Yanvarı xatırlayaq
22.01.2016 [10:08]
Çökən Sovet imperiyasının “narıncı” olmayan inqilabı
Yanvarın 20-də “Novıye İzvestiya” internet-portalında politoloq, Moskva Dövlət Universitetinin İnformasiya Təhlil Mərkəzinin MDB Ölkələrini Öyrənmə Mərkəzinin baş direktorunun müavini Aleksandr Karavayevin “Yanvarı xatırlayaq. Çökən Sovet imperiyasının “narıncı” olmayan inqilabı” sərlövhəli məqaləsi yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.
“Hər il yanvarın 20-də Azərbaycan 1990-cı ildə Bakıda dinc əhaliyə qarşı aparılan hərbi əməliyyatın qurbanlarını xatırlayır. Milli azadlıq hərəkatının və siyasi etirazın zor gücünə yatırılması çoxsaylı günahsız qurbanlara gətirib çıxardı: 147 mülki adam həlak oldu, 744 nəfər yaralandı.
Həmin gün Azərbaycan Prezidenti, müxtəlif konfessiyaların rəhbərləri, ictimai rəy liderləri, sadə vətəndaşlar Bakıdakı Şəhidlər xiyabanında əklillər qoyurlar. Bir çox bakılılar həlak olmuş qohumlarının məzarlarını ziyarət edirlər.
Tarixi hadisənin dərinliyi onun sadə insanlar tərəfindən necə qəbul olunmasında təzahür edir. Bakıda yoldan keçəndən 20 Yanvarın onun üçün nə demək olduğu soruşulsa, çoxu səmimi olaraq deyəcək ki, bu hadisə yeni Azərbaycanın milli təyini-müqəddəratının yaranışının mühüm mərhələsidir. Hərçənd faktiki müstəqillik zaman baxımından bir qədər gec gəldi, amma tolerant sovet dünyagörüşünün sarsılması daha əvvəl - Qarabağ münaqişəsi nəticəsində baş verdi, lakin məhz 20 Yanvardan sonra azərbaycanlıların çoxu üçün tarixin sovet səhifəsi birdəfəlik çevrildi.
İyirmi altı il əvvəl bütün postsovet məkanında yaranan açıq siyasət Kommunist Partiyasının nəzarətindən çıxaraq meydanlara yol açdı. Görünür, bu, Sovet İttifaqının dağılmasını göstərən əsas hadisə oldu. Bu hadisə “hər şeyi birdən” istəyən xalq demokratiyasının, milli intibahın və yüksələn xətt boyunca icra mexanizminə xüsusi xidmət orqanlarının üsulları ilə nəzarətə götürmək cəhdlərinin qorxunc qatışığı idi. Qarabağ münaqişəsinin qızışdırdığı mütəşəkkil siyasi aksiyalar fonunda sovet hakimiyyət orqanlarının özünü itirməsi Azərbaycanda çoxsaylı lokal iğtişaşlara gətirib çıxardı.
Mərkəzi hakimiyyət buna necə reaksiya göstərə bilərdi? Gec də olsa sovet sisteminin hüquqi müstəvisindən xeyli alternativ ssenari gətirmək olar. Amma o vaxtlar sovet hakimiyyət orqanları ayrı-ayrı alovlanma nöqtələri ilə işləməkdənsə, böyük şəhərin küçələrinə nizami ordu hissələri yeritməkdən, siyasi münaqişəni məhz kütləvi şəkildə yatırmaqdan yaxşı heç nə düşünüb tapa bilmədilər.
Bu gün Bakıdakı 20 Yanvar hadisələri bir neçə ölçüyə malikdir. Azərbaycanlılar üçün 1990-cı il faciəsinin sınağından yeni sosial ölçüyə malik yeni Bakı yarandı. Paytaxt sakinləri ibrət dərsi aldılar: onların şəhərində və onların ölkəsində bu hadisələr bir daha təkrarlanmamalıdır. Göydələnlərin, dünya şöhrətli şirkətlərin ofislərinin, bankların və mağazaların əhatəsində yerləşən sıx trafikli yeni şəhər öz inkişafında artıq başqa cür dərk edilən başladığı sovet irsinə söykəndi. 20 Yanvarı xatırlarkən hamı başa düşür ki, hakimiyyət öz xalqına münasibətdə belə təcrübənin təkrarlanmasına yol verə bilməz. İnsan kimi yaşamaq, insanın şəxsi azadlığı - bütün bunlar Azərbaycanda ali sərvət kimi dəyərləndirilir. Elə bir sərvət ki, onu tank və ya totalitar maşın əzib keçə bilməz.
Tarixçilər və siyasətçilər üçün də özünəməxsus ibrət dərsi oldu. Bakı hadisələri sovet respublikalarının müstəqilliyinə yol açdı. Yenidənqurma illərində imperiyanın bir neçə milli paytaxtında tökülən qan indi Sovet İttifaqının dağılmasının mühüm hərəkətverici qüvvəsi kimi başa düşülür, postsovet elitaları isə onu yeni milli dövlətlərin yaranmasında əxlaqi-siyasi təməl kimi qəbul edirlər.
Aradan iyirmi altı il keçdi. 1990-cı il yanvarın 20-də Azərbaycanda, 1991-ci il yanvarın 13-də Vilnüsdə, 1989-cu il aprelin 9-da Tbilisidə baş vermiş oxşar hadisələri əsla bir-birinə bənzəməyən dövlətlər qeyd edirlər. Bu məşum faciə ilə üzləşən digər qardaşlarından fərqli olaraq, Bakı “əvəz-əvəzə” siyasəti yeritməyə çalışmır. Söhbətin nədən getdiyi məlumdur. Baltik respublikalarının Sovet İttifaqı tərkibində verdikləri “itkilərə” görə Moskvadan hesab istəmək cəhdlərini, təbliğat xarakterli çoxsaylı bəyanatları və günahkarları cəzalandırmaq tələbi ilə Rusiyanın hakimiyyət strukturlarına müraciətləri xatırlamaq kifayətdir. Həm də rəsmi Bakının nöqteyi-nəzərindən günahkarlar fərdi şəkildə müəyyən olunmalı və cəza çəkməlidirlər. Azərbaycanın qardaş Rusiya ilə münasibətlərdə qarşısına qoyduğu əsas xarici-siyasi məqsəd heç də siyasi iddialar və “ümumi hesab” irəli sürmək deyil. Tarix və müasirlik bir-birinə təsir göstərir, amma bu, artıq üst-üstə düşməyən gerçəkliklərdir.
Bakıdakı “Qara Yanvar” hadisələrinin müasir Rusiya üçün də müəyyən ibrətamiz rolu olub. 1990-cı il fevralın 4-də Krım körpüsündən hazırda Manej adlanan meydana qədər təqribən 500 min adamın iştirakı ilə demokratik qüvvələrin yürüşü oldu. Sov.İKP-nin inhisarına son qoymaq, yeni İttifaq müqaviləsi imzalamaq, mətbuat haqqında yeni qanun qəbul etmək tələbləri artıq düz Kremlin divarları qarşısında səslənirdi, ancaq güc strukturları Moskvadakı nümayişi qan içində dağıtmağa cəsarət etmədilər. 1991-ci ilin 18-19 avqustunu xatırlayaq: Ucqarları zor gücünə susdurarkən uğursuzluğa düçar olan sovet hakimiyyəti paytaxtda da belə reaksiya üçün siyasi iradəyə malik deyildi.
20 Yanvar sovet sosial məkanının təməldən dağılması məqamı kimi bizim üçün yeni start mövqeləri müəyyən etdi və ortaya belə bir məsələ qoydu: yeni şəraitdə bir yerdə olmağa hazırıqmı? Biz ərazi sərhədini cızdıq, indi müxtəlif dövlətlərdə yaşayırıq, müxtəlif milli ritmlərə tabeyik. Bütün bunlar 20 Yanvarın ölkələrimizin tarixində bir növ demarkasiya xəttinə çevrilən, geriyə dönüşü olmayan tarixi-siyasi təkamülünün nəticəsidir.
Amma biz üst-üstə düşən məqamları fərqlilikdə tapdıq. Rusiya ilə Azərbaycan qarşılıqlı faydalı, həqiqi tərəfdaşlıq münasibətləri qururlar. Biz yeni humanitar layihələri yuxarıdan təzyiq olmadan icra edir, modernləşdirmə ideyalarını birgə inkişaf etdirir, xarici bazarlarda və öz aramızda bərabərhüquqlu ticarət edirik. Biz yenə də bir yerdə yaşayırıq: rusiyalı azərbaycanlıların sayına və müasir Rusiyanın həyatında onların roluna və əksinə, Azərbaycanda rusların vəziyyətinə və onlara bəslənilən ən səmimi münasibətə baxın. Bu gün biz bir-birimizi daha dərindən başa düşməyə və deməli, münaqişə yaratmayan münasibətə, rəsmi şərhlərin və neqativin yol verilmədiyi aydın ümumi tarixi yaddaş ənənəsinin işlənib hazırlanmasına doğru hərəkət edirik.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

