Leyla Yunusovanın tərcüməçi şousu, yaxud Barseqyan Azərbaycan dilində yalnız söyüş söyür
11.08.2015 [10:09]
Bu fakt Yunusovların özlərini sosial varlıq olaraq erməni saydıqlarını bir daha təsdiqləyir
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinən Leyla Yunusova və həyat yoldaşı Arif Yunusovun cinayət işi üzrə məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə davam edib. Trend-in məlumatına görə, məhkəmə prosesi açıq elan olunandan sonra L.Yunusova məhkəmə prosesinə gətirilən rus və Azərbaycan dili tərcüməçilərinə etiraz edib.
Tərcüməçilərə etiraz edən L.Yunusova məhkəmə qarşısında onların dəyişdirilməsini istədiyini söyləyib. O, mövqeyini, guya, tərcüməçilərin rus dilini mükəmməl bilmədikləri ilə izah edib. Məhkəmə heyətinin qərarı ilə etiraz qəbul olunub. Daha sonra məhkəmə prosesi avqustun 13-nə təxirə salınıb.
Xatırladaq ki, L.Yunusova Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178.3.2-ci (dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2-ci (qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (bu məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunusov isə 178.3.2-ci (dələduzluq) və 274-cü (dövlətə xəyanət) maddələri ilə təqsirləndirilir.
Hər iki şəxs barəsində olan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.
Leyla Yunusova-Barseqyan özünü Azərbaycan xalqının nümayəndəsi hesab etmir
Əslində, Leyla Yunusova-Barseqyanın tərcüməçi “tələb”i bir daha sübut etdi ki, bu şəxs özünü Azərbaycan xalqının nümayəndəsi hesab etmir. Nəzərə alsaq ki, L.Yunusova-Barseqyan Azərbaycan dilini bilir və özünün ibarəsi ilə desək, “Azərbaycan dilindən yalnız söyüş söymək üçün istifadə edir”, demək ki, onun elə Barseqyanlara aid olması bir daha təsdiqlənir. Bu davranışı növbəti dəfə L.Yunusova-Barseqyanın özünü sosial varlıq olaraq erməni saydığını ortaya qoyur və o, dəfələrlə bunu etiraf edib.
Belə ki, L.Yunusova-Barseqyanın erməni mətbuatına açıqlamalarında da “əsil-nəcabət”inin başqa xalqdan olmasını, ermənilərlə qan qohumluğunu ortaya qoyan bir sıra faktlar mövcuddur. Məsələn, L.Yunusova-Barseqyan “armtoday”ə verdiyi müsahibəsində demişdi ki, “ərimin anası ermənidir, o, sağ olanda bütün ailəlikcə onun mənşəyini gizlətməyə çalışırdıq. Qızım nənəsinin erməni olduğunu deməyə qorxur”.
Bəli, hər zaman ölkəmizə qarşı antimilli mövqeyi ilə “seçilən” bu ailənin “parlaq üzvü” L.Yunusova-Barseqyanın indi isə məhkəmədə “tərcüməçi” tələbinin arxasında məhz bu fakt dayanır. Azərbaycan xalqına düşmən kəsilən, milli maraqlarımıza qarşı düşmənlərlə eyni sırada yer alan, addımbaşı dilimizi, milli-mənəvi dəyərlərimizi təhqir edən L.Yunusova-Barseqyan yenə də öz ampluasına sadiqlik nümayiş etdirir.
Əlbəttə, Azərbaycan dili Azərbaycan xalqının milli-mənəvi dəyəridir. Hələ 90-cı illərdən əməlləri ilə özünü əsl erməni kimi xarakterizə edən, Azərbaycan dövlətinin uğurlarına qarşı cəbhə açan, xarici ölkələrdə keçirilən toplantılarda ermənilərlə çiyin-çiyinə oturan, onların mənafeyini qoruyan L.Yunusova-Barseqyan Azərbaycan dilini təhqir etməklə milli-mənəvi dəyərlərimizi də hədəfə alır.
Leyla və Arif Yunusovlar məhkəmə şousu ilə öz “ağa”larının və ermənilərin diqqətini yenidən cəlb etməyə çalışırlar
Məhkəmə prosesinə tərcüməçilərin dəvət edilməsi, daha sonra isə erməni əsilli Yunusova-Barseqyanın onlardan imtinası başqa bir incə nüansa da söykənir. Bilindiyi kimi, Yunusov-Barseqyanlar ailəsi artıq illərdir ki, ermənipərəst dairələrin, erməni lobbisinin əsas istinadgahlarından birinə çevrilmişdi. Bu antimilli dairələrin ölkəmizə qarşı apardığı şər-böhtan kampaniyasında hər zaman ön cərgələrdə yer alan adıçəkilən ailənin qanunsuz əməllərinin ifşasının ardından həmin “ağalar” Barseqyanlardan “istifadə edə bilməyəcəklərini” anladılar.
L.Yunusova-Barseqyanın məhkəmədə başlatdığı “tərcüməçi şousu” isə həm də yenidən həmin “ağalar”ının diqqətini cəlb etməyə, vaxt uzatmağa hesablanıb. Bu şəxs Azərbaycan dilini hədəfə almaqla, xalqımıza, dilimizə qarşı hörmətsizlik nümayiş etdirməklə bir daha “bəyan edir ki”, ermənilərin əlində istifadə olunmağa hələ də hazırdır.
Ermənilərlə eyni zindana çəkic vuran bu ailə növbəti dəfə “onlardan” olduqlarını sübut etmək üçün əllərinə düşən “fürsət”dən yararlanmağa çalışır.
Bəs niyə məhkəmə heyəti Leyla Yunusova-Barseqyanın şıltaqlıqlarına göz yumur?
Məhkəmə prosesində diqqəti cəlb edən daha bir məqam məhkəmə heyətinin Leyla Yunusova-Barseqyanın yaratmağa çalışdığı şounu sükutla qarşılaması, hətta ona bu şounu həyata keçirməyə imkan yaratmasıdır.
Məlumdur ki, öz tərbiyəsinə uyğun olaraq məhkəmədə özünü son dərəcə nalayiq aparan və prosesdən siyasi şou düzəltməyə çalışan L.Yunusova-Barseqyan özünü “hüquq müdafiəçisi” adlandırsa da, məhkəməyə hörmətlə yanaşmağı ağlına belə gətirmir. Artıq bir müddətdir ki, davam edən prosesdə min cür “oyunlar” çıxaran, şahidləri təhqir edən, ifadə verən şəxsləri hədəfə alan, məhkəməyə və məhkəmə heyətinə qarşı hörmətsizlik nümayiş etdirən bu cütlüyə qarşı hər hansı tədbirin görülməməsi anlaşılan deyil. Çünki Yunusov-Barseqyanlar ailəsinin məhkəməyə qarşı bu cür tərbiyəsiz münasibəti, eyni zamanda, onların dövlətə də münasibətini göstərir. Hakimlər heyətinin isə təqsirləndirilən şəxslərin bu cür davranışının qarşısını almaq üçün kifayət qədər hüquqi əsası və səlahiyyətləri var. Lakin bu prosesdə məhkəmə heyətinin bu səlahiyyətlərini yerinə yetirməməsi başadüşülən deyil və ictimai qınaq yaradır. Müstəqil hakimiyyət qolu sayılan məhkəmə hüququn aliliyini təmin etməklə yanaşı, həm də özünün nüfuzunu qorumalıdır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

