Ceyhun Ələkbərov: PKK ilə ASALA bir medalın iki üzüdür
07.08.2015 [00:14]
“Hazırda PKK ilə ASALA terror təşkilatları arasında sıx əməkdaşlığın davam etməsi təkzibedilməz faktdır”. Bunu “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov son zamanlar PKK-nın Türkiyədə törətdiyi terror aktlarının sayının artmasına münasibət bildirərkən deyib.
Hər iki terror qruplaşmasının Türk dünyası başda olmaqla bütün bəşəriyyət üçün təhlükəli olduğunu vurğulayan Ceyhun Ələkbərov “PKK ilə ASALA bir medalın iki üzüdür” deyib. Açıqlamasında ASALA və PKK-nın türklərə qarşı həyata keçirdiyi qətliamlara da diqqət çəkən “Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri bu iki terror təşkilatının eyni məqsədə xidmət etməsinə dair faktlara da toxunub: “1975-ci ildə Livanda yaradılan ASALA elə həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədib. Nəticədə onlarla türk əsilli diplomat və minlərlə günahsız insan erməni terrorizminin qurbanı olub. Az müddət ərzində bir çox amansız planlar reallaşdıran ASALA 1980-ci ilin aprelində Livanda birgə terror aksiyalarının keçirilməsinə dair PKK ilə razılığa gəlib, 1984-cü ildə isə bu iki təşkilatın təmsilçiləri Livanda mətbuata birgə açıqlama verərək bundan sonra Türkiyəyə qarşı birlikdə hərəkət edəcəklərini açıqlayıblar. 1987-ci ildəki yeni razılaşmaya əsasən PKK-nın Türkiyənin iri şəhərlərində planlaşdıracağı terror aktlarında ASALA-nın da iştirak edəcəyi nəzərdə tutulub. Bütün məsələlərdə ilkin addım kimi Türkiyə və Azərbaycan əleyhinə terrorçuların hazırlanması dayanıb. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən bu terror təşkilatlarının əsas məqsədi Türkiyənin Şərqi Anadolu bölgəsi, Şimali İran və Azərbaycanın Naxçıvan və Dağlıq Qarabağ əraziləri üzərində “Böyük Ermənistan” qurmaq olub”.
Ermənistan tərəfindən işğal edilən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin narkotik qaçaqmalçılığı üçün “münbit zonaya” çevrildiyinə vurğulayan QHT sədri bu işdə PKK-nın xüsusi rol oynadığını da əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09

