Azərbaycan yaranmış vəziyyətdən uğurla çıxacaq
26.01.2016 [10:14]
Prezident İlham Əliyev: Bizim iqtisadiyyatımız sabit və davamlıdır. Bizim geniş ehtiyatlarımız var. Bu vəziyyəti tarazlaşdıra bilərik
Son illərdə dünya son dərəcə mürəkkəb situasiya ilə üz-üzə dayanıb. Ən arzuolunmaz cəhət ondan ibarətdir ki, qlobal maraqların ayrı-ayrı supergüc dövlətlərin siyasi ambisiyalarına tabe etdirilməsi, dünyada iqtisadi proseslərin məqsədyönlü şəkildə istiqamətləndirilməsi və idarə edilməsi cəhdləri artıb. Neftin 2014-cü ilin yayından başlayaraq 4 dəfəyədək ucuzlaşması deyilənlərə nümunədir. Neftin birjalarda kəskin dəyər itirməsinin, ilk növbədə, geosiyasi amillərlə bağlı olduğu ortadadır. Açıq-aydın görünür ki, “qara qızıl” siyasi manipulyasiya predmetinə çevrilib. Hazırda gündəlik istehlakı 94 milyon bareldən az olan dünya bazarında təklif 97 milyon bareldən çoxdur. Hər gün dünya bazarına 3 milyon barel artıq neft çıxarılır.
Neftin kəskin ucuzlaşması və digər bu kimi subyektiv iqtisadi amillər dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub. Yaranmış vəziyyətə uyğun çevik siyasət həyata keçirmək, strateji hədəfləri və taktiki addımları düzgün müəyyənləşdirmək, manevr imkanlarını artırmaq hazırkı vəziyyətdə hər bir dövlət, ələlxüsus da məlum səbəblərdən proqnozlaşdırılmayan neft daxilolmalarının azalması ilə qarşılaşan ölkələr üçün çox aktual məsələlərə çevrilib.
Manatın devalvasiyası qaçılmaz idi
Son illərdə Azərbaycanın uğurlu inkişafı dünya ilə sıx inteqrasiya şəraitində baş verib. Hazırda ölkəmizin əmtəə və xidmətlər üzrə xarici ticarət dövriyyəsi ümumi daxili məhsulumuzun təxminən 76 faizini təşkil edir. Həcmi 54 milyard dollara çatan mal və xidmətlər üzrə xarici ticarət dövriyyəsi son 12 ildə 7 dəfə artıb. Bütün bunlar ölkənin qlobal iqtisadiyyata açıqlığının göstəricisidir. Ölkəmizin qlobal iqtisadiyyata açıqlığının, inteqrasiyasının getdikcə daha da dərinləşməsi, öz növbəsində, respublikanın iqtisadi-maliyyə siyasətində qlobal məkanda müşahidə edilən proseslərin diktə etdiyi yeni çağırışların mütləq nəzərə alınması zərurətini gündəmə gətirir. Ötən ilin son ongünlüyündə manatın devalvasiyaya uğraması da ölkəyə neft daxilolmalarının azalması və tərəfdaş ölkələrdə milli valyutaların kəskin dəyər itirməsi fonunda ölkəmizin makroiqtisadi sabitliyinə yaranan xarici təhdidlərin önlənməsi zərurəti ilə bağlı idi. Məlumdur ki, Azərbaycanın milli valyutası - manat ölkənin iqtisadi potensialına uyğun olaraq dünyanın ən güclü valyutaları sırasında yer alırdı. Manat ötən ilin fevralında baş verən ilk devalvasiyaya qədər 1,3 dollara bərabər idi. Bəhs olunan devalvasiyadan sonra da milli valyutamız yüksək dəyərini saxlamaqda idi. Bundan ötrü dövlət tərəfindən əhalinin sosial müdafiəsi nəzərə alınaraq məqsədyönlü tədbirlər həyata keçirilirdi. Ancaq regionda və qlobal məkanda baş verən proseslər istər-istəməz ölkəmizə də öz təsirini göstərdi. Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Yeni enerji tarazlığı” mövzusunda sessiyada bildirib ki, Azərbaycan özünün milli valyutasını qorumaq üçün çox çalışsa da, devalvasiyadan qaçmaq mümkün olmayıb: “İkinci devalvasiyanın əsas səbəbi isə qonşu ölkələrdə milli valyutaların kəskin devalvasiyası oldu. Nəticə olaraq bizim məhsullarımızın rəqabətədavamlılığı azaldı və bu, büdcəmiz üzərində artıq yükə çevrildi. Beləliklə, bu, qaçılmaz idi. Bacardığımız qədər bunun qarşısını almağa çalışdıq. Milli Bank ehtiyatlarımızın bir hissəsini itirdik. Ancaq bu addımı atmalı idik”.
Qeyd edək ki, son vaxtlarda qonşu və tərəfdaş ölkələrin milli valyutaları daha kəskin devalvasiyaya uğrayıb. Azərbaycanda 2015-ci ilin fevralında baş verən devalvasiyaya qədər rus rublu 80, qazax təngəsi 19, belarus rublu 17, Ukrayna qrivnası 90, türk lirəsi 8, türkmən manatı 22 faiz ucuzlaşmışdı. Ayrı-ayrı ölkələrin milli valyutalarının ABŞ dolları ilə müqayisədə ucuzlaşması prosesi ötən ildə, o cümlədən də dekabrda da davam edib. Belə ki, 2015-ci ilin son ayının ilk günlərindən etibarən bir sıra ölkələr, sözün əsl mənasında, valyuta böhranı ilə üz-üzə qalıblar. Rus rublunun yuxarıda qeyd etdiyimiz ucuzlaşmasına baxmayaraq, qonşu ölkədə dolların rəsmi məzənnəsi dekabrın əvvəlindəki 66,2 rubldan ayın ortalarına doğru 70,2 rubladək qalxıb. Xatırladaq ki, noyabrda dolların məzənnəsi 63,8 rubla bərabər olub. Milli valyutalar böhranı Qazaxıstan təngəsindən də yan ötməyib. Təngənin 2015-ci ilə qədərki ucuzlaşması dünya birjalarında bu ölkənin əsas ixrac məhsullarından olan neftin qiymətinin aşağı düşməsi fonunda daha da intensivləşib. Dekabrın ortalarında dolların təngəyə qarşı birja məzənnəsi 322,47 olub. Beləliklə, ABŞ dollarına nisbətdə təngənin məzənnəsi tarixi minimuma enib.
Dünyanın iqtisadi nəhənglərindən olan Çində də milli valyutanın - yuanın devalvasiyası baş verir. 2015-ci ilin avqustunda Çinin Milli Bankı son 20 il ərzində ən irimiqyaslı devalvasiya həyata keçirib ki, nəticədə dolların məzənnəsi 6,12 yuandan 6,23 yuanadək qalxıb. Dekabrın ilk yarısında bu ölkədə düz iki dəfə devalvasiya baş verib.
Respublikamız öz güclü potensialı sayəsində yaranmış vəziyyətdən çıxmağa qadirdir
Təbii ki, milli valyutanın devalvasiyaya uğraması ölkə daxilində müəyyən narahatlıqlar yaradıb. Respublikamıza gətirilən ərzaq məhsullarının qiymətində məyyən qədər bahalaşma müşahidə edilib. Devalvasiyadan sonra bəzi işbazlar süni ajiotaj yaratmağa çalışıblar ki, bu da əlavə çətinliklər yaradıb.
Buna baxmayaraq, respublikamız vəziyyətdən çıxmağa qadirdir. Prezident İlham Əliyev buna əminliyini ifadə edərək deyib: “Bizim iqtisadiyyatımız sabit və davamlıdır. Bizim geniş ehtiyatlarımız var. Bu vəziyyəti tarazlaşdıra bilərik”.
Dövlət başçısı diqqəti ona yönəldib ki, ölkənin xarici borclanması aşağı səviyyədədir, Azərbaycan ümumi daxili məhsulun həcmi qədər valyuta ehtiyatlarına malikdir: “Bizim xarici borcumuz ümumi daxili məhsulun yalnız 12 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız da, demək olar ki, ümumi daxili məhsul ilə eyni səviyyədədir. Əminəm ki, biz böhrandan çıxacağıq”.
Beləliklə, Azərbaycanın yaranmış vəziyyətdən uğurla çıxacağına əminliyin arxasında respublikanın güclü iqtisadi potensialı dayanır. Son 12 ildə Prezident İlham Əliyevin uğurla davam etdirdiyi məqsədyönlü siyasət sayəsində ölkənin iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı addımlar atılıb. Hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən amillər sırasında ümumi daxili məhsul istehsalının artması mühüm faktor qismində çıxış edir. Bu mənada kifayət qədər ciddi qlobal risklərlə müşayiət olunan illərdə ölkəmizdə iqtisadiyyatın davamlı olaraq genişlənməsi və ÜDM istehsalında artıma nail olunması böyük nikbinlik doğurur. Ölkəmizdə 2004-cü ildən bu günə qədər ümumi daxili məhsul istehsalı 3 dəfədən çox artıb ki, bu da dünya miqyasında rekord göstəricidir.
Son illərdə Azərbaycanın qazandığı uğurlar beynəlxalq reytinq agentliklərinin ölkəmizlə bağlı qiymətləndirmələrində də öz əksini tapıb. Dünya İqtisadi Forumunun (World Economic Forum) qlobal rəqabətlilik indeksinə görə sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Bununla da Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayır.
Ölkədə geniş islahatlara, qeyri-neft məhsullarının istehsalına əlverişli şərait və güclü siyasi iradə var
Məlumdur ki, neft ölkəsi olan Azərbaycan neftdənkənar iqtisadiyyat qurmağı özünün stratej hədəfi elan edib. Son illərdə ölkəmizdə müvafiq islahatlar həyata keçirilib, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və müəyyən dərəcədə neftdən asılılıq aradan qaldırılıb. Təkcə son beş ildə ümumi daxili məhsulun tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi 20 faiz artaraq 70 faizə yüksəlib, ölkə üzrə bu sektordan ixracın həcmi isə 60 faizdən çox artıb. Respublikada neftdənkənar iqtisadiyyatın genişlənməsi 2015-ci ildə də davam edib. Belə ki, ötən il qeyri-neft sektorunun artım dinamikası respublika üzrə inkişaf dinamikasını üstələyib. Ölkədə həyata keçirilən məqsədyönlü siyasətin nəticəsində il ərzində qeyri-neft sənayesi 8 faizdən çox artıb ki, bu da kifayət qədər yüksək göstəricidir. Neftdənkənar iqtisadiyyatın inkişafı istiqamətində bundan sonra daha effektiv tədbirlər həyata keçiriləcək. Prezident İlham Əliyev yaranmış vəziyyəti islahatlar üçün əlverişli məqam kimi səciyyələndirərək bildirib ki, ölkədə ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlanılıb: “İndiki vəziyyət, əlbəttə, ürəkaçan deyil. Ancaq, eyni zamanda, bu, Azərbaycanda islahatlar üçün əlverişli məqamdır. Biz maliyyə sektorumuzun yeni təfəkkürdə islahatlarına, iqtisadi islahatlara, ixracat yönümlü qeyri-neft məhsullarının istehsalına başlamışıq və neft amilini unutmalıyıq”.
Prezident İlham Əliyevin bəyan etdiyi yeni iqtisadi kurs effektiv tədbirlərlə və güclü hüquqi təminatlarla dəstəklənir. Dövlət başçısı yaranmış vəziyyətdən mümkün qədər az itkilərlə çıxmaq üçün iqtisadiyyatın liberallaşmasının dərinləşməsinə, biznes mühitinin daha da optimallaşdırılmasına hesablanan bir sıra mühüm sənədlər imzalayıb. Bu sənədlər ölkədə neftdənkənar iqtisadiyyatın üstün inkişafına güclü hüquqi təminatlar yaradır. Bunlardan bir neçəsini sadalamaq yerinə düşərdi. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Dövlət başçısının imzaladığı sənədlər arasında qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, rəqabətqabiliyyətli qeyri-neft məhsullarının istehsalı və ixracının, ənənəvi və yeni bazarlara çıxış imkanlarının artırılması, bu sahədə əlverişli şəraitin daha da genişləndirilməsi məqsədi ilə qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam da xüsusi yer tutur.
Prezident İlham Əliyevin siyasi iradəsi əsasında dövlət orqanlarının daha operativ və çevik fəaliyyətinin təmin olunması məqsədilə struktur islahatlarına start verilib. Dövlət başçısının 15 yanvar 2016-cı il tarixində imzaladığı müvafiq Fərmanla Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi ləğv edilib. Struktur islahatlarının aparılması izafi xərclərin qarşısının alınması ilə yanaşı, dövlət orqanlarının fəaliyyətinin çevikliyinin təmin olunmasında, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılmasında mühüm rol oynayacaq. Eyni zamanda, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, ölkənin yaranmış vəziyyətdən daha az itkilərlə çıxmasını təmin etmək məqsədilə qanunvericilik bazası daha da təkmilləşdirilir. Elə bu günlərdə Milli Məclis iqtisadi bloka daxil olan bir sıra qanunlara dəyişiklikləri təsdiqləyib.
Perspektivdə islahatların daha geniş miqyasda davam etdirilməsi nəzərdə tutulur. O cümlədən ölkədə struktur islahatları davam etdiriləcək. Valyuta bazarının tənzimlənməsi, həmçinin milli valyutamıza etimadın artırılması, bankların sağlamlaşdırılması ilə bağlı müvafiq tədbirlər görüləcək. Ölkədə qarşıdakı dövrdə xarici və yerli investorların iştirakı ilə geniş özəlləşdirmə proqramı həyata keçiriləcək ki, bu da sosial-iqtisadi inkişafa əlavə təkan verəcək. Eyni zamanda, respublikada son illərin ənənəsinə uyğun olaraq qeyri-neft sektorunun üstün inkişafı təmin olunacaq. Yerli istehsalın tərkibindəki xarici komponentlərin azaldılması istiqamətində iş aparılacaq. Bundan sonra sahibkarlıq subyektləri daha güclü dəstəklə əhatə olunacaqlar. 2016-cı ildə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcək. İqtisadiyyat Nazirliyinin hazırladığı 1 milyard 500 milyon manat həcmində investisiya layihələrinin icrasına başlanacaq ki, bunun da sayəsində ölkə üzrə iqtisadi aktivliyin artması təmin olunacaq.
Azərbaycan indiki çətin şəraitdə də özünün sosial siyasətinə sadiqlik nümayiş etdirir
Azərbaycanda son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, ilk növbədə, geniş sosial məzmunu ilə diqqəti cəlb edir. Ötən illərdə ölkənin dinamik iqtisadi inkişafı insanların mənafeyinə yönələn güclü sosial siyasət həyata keçirməyə etibarlı zəmin yaradır. Bu sahədə dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Bu strateji kursa uyğun olaraq ölkə miqyasında geniş sosial infrastruktur layihələri icra edilir, insanların yaşayış səviyyəsinin yüksəlməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbirlər reallaşdırılır.
Azərbaycan özünün sosial siyasətinə xarici təsirlər nəticəsində yaranmış indiki vəziyyətdə də sadiqlik nümayiş etdirir. Yaranmış vəziyyətlə əlaqədar bir sıra istiqamətlər üzrə xərclər və investisiya qoyuluşu azaldılsa da, heç bir sosial layihə ixtisara salınmayıb. Bu cəhətə diqqət çəkən dövlət başçısı vurğulayıb: “Biz xərclərimizi, investisiyalarımızı azaltmalı və sosial təminatı eynilə saxlamalı olduq”.
Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə isteklak bazarına, qiymətlərin süni şəkildə artırılmasına ciddi nəzarət olunur. Son günlərdə Prezident İlham Əliyev respublikada əmək haqlarının, pensiyaların, aztəminatlı ailələrə verilən müavinətlərin artırılması ilə bağlı bir neçə Sərəncam imzalayıb. Bütün bunlar bilavasitə əhalinin sosial təminatının yüksəldilməsinə yönələn təşəbbüslərdir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan tədbirdə gələcəkdə investisiyalar yönəldiləcək zəruri sahələrdən birinin də sosial infrastruktur olduğunu xüsusi nəzərə çatdıraraq deyib: “Biz sosial infrastruktura, sənaye infrastrukturuna investisiya qoymalıyıq”.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

