Musa Quliyev: Təkcə ipoteka ilə əhalinin mənzil tələbatı ödənilmir
26.08.2015 [10:09]
“Sosial Mənzil Fondunun yaradılması dövlətin diqqət mərkəzindədir. Hesab edirəm ki, bu məsələ Milli Məclisin payız sessiyasında gündəliyə salınarsa, yaxşı olar”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.
Millət vəkili vurğulayıb ki, Azərbaycan Prezidentinin əhalinin sosial-iqtisadi şəraitinin yaxşılaşdırılması ilə bağlı konkret Sərəncamı var və bu Sərəncamdan irəli gələn məsələlər uğurla həyata keçirilir: “Əhalinin sosial rifahının yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması və ölkəmizin sosial- iqtisadi inkişafının yüksəldilməsi üçün konkret proqram var və bununla bağlı lazımi tədbirlər həyata keçirilir. Əhalinin yoxsulluğunun aradan qaldırılmasının əsas istiqamətlərindən biri də əhalinin mənzil təminatının yaxşılaşdırılmasıdır. Azərbaycanda hər il 80-85 min yeni ailə qurulur. Bu ailələrin böyük əksəriyyətinin ya yeni mənzilə, ya da mövcud mənzilinin genişləndirilməsinə ehtiyacı var. Bildiyimiz kimi, dövlət tərəfindən qaçqınlar, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilərək verilir. Qalan kateqoriyadan olan insanlar gərək ya öz pulu ilə ev alsın, ya torpaq alaraq ev tiksin, ya da ipotekadan yararlansın. Azərbaycanda İpoteka Fondunun imkanları genişlənir. Cənab Prezidentin bununla bağlı Sərəncamı oldu və gələn ildən İpoteka Fonduna 200 milyon manat əlavə vəsait ayrılacaq ki, insanlarımız bundan istifadə edə bilsinlər. Amma təkcə ipoteka ilə, dövlətin tikdiyi evlə dünya praktikasında əhalinin mənzil tələbatı ödənilmir”.
Musa Quliyev insanların mənzillə təmin olunması üçün bir neçə variant haqqında da məlumat verib. O qeyd edib ki, İpoteka Fondu ilə ildə qurulan 80-85 min yeni ailəni mənzillə təmin etmək mümkün deyil: “Bunun üçün başqa yollar da var, bu yollardan biri aztəminatlı insanlara mənzil şəraitini yaxşılaşdırmaq üçün dövlətin və bələdiyyənin dəstəyidir. Bu da sosial evlərin tikilməsi və bununla bağlı fondun yaradılması və sosial kirayə müqaviləsi bağlayaraq həmin insanları evlərə köçürməkdir. Dünyada mənzil təminatı ilə bağlı müxtəlif ölkələrin praktikası var və bunlardan ən yaxşısı Sinqapur praktikasıdır ki, biz də həmin praktikadan istifadə edə bilərik. Sinqapur praktikasında sosial evlər fondu yaradılır, həmin fonda işə götürən də işçi də müəyyən vəsait ödəyir və müəyyən vəsait ödənildikdən sonra, növbəlilik əsasında şəxs həmin fonddan tikilən evi alır və geridə qalan vəsaiti 5-10 il ərzində kirayə şəklində fonda ödəyir. Başqa bir variant isə fond olmadan dövlətin özünün evləri tikməsidir. Belə ki, tikilən evlər növbəlilik əsasında aztəminatlı ailələrə verilir və həmin ailə də uzunmüddətli kirayə şəklində evin pulunu dövlətə ödəyir. Belə evlərin başa gəlməsi də ucuz olur. Çünki, həmin evlərin bir kvadrat metri 200- 300 dollara başa gəlir. Bu həm dövlətin özü üçün, həm də vətəndaş üçün sərfəlidir. Hesab edirəm ki, bizim də dövlətimiz bu sahədə ipoteka kreditləşməsi ilə yanaşı, sosial evlərin tikilməsi sahəsində də öz təşəbbüsünü göstərməlidir və bu, insanların ildən- ilə mənzilə artan tələbatının ödənilməsinə dəstək olar. Eyni işi bələdiyyələr də görə bilər. Bələdiyyələr də fond yarada bilir və yaxud öz hesabı varsa, evi tikir və uzun müddətə kirayə verir. Başqa bir variantı isə, dövlətin sahibkara bütün şəraiti yaratmasıdır. Torpağı sahibkara pulsuz verməklə və ya tender elan etməklə də ev tikdirə bilər. Müxtəlif variantlar var və bunların hər biri sosial kirayə müqaviləsi əsasında insanların mənzillə bağlı şəraitinin yaxşılaşmasına xidmət edir. Hesab edirəm ki, bunun üçün bizim imkanımız da var”.
Xəbər lenti
Hamısına baxMüsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51
Elm
07 İyul 12:47
Sosial
07 İyul 12:08
İqtisadiyyat
07 İyul 11:54
İqtisadiyyat
07 İyul 11:54
İdman
07 İyul 11:53
Siyasət
07 İyul 11:35
Gündəm
07 İyul 11:35
Gündəm
07 İyul 11:34
Sosial
07 İyul 11:30
Siyasət
07 İyul 11:25
Siyasət
07 İyul 11:10
COP29
07 İyul 10:55
Analitik
07 İyul 10:40
YAP xəbərləri
07 İyul 10:21
YAP xəbərləri
07 İyul 10:21
Ədəbiyyat
07 İyul 09:48
Dünya
07 İyul 09:41
Analitik
07 İyul 09:39
Maraqlı
07 İyul 09:34
Maraqlı
07 İyul 09:25
Dünya
07 İyul 09:20
Dünya
07 İyul 08:58
Dünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28

