Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib
07.07.2015 [10:11]
İyulun 6-da Naxçıvanda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə və iclas iştirakçıları əvvəlcə Naxçıvan Şəhər İcra Hakimiyyətinin foyesində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkil etdiyi “Elmdən təcrübəyə” sərgisinə baxıblar.
Sərgidə nümayiş olunan Naxçıvan duzu, muxtar respublikada istehsal olunan tikinti materialları nümunələri, “Farma Şah” Məhdud Məsuliyyətli Cəmiyyətində hazırlanan paketlənmiş dərman bitkiləri və kapsullar Naxçıvanın zəngin təbii sərvətlərindən, şəfalı florasından və onların hərtərəfli tədqiqindən xəbər verirdi. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin nümayiş etdirdiyi filiz və qeyri-filiz yataqlarını xarakterizə edən materiallar, Naxçıvan Muxtar Respublikasının faydalı qazıntılarına həsr edilmiş elmi-praktik əsər və monoqrafiyalar da sərgi iştirakçılarının böyük marağına səbəb olub.
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universiteti əməkdaşlarının kitab və monoqrafiyaları, muxtar respublikada keçirilən beynəlxalq konfrans və simpoziumların materialları da sərgidə nümayiş etdirilirdi.
Sərgi ilə tanışlıqdan sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası öz işinə başlayıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasının keçirilməsinin Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasında elmin inkişafına göstərilən qayğının daha bir ifadəsi olduğunu bildirərək deyib: “Ölkəmizdə elmin inkişafı həmişə diqqət mərkəzində olub. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvi on ikinci əsrdə elmin cəmiyyətdəki rolunu yüksək dəyərləndirərək: “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” - deyirdisə, on doqquzuncu əsrdə böyük pedaqoq Məhəmməd Tağı Sidqi yazırdı: “Dünyada insanın vücudunun səmərəsi elm ilə hasil olur. Elmsiz insan meyvəsiz ağaca bənzər”. Həqiqətən də, cəmiyyətin inkişafını elmsiz təsəvvür etmək çətindir. Elm - inkişaf, yenilik, müasirlik, gələcəyə aparan yol deməkdir”.
Ali Məclisin Sədri deyib: “Bu gün Azərbaycan elmi özünün inkişaf mərhələsini yaşayır. Bu inkişafa görə elmimiz Ulu öndər Heydər Əliyevə borcludur. Ümummilli liderimizin ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq elmin inkişafı sistemli xarakter almışdır. Həmin dövrdə elm infrastrukturu müasirləşdirilmiş, yeni elm və tədris müəssisələri yaradılmış, elm adamlarına və alimlərə qayğı artırılmışdı. Azərbaycan tarixinə, mədəniyyətinə, dilinə aid elmi araşdırmalar genişləndirilmiş, fundamental əsərlər yaradılmış, Elmlər Akademiyasının fəaliyyəti gücləndirilmişdi. Ulu öndərimizin bu dövrdə müəyyənləşdirdiyi elm siyasəti Azərbaycanın gələcəyinə, müstəqillik dövründə elmin inkişafına atılan mənəvi körpülər idi”.
Ali Məclisin Sədri deyib: “Elmi tədqiqatlar o vaxt ideyadan əməli işə keçir ki, onun reallaşmasına şərait yaradılsın. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında elm infrastrukturu tamamilə yenidən qurulub. Azərbaycan elmi qabaqcıl dünya təcrübəsi əsas götürülərək inkişaf etdirilir. Naxçıvan Muxtar Respublikasında da elmin iqtisadiyyata tətbiqi dayanıqlı inkişafın əsas şərtidir. Artıq muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar ciddi elmi-nəzəri əsaslara söykənir”.
İclasda çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə deyib ki, Azərbaycanın elmi potensialının böyük bir hissəsi Naxçıvanda cəmləşib, bu qədim diyar tarixən Azərbaycanın elm və təhsil mərkəzlərindən biri olub, burada görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri yetişibdir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf xətti Naxçıvanı əsl inkişaf və tərəqqiyə qovuşdurub. Hazırda bu qədim Azərbaycan torpağında qədimliklə müasirlik vəhdət təşkil edir. Naxçıvanın inkişafı bir tərəfdən alimlərin qarşısında böyük imkanlar açır, digər tərəfdən onların qarşısında yeni vəzifələr qoyur. Son illər akademiyanın Naxçıvan bölməsinin maddi-texniki bazasının gücləndirilməsi, strukturunun, elmi prioritetlərinin müəyyənləşdirilməsi sahəsində də kompleks tədbirlər görülübdür. Artıq Naxçıvan Bölməsinin elmi nəticələrinin məhsulu olan akademik nəşrləri ölkəmizdə rəğbətlə qarşılanan qiymətli elmi əsərlərdir. Burada elmdən təcrübəyə istiqamətində görülən işlər bir nümunə gücündədir.
Akif Əlizadə muxtar respublikada elmin inkişafı sahəsində görülən işlərə və iclasın yüksək səviyyədə təşkilinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə arxeologiya elminin inkişafı sahəsindəki xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyevə akademiyanın Fəxri fərmanını təqdim edib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin elmi prioritetləri və vəzifələri” mövzusunda çıxış edərək deyib ki, bölmənin tərkibində 4 elmi tədqiqat institutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası fəaliyyət göstərir. Son illər yeni binaların istifadəyə verilməsi, yaradılan şərait əməkdaşların fəaliyyətini xeyli yaxşılaşdırıb. Bu günə qədər muxtar respublikada 50-dən artıq beynəlxalq səviyyəli konfrans və simpozium keçirilib. Əlyazmalar Fondunda 457 əlyazma və qədim kitablar toplanıb. Hazırda Bölmədə 5 ixtisas üzrə 2 Dissertasiya Şurası fəaliyyət göstərir. Son illər 158 nəfər fəlsəfə doktoru, 34 nəfər isə elmlər doktoru dissertasiyası müdafiə edib.
Daha sonra tədbirdə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Vəli Baxşəliyev çıxıb ediblər
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında müzakirə olunan məsələlərə dair qərar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30

