“Frankfurter Allgemeine Zeitung” və “Azadlıq” qəzeti faşizmi təbliğ edir
26.06.2015 [10:14]
Bu faktın özü belə ölkəmizə qarşı “qara piar” kampaniyasının məqsədini və buna tapşırığın haradan gəldiyini bəlli edir
On gündən artıqdır ki, davam edən birinci Avropa Oyunları olduqca mühüm məqamları ilə diqqət çəkdi. Tədbirin möhtəşəm açılış mərasimi, eləcə də, ilk Avropa Oyunları çərçivəsində yarışların yüksək səviyyədə təşkili istər Azərbaycana gəlmiş idmançılarda, istərsə də qonaqlarda və xarici KİV nümayəndələrində böyük təəssürat oyatdı. Bunu həmin şəxslərin və jurnalistlərin dilindən də eşitmək mümkündür.
Amma nə etmək olar ki, bu dünyada pis xislətə malik olan, ağa qara deyən bədxahlar da var. Təbii ki, hələ bir neçə ay öncədən başlayan anti-Azərbaycan, eləcə də, anti-Avropa Oyunları kampaniyası bu cür halların olacağını istisna etmirdi. Bu baxımdan, bəzi “jurnalistlərin” sifariş əsasında ortaya qoyduğu və nasizmə söykənən mövqeləri başqa “havadan” xəbər verir. Sifariş əsasında ərsəyə gələn bu yazılar isə həmin anti-azərbaycançı, nasist mövqeli insanların iç üzünü açmaqda yardım edir...
Kristof Bekker Azərbaycana qarşı kinlə silahlandığını etiraf edir
Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinin əməkdaşı Kristof Bekker də əsl idman bayramını, gözəl yarışları, eləcə də, qonaqlar üçün yaradılmış yüksək səviyyəli şəraiti təsvir etməkdənsə bu günlərdə işıq üzü görən məqaləsində məhz xidmət göstərdiyi mərkəzlərin maraqlarını ifadə etməyə üstünlük verib. Məqaləsinin əvvəlində ölkəmizə qarşı qərəzli mövqedə olmasını etiraf edən, hətta bunu bir növ “fəxrlə” dilə gətirən K.Bekker bu yazını yazmaqda məqsədinin sülh yarışı olan idman yarışını təbliğ etmək və ya jurnalistika qaydaları çərçivəsində reportaj hazırlamaq olmadığını ortaya qoyur. Onun bütövlükdə prosesdə “neqativlik” axtarışında olmasını və bunu tapmayanda isə təəssüfləndiyini görməmək mümkün deyil.
“Azadlıq” qəzeti alman jurnalistin nasizmi təbliğ edən fikirlərini yayımlamaqla öz məqsədini bir daha bəlli edir
K.Bekker öz məqaləsində bir nüansa toxunub ki, onun üstündən sükutla keçmək mümkün deyil. O, guya, Bakıda bir nəfərin telefonunun ekranına “Hitler müharibəni udsaydı, mən indi “Mersedes”də gəzirdim” yazaraq ona uzatdığını bildirir. Bununla biz həm də K.Bekkerin konkret olaraq Azərbaycana böhtan atmaq, bu idman bayramına ləkə yaxmaq üçün hansı yollara əl atmasının şahidi oluruq. Bu, o qədər çirkin bir yalandır ki, bunu hətta dilə gətirmək belə insanda ikrah doğurur. İşğala çağırış olan bu iddia nasist Bekkerin timsalında onun təmsil etdiyi dairələrin dünya ilə yenidən təhdid dilində danışmasının sübutudur. Bu bir cümlədə Bekkerin nasist arzularının gizləndiyini desək, yanılmarıq. Bəs görəsən, şovinist Bekkerin dəyirmanına su tökən və işğala çağırış edən “Azadlıq” qəzeti bu sətirləri “sevinə-sevinə” dərc etməklə hansı məqsədi güdür? Axı, Azərbaycan xalqının minlərlə oğul və qızları düz 70 il əvvəl Bekker kimi nasistlərin, şovinistlərin hücumunu dəf etmək üçün canlarından keçiblər və Azərbaycan torpaqlarını Hitlerçi nasist işğalçılarından qoruyublar. Amma görünür “Azadlıq” qəzeti bununla bir daha ortaya qoyur ki, onların Azərbaycan xalqı ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Əgər bu belə olmasaydı, bu çirkin fikirlər “Azadlıq” qəzetinin “xüsusi təbliğat materialına” çevrilməzdi. Demək ki, Bekker və “Azadlıq” qəzeti eyni xislətə malikdir. Biri nasist Hitler işğalının Bakıya gəlib çatmamasından təəssüflənirsə, digəri Azərbaycan torpaqlarını işğal altında saxlayan ermənilərlə işbirliyinə gedir, onların müttəfiqinə çevrilir...
“Mersedes” almaq üçün Hitleri arzulamaq məntiqsizliyi...
Bekkerin nasizmi təbliğ edən fikirləri təbii ki, onun öz arzusudur. İmperializmi, işğalı və faşizmi təbliğ edən belələri min bir fəndlə, oyunla öz fikirlərini başqalarının adına yazmaqda mahirdirlər. Bu fikrin yalan olmasını, arxasında başqa məqsədlərin gizlənməsini aşkara çıxaran ən böyük sübut nəinki Bakıda, Azərbaycanın ən ucqar nöqtələrində belə kifayət qədər “Mersedes” markalı avtomobillərin olmasıdır. Yəni, bu gün kiminsə “Mersedes” almaq üçün Hitler işğalını arzulaması gülməli bir iddiadır. Belə gülünc və məntiqsiz iddiaya isə elə ancaq Bekker və onun tərəfdaşı “Azadlıq” inanar. Bu gün ölkəmizdə vətəndaşların böyük əksəriyyətinin qarajında nəinki “Mersedes”, eləcə də, Qərbi Avropanın ən aparıcı avtomobil şirkətlərinin avtomobilləri var...
“Azadlıq” növbəti dəfə anti-Azərbaycan planının iştirakçısı rolunda
Bəli, “Azadlıq” qəzeti yenidən xarici anti-azərbaycançı mərkəzlərlə əlbir “işlədiyini”, ermənilərlə müttəfiqlik etdiyini, düşmən dəyirmanına su tökdüyünü təsdiqləyir. Bu materialı “operativ” şəkildə həmin dairələrin Bakıda fəaliyyət göstərən “nümayəndələrindən” alaraq öz səhifəsinə yerləşdirən bu qəzet hansı məqsədə və kimlərə xidmət etdiyini bir daha nümayiş etdirir. Hitler işğalını “arzu” olaraq səhifəsinə çıxaran bu qəzetin və ya onun başında dayananların heç bir əzizi Hitlerin nasist ordusu tərəfindən qətlə yetirilməyibmi? Budurmu “Azadlıq” qəzetinin həmin şəhidlərin ruhuna hörməti? Amma bu qəzetin hansı məqsədlərə qulluq etdiyini göz önünə gətirsək onların bu addımını da “anlamaq” elə də çətin deyil...
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

