz ölkələrində istədiklərini edə bilməyəndə beynəlxalq təşkilatlarda bir araya gələrək ayrı-ayrı ölkələrə qarşı hədəflərini reallaşdırmaq istəyirlər”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova iyunun 8-də Avropa Parlamentinin vitse-prezidenti və Avropa Yaşıllar Partiyasının üzvü Ulrike Lunaçek və bir sıra avropalı parlamentarların qurumun sessiyasının açılış iclasına Azərbaycanda həbs edilmiş hüquq müdafiəçilərinin şəkilləri olan köynəklərlə qatılmalarına münasibət bildirərkən deyib. O bildirib ki, U.Lunaçek və ətrafı da bu qəbildən olan şəxslərdir: “Eyni zamanda, onların bu çağırışlarını bütövlükdə Avropa Parlamentində təmsil olunan ölkələrin və şəxslərin hamısının mövqeyi hesab etmək olmaz. Bu, bir qrup insanın mövqeyidir ki, bunlar Avropa Parlamentində əvvəldən də bizə çox yaxşı tanışdırlar”.
B.Muradovanın sözlərinə görə, Avropa Parlamentinin missiyasından özlərinin maraqları üçün istifadə edən qruplar var ki, Lunaçek də onların ən fəalıdır: “Onun Azərbaycana münasibəti yalnız bizim ölkədə “insan haqları”nı qorumaq hədəfinə söykənmir. Onun ermənipərəst qüvvələrə, dairələrə bağlılığı artıq sirr deyil. Bundan əvvəl də onun Azərbaycana və Türkiyəyə qarşı erməni layihələrinə dəstək verməsi ilə bağlı konkret faktlar var”.
Milli Məclisin sədr müavini qeyd edib ki, ilk Avropa Oyunları ərəfəsində insanlar, xalqlar, dövlətlər arasında sülhə, əmin-amanlığa, təhlükəsizliyə, mədəniyyətlərdən qarşılıqlı bəhrələnməyə şərait yaradan belə tədbirlərdən yararlanmağı bir kənara qoyaraq bunu siyasiləşdirməyə cəhd göstərənlər var: “Avropa Parlamentində növbəti bu kimi cəhdin şahidi olduq. Biz buna çox təəssüf edirik. Bu və ya digər siyasi hədəflərinə çatmaq üçün ilk Avropa Oyunlarından siyasi alət kimi istifadə edirlər ki, bu, qətiyyən yolverilməzdir. Azərbaycan idman ölkəsi kimi dünyada tanınır. Avropanın çox ciddi maliyyə böhranı keçirdiyi bir zamanda Avropanın tarixində çox əhəmiyyətli yer tuta biləcək Oyunların keçirilməsini bu günə qədər inkişaf etmiş çox populyar Avropa ölkələri üzərinə götürmədiyi halda, Azərbaycan qısa müddətdə bu ağır yükün altına girib Qərb üçün əhəmiyyətli olan bir platformanın yaranmasına öz töhfəsini verirsə, onlar bunu layiqincə qiymətləndirməlidir. Əgər onlar bunu belə qiymətləndirmirsə, tarix buna öz qiymətini verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35

