/ / Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda kimsəsiz uşaqlar üçün evlərdə iftar süfrələri təşkil edilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Pakistanda kimsəsiz uşaqlar üçün evlərdə iftar süfrələri təşkil edilib
14.07.2015 [09:58]
Pakistan Nazirlər Kabinetinin nəzdində fəaliyyət göstərən “Pakistan Sweet Home” (“Beyt-ul-Mal”) təşkilatının Talassemiya Mərkəzində, həmçinin, Pakistanın Abbotabad və Lahor şəhərlərində kimsəsiz uşaqlar üçün evlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə iftar süfrələri təşkil edilib. Bu barədə Azərbaycanın Pakistandakı səfirliyindən AZƏRTAC-a məlumat verilib.
Talassemiya Mərkəzində təşkil olunmuş mərasimdə Pakistanın neft və təbii sərvətlər naziri Şahid Xaqan Abbasi, Hakim Pakistan Müsəlman Liqası Partiyasının şimal bölgəsi üzrə prezidenti, Milli Assambleyanın komitə sədri Raca Muhammad Farooq, “Bayt ul Mal”ın direktoru Abdul Vahid Şeyx, senatorlar, nüfuzlu ictimai-siyasi xadimlər, ölkənin aparıcı KİV nümayəndələri, Talassemiya Mərkəzində müalicə alan uşaqlar, federal paytaxtda yerləşən uşaq evinin sakinləri iştirak ediblər.
Tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov dövlətlərimiz arasındakı yüksək səviyyəli münasibətlər, qardaş xalqlarımızı biri-birinə bağlayan dini, mədəni dəyərlər barədə danışıb. Səfir Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda gedən iqtisadi inkişaf, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə, o cümlədən, Pakistanın bütün əyalətlərində həyata keçirdiyi humanitar layihələr barədə ətraflı məlumat verib.
“Bayt ul Mal”ın icraçı direktoru Abdul Vahid Şeyx bayram sevincini pakistanlı uşaqlarla bölüşdüyünə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirib. Heydər Əliyev Fondunun “Bayt ul Mal” ilə əməkdaşlığının 2012-ci ildən başladığını bildirən Abdul Vahid Şeyx Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara dəfələrlə humanitar yardımlar etdiyini deyib, Heydər Əliyev Fondunun Talassemiya Mərkəzinin tikilməsinə yardım etmiş ilk donor olduğunu vurğulayıb. Bildirib ki, Heydər Əliyev Fondunun prezidentinin Pakistanın bütün bölgələrində həyata keçirdiyi layihələr pakistanlıların qəlbində Azərbaycan xalqına qarşı böyük məhəbbət yaradıb, iki qardaş ölkə arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırıb. Abdul Vahid Şeyx Pakistan Prezidenti Məmnun Hüseynin Sərəncamı ilə birinci xanım Mehriban Əliyevanın cari ilin fevral ayında bu ölkənin ali mükafatı - Hilal-e-Pakistan ordeni ilə təltif olunduğunu xatırladıb. O, Mehriban Əliyevanın Pakistanın alı ordeni ilə təltif edilən ilk birinci xanım olduğunu bildirib.
Tədbirdə çıxış edən hakim Pakistan Müsəlman Liqası Partiyasının şimal bölgəsi üzrə prezidenti R.M.Farooq Talassemiya Mərkəzinin tikintisinə maliyyə dəstəyinə görə Azərbaycanın birinci xanımına minnətdarlığını bildirib, iftar süfrələrinin təkcə İslamabadda deyil, Pakistanın digər şəhərlərində də keçirilməsi faktını yüksək qiymətləndirib. R.M.Farooq bu yardımların iki qardaş ölkə arasındakı münasibətlərin inkişafına böyük töhfə verdiyini qeyd edərək belə tədbirlərin kimsəsiz uşaqlar üçün həm maddi, həm də mənəvi dəstək olduğunu vurğulayıb.
Neft və təbii sərvətlər naziri Şahid Xaqan Abbasi Pakistanın “Vəqt News”, “Cang News”, “Royal News”, “Express News”, “Dawn”, “APP”, “Dunya News”, “DRY News”, “PTV” və digər bu kimi aparıcı televiziya kanallarına müsahibə verərək Heydər Əliyev Fondunun son dörd ildə Pakistanın bütün əyalətlərində layihələrin həyata keçirilməsi, xüsusilə Talassemiya Mərkəzinin, göz xəstəlikləri korpusunun, su təchizatı sisteminin tikintisi və digər əhəmiyyətli layihələrin reallaşması üçün göstərdiyi maliyyə yardımlarına görə təşəkkürünü bildirib. O, Mehriban Əliyevanın pakistanlılar üçün də müqəddəs olan Ramazan ayında İslamabadda, Lahorda, Abbotabadda və digər şəhərlərdə kimsəsiz uşaqlar üçün iftar süfrələrinin təşkil edilməsi, Talassemiya Mərkəzinin vaxtaşırı qanla təmin edilməsi, Pakistanın müxtəlif bölgələrdə əhalinin imkansız təbəqəsi üçün pulsuz müayinələrin təşkil edilməsi faktını yüksək qiymətləndirərək Azərbaycanın birinci xanımına və xalqımıza dərin təşəkkürünü bildirib. Neft və təbii sərvətlər naziri Azərbaycan-Pakistan münasibətlərinin əsl qardaşlıq səviyyəsində olduğunu deyərək bu münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın əvəzsiz xidmətlərini qeyd edib.
İftar süfrəsindən sonra səfir Daşqın Şikarov Heydər Əliyev Fondu adından Talassemiya Mərkəzinə 500 ədəd qan paketi təqdim edib.
Daha sonra Talassemiya Mərkəzində D.Şikarovun təşəbbüsü ilə qanvermə aksiyası keçirilib. Səfir, səfirliyin əməkdaşları və tədbirdə iştirak edən digər könüllü donorlar qan veriblər.
İftar yeməyi və qanvermə aksiyalarından sonra uşaq evlərinin sakinləri tərəfindən hazırlanan səhnəciklər nümayiş etdirilib. Tədbir konsert proqramı ilə davam edib.
D.Şikarov Pakistanın aparıcı “PTV”, “ARY TV”,”Navai Vakt”, “Express News” televiziya kanallarına müsahibələr verərək Azərbaycan ilə Pakistan arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrindən, cari ilin mart ayında Prezident Məmnun Hüseynin Azərbaycana səfərindən, Bakıda keçirilmiş birinci Avropa Oyunlarından, Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi nailiyyətlərdən, Heydər Əliyev Fondunun fəaliyyətindən söhbət açıb. Səfir, həmçinin, Pakistanda 1 milyon insanın talassemiya xəstəliyindən əziyyət çəkdiyini, hazırda ölkədə ciddi qan çatışmazlığının olduğunu deyərək pakistanlıları qanvermə aksiyasında fəal iştiraka dəvət edib.
Talassemiya Mərkəzində keçirilən tədbir Pakistanın dövlət və özəl televiziya kanallarında yayımlanıb, 30-dan çox qəzet və agentlik tərəfindən işıqlandırılıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

