/ / “Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda növbəti regional konfrans Qubada keçirilib
“Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda növbəti regional konfrans Qubada keçirilib
17.07.2015 [12:19]
İyulun 16-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Prezident Administrasiyasının, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Mətbuat Şurasının və Quba rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan milli mətbuatı-140: inkişaf yolu və müasir dövrün çağırışları” mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu öndərin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.
Sonra Mərkəzdə rəssam Kərim Kərimovun rəsmlərindən ibarət sərgi ilə tanışlıq olub.
Konfransı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov açaraq, mətbuat nümayəndələrini əlamətdar yubiley münasibətilə təbrik edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb.
Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli Sərəncamına diqqət çəkən T.Süleymanov hazırlanmış tədbirlər planına əsasən keçirilən regional konfransların bundan əvvəl Zərdab, Gəncə, Qəbələ və Masallıda reallaşdığını xatırladaraq, yekun tədbirin iyulun 22-də Bakıda təşkil olunacağını açıqlayıb.
Xalqın milli şüurunun oyanmasında, milli birliyin formalaşmasında misilsiz xidmətləri olan “Əkinçi” qəzeti ilə təməli qoyulan Azərbaycan mətbuatının tarixindən, müstəqillik dövründə mətbuatın inkişafı və demokratikləşməsi istiqamətində görülən işlərdən söhbət açan T.Süleymanov deyib ki, milli mətbuatın intibah dövrü Azərbaycanın müstəqilliyinin bərpasından sonra başlayıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanda azad mətbuatın formalaşmasındakı xidmətlərindən danışan T.Süleymanov məhz Ümummilli liderin imzaladığı Sərəncamla 1998-ci ildə Azərbaycanda mətbuat üzərində senzuranın ləğv edildiyini, 1999-cu ildə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunun qəbul olunduğunu, 2003-cü ildə Mətbuat Şurasının yaradıldığını xatırladıb.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, ötən əsrin 90-cı illərindən başlayaraq Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində söz və mətbuat azadlığı üçün güclü hüquqi baza yaradılıb. Ulu öndərin səyləri nəticəsində ifadə azadlığını məhdudlaşdıran bütün senzura və dövlət tənzimləmə mexanizmləri ləğv edilib, KİV-in inkişafına mane olan süni əngəllər aradan qaldırılıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Onun imzaladığı Fərman və sərəncamlarla KİV-in qanunvericilik bazası beynəlxalq standartlara uyğunlaşdırılıb. Ulu öndərin mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün əvəzsiz xidmətləri olub.
Tahir Süleymanov bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq bildirib ki, dövlətimizin başçısının imzaladığı Sərəncamla 2009-cu ildə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Bu Fond tərəfindən KİV-lərə 20 milyon manata yaxın maddi yardım göstərilib.
Ölkədə azad mətbuatın inkişafı üçün hər cür şəraitin yaradıldığını, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdıran T.Süleymanov həyata keçirilən tədbirlər nəticəsində regionlarda da mətbuatın inkişaf etdiyini, peşəkar kadrların yetişdiyini, “Əkinçi” qəzeti ilə başlanan media ənənələrinin uğurla davam etdirildiyini vurğulayıb.
Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov tədbirdə 11 rayondan nümayəndələrin iştirak etdiyini bildirib. O, çıxışında təkcə paytaxtda deyil, regionlarda da jurnalistlərin fəaliyyəti üçün münbit şərait yaradıldığını diqqətə çatdırıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə konfransın Qubada keçirilməsinin təsadüfi olmadığını bildirərək, ilk regional qəzetin məhz bu rayonda fəaliyyətə başladığını xüsusi qeyd edib.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Azərbaycanda jurnalistlərə göstərilən dövlət qayğısından danışıb. KİVDF-nin sədri fondun xətti ilə regionlarda fəaliyyət göstərən media nümayəndələrinə ayrılan yardımlardan bəhs edib. O, dövlət tərəfindən jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün atılan addımlardan danışaraq bildirib ki, media işçiləri 2013-cü ildə onlar üçün tikilmiş binada hər bir şəraiti olan mənzillərlə təmin ediliblər. İkinci bina isə gələn il təhvil veriləcək.
Sonra rayonların icra hakimiyyətləri başçılarının müavinləri, yerli qəzetlərin redaktorları çıxış edərək, region mətbuatının hazırkı vəziyyətindən, son dövrlərdə bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışıblar.
Prezident Administrasiyasının rəsmisi T.Süleymanov sonda mətbuatın qarşısında duran vəzifələrdən, regionların inkişafı sahəsində əldə olunan uğurların informasiya təminatından bəhs edərək, qaldırılan təkliflərə münasibət bildirib.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

