Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bəzi dairələr Azərbaycanın müsbət beynəlxalq imicinə kölgə salmağa çalışır

Bəzi dairələr Azərbaycanın müsbət beynəlxalq imicinə kölgə salmağa çalışır

08.09.2015 [10:03]

Yaxud Xədicə İsmayılovanın hüquqi məsuliyyətə cəlb olunmasının siyasiləşdirilməsi - peşə fəaliyyəti ilə əlaqələndirilməsi tamamilə absurddur
Müstəqil xarici siyasət kursuna malik olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Buna paralel olaraq ölkəmizin beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Şübhəsiz, bütün bu nailiyyətlər anti-Azərbaycan dairələr və onların əlaltısı olan daxili ünsürlər tərəfindən narahatlıqla qarşılanır. Həmin ünsürlər hər fürsətdə Azərbaycanın müsbət beynəlxalq imicinə kölgə salmaq üçün əllərindən gələni etməyə çalışırlar.
Daim “korrupsiya” məsələsini əlində bayraq edən X.İsmayılovanın özü elə korrupsioner imiş...
Ümumiyyətlə, Azərbaycanın hərtərəfli inkişafı, Avropanın xəritəsini dəyişəcək layihələrin təşəbbüskarı və əsas icraçısı olmasına qısqanclıqla yanaşan bəzi xarici dairələrin uzun illər ərzində leqal və qeyri-leqal yollarla maliyyələşdirdiyi “beşinci kolon” öz missiyasını dövlətimizə qarşı çıxmaqda görür. Bu sırada bir vaxtlar “Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik edən Xədicə İsmayılova isə xüsusilə fərqlənib. Qeyd edək ki, bir neçə ay bundan əvvəl X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (Qanunsuz sahibkarlıq), 213.1 (Vergi ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihamlar irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilmişdi. Ötən müddət ərzində ona qarşı irəli sürülən ittihamlar ciddi şəkildə araşdırılaraq şahid ifadələrinin, mütəxəssislərin rəyləri və onların faktlar əsasında hazırladıqları aralıq hesabatları əsasında tam sübuta yetirildi. Bu günlərdə isə X.İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Son məhkəmə iclasında X.İsmayılovaya qarşı irəli sürülən ittihamların ilkin istintaq və məhkəmə prosesi zamanı tam sübuta yetirildiyi bildirilib və ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. X.İsmayılova azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilib. Faktlar göstərir ki, qərəzli və konkret sifarişə əsaslanan “araşdırma”larında daim “korrupsiya” məsələsini əlində bayraq edən bu şəxsin özü elə korrupsioner imiş...
X.İsmayılovanın hüquqi məsuliyyətə cəlb olunmasının siyasiləşdirilməsi yolverilməzdir
Beləliklə, X.İsmayılovanın hüquq məsuliyyətə cəlb olunmasının motivi iqtisadi xarakterlidir və bəzi dairələrin bu məsələni siyasiləşdirməsi - onun peşə fəaliyyəti ilə əlaqələndirməsi tamamilə absurddur. Bu məqamda xatırlatmaq yerinə düşər ki, bir müddət öncə radionun Azərbaycan xidmətinin sabiq əməkdaşlarından birinin şikayəti əsasında radionun Bakı bürosunda yoxlamalar aparılıb. Araşdırmalar nəticəsində Bakı bürosunda nizamnaməyə zidd olaraq kənar mənbələrdən qeyri-qanuni maliyyənin cəlb olunduğu faktı təsdiqini tapıb. Bəlli olub ki, Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin kifayət qədər ciddi məbləğlərdən getdiyi aydındır.
Azərbaycanda insan hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiyasının tələblərinə görə qorunur
Bütün bunlara baxmayaraq, daim “insan hüquqları”, “demokratiya” kimi məfhumları siyasi manipulyasiya vasitəsinə çevirən bəzi dairələr bu məsələdə də qərəzli mövqedən çıxış edirlər. Daha da dəqiqləşdirsək, subyektiv mövqelərini reallıq kimi diktə etməyə çalışan həmin qüvvələr selektiv yanaşma nümayiş etdirirlər. Məsələn, Birləşmiş Krallığın Avropa üzrə naziri David Lidinqtonun Xədicə İsmayılovanın məhkəməsinin nəticəsi ilə bağlı Azərbaycanı qanunun aliliyinə əməl etməyə çağıran bəyanat yayması heç bir məntiqə sığmır. Əlbəttə, bu, təzyiq məqsədi daşıyan manipulyasiyadan başqa bir şey deyil. Çünki Azərbaycanda hər bir şəxs qanun qarşısında bərabərdir və heç kəs əlahiddə hüquqlara malik deyil. David Lidinqton məhz bunu nəzərə alaraq anlamalıdır ki, ölkəmizdə insan və vətəndaş hüquqları hansısa qüvvələrin maraqları əsasında yox, milli dövlətimizin Konstitusiyasının tələblərinə görə qorunur. Onu da nəzərə almaq lazımdır ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova jurnalist fəaliyyəti ilə bağlı olmayan konkret cinayət əməlləri törətməkdə ittiham olunub, məhkəmə prosesi zamanı onun günahı tam sübuta yetirilib və müvafiq qərar çıxarılıb...
David Lidinqtonun qərəzli yanaşması...
Onu da qeyd etmək lazımdır ki, bəhs olunan şəxsin hüquqi məsuliyyətə cəlb olunmasını siyasiləşdirən Birləşmiş Krallığın Avropa üzrə naziri David Lidinqton nədənsə Avropanın özündə baş verən kütləvi hüquq pozuntularını tənqid obyektinə çevirmir. Xatırladaq ki, yalnız 2015-ci ilin səkkiz ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə jurnalistlərə qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınıb. Bunlardan 23-ü İngiltərənin, 55-i Fransanın, 61-i Almaniyanın, 28-i İspaniyanın, 6-sı Portuqaliyanın, 7-si Avstriyanın, 73-ü İtaliyanın, qalanları isə digər ölkələrin payına düşür. Hadisələrin mahiyyətinə gəlincə isə onlardan 7-si ölüm hadisəsi olub, 126-sı fiziki cəza, 80-i həbs, 181-i isə senzura ilə bağlı olub. Lakin bütün bu və digər faktlarla bağlı Birləşmiş Krallığın Avropa üzrə naziri Lidinqton heç bir bəyanat verməyib və bu, konkret olaraq selektiv yanaşma nümunəsidir.
NURLAN

Paylaş:
Baxılıb: 492 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31