Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan XİN serbiyalı jurnalistin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb

Azərbaycan XİN serbiyalı jurnalistin adını “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarıb

02.07.2015 [09:51]

Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərinə 2015-ci ilin mart ayında qanunsuz səfər etmiş və nəticədə adı Xarici İşlər Nazirliyinin tərtib etdiyi “Arzuolunmaz şəxslər siyahısı”na daxil edilmiş Serbiya vətəndaşı, jurnalist Slobodan Samaraciya məktubla müraciət edərək adının sözügedən siyahıdan çıxarılmasını xahiş edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, serbiyalı jurnalist məktubunda Azərbaycan Respublikasının müvafiq icazəsi olmadan etdiyi səfərə görə təəssüfünü və üzrxahlığını bildirərək bu səfərin Ermənistan tərəfinin təhriki ilə baş tutduğunu və bunun bir daha təkrarlanmayacağını vurğulayıb.
S.Samaraciya məktubunda Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətini ifadə edib.
Serbiyalı jurnalistin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının “Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılması barədə qərar qəbul edilib.

 
Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31