/ / Vətənə xəyanətin simvoluna çevrilmiş Leyla-Arif Yunus cütlüyünün antimilli əməlləri növbəti dəfə ifşa edildi
Vətənə xəyanətin simvoluna çevrilmiş Leyla-Arif Yunus cütlüyünün antimilli əməlləri növbəti dəfə ifşa edildi
05.08.2015 [08:49]
Bu şəxslərin ermənilərlə işbirliyinə dair çoxsaylı faktlar açıqlanıb
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.
Leyla-Arif Yunus cütlüyü ermənilərlə əməkdaşlıq məsələsində xüsusi fəallıq nümayiş etdirib
Şahid qismində ilk olaraq jurnalist Anna Bartkulaşvili ifadə verib. O qeyd edib ki, Tiflisdə konfransda olarkən Ermənistandan olan Laura Baqrasyan adlı jurnalist ona yaxınlaşaraq L.Yunusla jurnalist kimi əməkdaşlıq etməyi təklif edib: “O, Leyla Yunusun əlaqə nömrələrini verdi. Sonradan Azərbaycana qayıtdıqdan sonra Leyla Yunus mənə zəng etdi ki, gəl, əməkdaşlıq edək. Mənim işim müsahibələr təşkil etməkdən ibarət idi. Buna görə mənə ayda 150-170 manat pul verirdi. Bəzən xaricdə olduğuna görə pulun verilməsi gecikirdi. Mənim VÖEN-im yox idi. Aldığım əməkhaqqını Leyla Yunusun verdiyi qəbzə qol çəkərək qəbul edirdim. Bir dəfə Leyla Yunus mənim üstümə qışqırdı və işimdən razı olmadığını bildirdi. Sonradan bizim əməkdaşlığımız dayandı”.
Bundan sonra şahid qismində müstəqil jurnalist kimi fəaliyyət göstərən Əkbər Həsənov ifadə verib. O, ifadəsində 19 ildən artıqdır jurnalist fəaliyyəti göstərdiyini bildirib: “Təqsirləndirilən şəxsləri tanıyıram. Jurnalist fəaliyyətimdə dəfələrlə onlardan müsahibə almışam. 2006-cı ildə Arif Yunus mənə zəng edib bildirdi ki, Ermənistanda tədbir var, oraya getmək istəyirsənmi? Mən də onunla razılaşdım. Ermənistanı görmək istəyirdim. Sonra bizim adımıza rəsmi dəvətnamə gəldi. Nümayəndə heyətinin tərkibində R.Mirqədirov, mən, Arif Yunus, Arif İsazadə və s. iştirak edirdi. Səfər zamanı dəyirmi masalar keçirildi. Tədbirlər zamanı Arif Yunusun oranın mühüm diplomatlarından sayılan David Şahnazaryanla sıx əlaqədə olduğunu və tez-tez pıçıldayaraq bir-biriləri ilə əlaqə saxladığını gördüm. Mənə elə gəlirdi ki, elə məhz bu tədbiri David Şahnazaryan təşkil edib. Azərbaycan nümayəndə heyətinin də koordinatorluğunu Arif Yunus edirdi. Bizim bütün xərclərimizi ödəyirdi. Hətta mağazadan aldığımız şəxsi istəklərimizi də. Onların bu münasibətindən hələ o vaxt şübhələnmişdim. Sonraki il yenidən biz oraya getdik. Tədbirlər barəsində day.az-da məlumatlar vermişəm”.
Əkbər Həsənov ifadə verən zaman Leyla Yunus onu təhqir edib. Əkbər Həsənovdan sonra ifadə vermək üçün hazırda Milli Təhlükəsizlik Nazirliyində saxlanılan jurnalist Rauf Mirqədirov gəlib. O da ifadəsində həm Arif Yunusu, həm də Leyla Yunusu yaxından tanıdığını bildirib: “Leyla xanımı Xalq Cəbhəsinin dövründən tanıyıram. Ariflə isə daha sonralar insan hüquqları ilə bağlı çalışdığım lahiyələr zamanı tanış olmuşuq. Biz dəfələrlə Arif Yunusla Qarabağ münaqişəsinin həlli ilə bağlı müxtəlif konfranslarda iştirak etmişik”.
İfadəsində 2 dəfə Ermənistana səfər etdiklərini deyən R.Mirqədirov bildirib ki, hər ikisində də Azərbaycan nümayəndə heyətinin koordinatoru A.Yunus olub: “Hər iki konfransda iştirakıma görə 150 dollar qonorar almışam. Bundan başqa, Leyla Yunusun “Şəbəkə” adlı layihələrində iştirak etmişəm və bunun müqabilində qonorar almışam. Ən son layihəmiz də Suriya münaqişəsi ilə bağlı olub...”.
Rauf Mirqədirovdan sonra məhkəmədə “Unibank”ın İdarə Heyətinin sədri Arif Hüseynov ifadə verib. O, ifadəsində Arif və Leyla Yunusların həm şəxsi, həm də təşkilatlarının bank hesabının olduğunu vurğulayıb.
Daha sonra Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib: “Leyla və Arif Yunuslarla münasibətlərim normal olub. Mən əsasən sosial-iqtisadi sahədə hüquq müdafiəçisi olduğum üçün onların layihələrində iştirak etməmişəm. Leyla xanımın layihələri ilə bağlı yalnız internetdən məlumat almışam”.
Bundan sonra isə hazırda Avropada mühacirətdə olan hüquq müdafiəçisi Mətanət Əzizovanın istintaqa ifadəsi elan olunub. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyib. Leyla Yunus məhkəmədə Mətanət Əzizovanın Çexiyadan siyasi sığınacaq almasına şəxsən özünün kömək etdiyini xatırladıb.
Leyla-Arif Yunus cütlüyü hər zaman erməni maraqlarından çıxış edib
Ümumiyyətlə, səsləndirilən fikirlər və baş verən proseslər onu göstərir ki, Leyla-Arif Yunus cütlüyü “hüquq müdafiəçisi” adı arxasında pərdələnərək anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirib, Azərbaycanın milli maraqlarına zidd mövqe sərgiləyiblər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham olunaraq həbs edilmiş bu şəxslər daim ermənipərəst mövqeyi ilə seçilib, erməni maraqlarına xidmət ediblər. Onlar bütün fəaliyyətləri dövründə Azərbaycan xalqına düşmən münasibəti göstərib, beynəlxalq ictimaiyyətdə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa çalışıblar.
Şübhəsiz, “hüquq müdafiəçisi” pərdəsi arxasında gizlənmiş şəxslərin bu cür mövqe sərgiləməsi onların xalqımıza və dövlətimizə olan münasibətindən xəbər verir. Başqa sözlə, xarici maraq qruplarından maliyyələşən və konkret anti-azərbaycançı dairələrin korporativ maraqlarının təmin olunması missiyasına xidmət edən bu cütlüyün nümayiş etdirdiyi “fəaliyyət” onların nəyə və kimlərə xidmət etdiyini növbəti dəfə aşkar surətdə əks etdirir. Daha dəqiq desək, bu şəxslərin təkcə ermənilərlə işbirliyinə dair ortada olan çoxsaylı faktlar deyilənlərin bariz nümunəsi qismində çıxış edir. Onlar erməni lobbisini başlıca tərəfdaş kimi qəbul etməkdədirlər. Belə ki, Leyla Yunus və həyat yoldaşı özlərinin korporativ maraqları naminə antimilli mövqedən çıxış edərək azərbaycanlılara qarşı dəfələrlə soyqırımı aktı həyata keçirmiş, torpaqlarımızın 20 faizini işğal etmiş erməniləri dost kimi qəbul etməkdən çəkinmir, hətta bu dostluqdan məmnuniyyətlə söz açırlar.
Erməni lobbisinin sadiq dostu olan L.Yunusun keçmişi çoxsaylı milli xəyanətlərlə doludur
Qeyd etdiyimiz kimi, L.Yunusun və onun həyat yoldaşı Arif Yunusun ermənilərlə qohumluğuna, Ermənistan xüsusi xidmət orqanları və erməni lobbisi ilə əlaqələrinə dair çoxsaylı faktlar açıqlanıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Leyla Yunusun bu cür antimilli əməlləri yeni deyil və bu şəxsin keçmişi çoxsaylı milli xəyanətlərlə doludur. Sirr deyil ki, AXC - “Müsavat” cütlüyünün hakimiyyətdə olduğu zaman Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olan L.Yunus casusluq fəaliyyəti ilə məşğul olaraq ordumuzun əməliyyat planlarını, cəbhə bölgəsində lentə alınmış çoxsaylı foto və video materialları ermənilərə ötürərək Vətənə və millətə xəyanət yolunu tutub. Bunun qarşılığında isə kifayət qədər maliyyə vəsaiti əldə edib. Hazırda da Leyla Yunusun ermənilərlə işbirliyinə dair çoxsaylı faktlar mövcuddur. Və bu faktlar həmin şəxsin Azərbaycan xalqına qarşı hansı münasibəti bəslədiyini bir daha göstərir.
Təsadüfi deyil ki, erməni mətbuatı daim L.Yunusu müdafiə edir, yerli və xarici KİV-lərdə, müxtəlif xarici və beynəlxalq təşkilatlarda onun həbsi ilə bağlı məsələni qabardır.
Azərbaycan ictimaiyyəti Leyla və Arif yunusları şiddətlə qınayır
Şübhəsiz ki, Leyla Yunus və Arif Yunusun Azərbaycan xalqına və dövlətinə qarşı çevrilmiş əməlləri Azərbaycan ictimaiyyətində dərin narazılıq və ikrah hissi yaradıb. Amma buna baxmayaraq, bu şəxslər ictimaiyyətin haqlı tənqidi və qınağından dərs çıxarmayaraq anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirməyə davam edib və öz əməllərinə “haqq” qazandırmağa cəhd göstəriblər.
Dolayısıyla, Azərbaycan xalqına qarşı təhqiramiz fikirlər səsləndirən, ermənilərə dərin məhəbbətini ifadə edən bu ermənipərəst şəxslərin ölkə ictimaiyyətinin haqlı narazılığından çəkinməməsi, əksinə, “özünümüdafiə” metoduna baş vurması onların timsalında milli maraqların, eləcə də, xalqımızın ali dəyərlərinin heçə sayılmasına dəlalət edir.
Beləliklə, Azərbaycan ictimaiyyəti Leyla və Arif Yunusların əməlləri barədə kifayət qədər məlumatlıdır və heç bir halda onların ermənipərəst fəaliyyətinə bəraət qazandıra bilməz. Azərbaycan ictimaiyyəti bu cütlüyü şiddətlə qınayır və onların hüquqi məsuliyyətə cəlb olunmasını antimilli və cinayətkar fəaliyyətin məntiqi nəticəsi hesab edir.
“Bizim adımızı tarixdən silmək mümkün olmayacaq” deyən L.Yunusun və onun əri A.Yunusun adları Azərbaycan tarixində Vətənə xəyanətin simvolu kimi qalacaq.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

