Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir
28.01.2016 [10:02]
Prezident İlham Əliyev: Hamı bilsin, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir
Sirr deyil ki, hüquqi və sosial dövlət olan, ictimai-siyasi sabitliyin və iqtisadi inkişafın davamlı xarakter daşıdığı Azərbaycanın tərəqqisi real strateji və konseptual əsaslara söykənir. Ölkəmizdə mütəmadi surətdə həyata keçirilən institusional islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərinin müəyyənləşdirilməsini şərtləndirir. Bununla yanaşı, vətəndaşların bütün sahələrdə tam keyfiyyətli xidmətlə təmin olunması məsələsi də hökumətin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bu istiqamətdə dövlət başçısı tərəfindən Fərman və sərəncamlar imzalanıb, konkret əməli tədbirlər görülüb. Bu kontekstdə, heç şübhəsiz, dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin daha keyfiyyətli və rahat həyata keçirilməsi məsələsi də müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda, dövlət məmurlarının səmərəli və qanunlar əsasında fəaliyyəti də bu mənada xüsusi qeyd olunmalıdır...
Ölkəmizdə həyata keçirilən institusional islahatlar idarəetmə mexanizmini olduqca təkmilləşdirib
O da vurğulanmalıdır ki, ölkəmizdə həyata keçirilən institusional islahatlar idarəetmə mexanizmini olduqca təkmilləşdirib. Bu kontekstdə mühüm məqamlardan biri də ölkədə hüquqi dövlət və vətəndaş cəmiyyətinin mütləq komponentlərinin təşəkkül tapmasıdır. Belə ki, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin və vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini də möhkəmləndirib...
Əlbəttə, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və yeni iqtisadi kursun uğurlu nəticələr verməsi üçün islahatların davamlılığı olduqca zəruridir. Bu konteksdə, ayrı-ayrı sahələrdə həyata keçirilən tədbirlər nəticəsində 2016-cı ildə də Azərbaycanda dayanıqlı iqtisadi inkişaf təmin ediləcək. Ekspertlərin qənaəti budur ki, həyata keçirilən yeni iqtisadi siyasətin nəticəsində Azərbaycanda iqtisadi islahatlar dərinləşəcək, iqtisadi və maliyyə sistemi sabitləşəcək və şəffaflaşacaq, bank sektoru mövcud durumdan çıxacaq və onun davamlı inkişafı təmin ediləcək, milli manata etimad bərpa olunacaq, biznes mühiti daha da yaxşılaşacaq və işgüzar sferada fəallaşma baş verəcək, bütün bürokratik əngəllər maksimum aradan qaldırılacaq və iş adamlarına daha yaxşı şərait yaradılacaq, dövlət idarəçilik sistemi daha da təkmilləşəcək və onun səmərəliliyi artacaq, əhalinin sosial rifahı yüksələcək. Ölkəmizdə, eyni zamanda, qarşıdakı dönəmdə struktur islahatları və neqativ hallara qarşı mübarizənin gücləndirilməsi də diqqət mərkəzindədir. Ekspertlər dövlət idarəçiliyi sahəsində həyata keçirilən struktur islahatlarını neqativ hallara, o cümlədən korrupsiyaya qarşı mübarizə çərçivəsində təqdir edirlər. Bu addımlar, bir tərəfdən, izafi xərclərin qarşısını alacaq, digər tərəfdən də, dövlət idarəçiliyi sisteminin çevikliyini, səmərəliliyini artıracaq.
Məmurların xidmət və fəaliyyəti məsələsi dövlət idarəçiliyi və vətəndaş-məmur münasibətləri baxımından mühüm əhəmiyyət daşıyır
Xəbər verdiyimiz kimi, yanvarın 26-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib. Konfransda çıxış edən Prezident İlham Əliyev bu istiqamətdə görülmüş işlərdən, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən, eyni zamanda, məmurların məsuliyyəti məsələsindən və fəaliyyət prinsiplərindən bəhs edib.
Əlbəttə, bu gün məmurların xidmət və fəaliyyəti məsələsi həm dövlət idarəçiliyi, həm də vətəndaş-məmur münasibətləri baxımından mühüm əhəmiyyət daşıyır. Burada başlıca məqam məmurların hansı prinsip və dəyərlər əsasında fəaliyyət göstərməsidir. Şübhəsiz, vəzifə borcu vətəndaşa xidmət etmək olan hər bir məmur öz səlahiyyətlərindən və müvafiq resurslardan qanuna müvafiq surətdə yararlanmalı, istinad etdiyi hər bir prosedurda qanunla müəyyən olunmuş qaydada Azərbaycan vətəndaşının mənafeyini əsas götürməlidir. Prezident İlham Əliyev sözügedən konfransdakı nitqində bu məqama xüsusi olaraq toxunub: “Dövlət məmurları xalqla bir yerdə olmalıdır. Mən həmişə demişəm, hər bir dövlət məmuru, o cümlədən də Prezident xalqın xidmətçisidir. Xalq bizə etibar edib və biz də bu etibarı, inamı hər gün doğrultmalıyıq”.
Heç şübhəsiz, dövlət qulluqçularının peşə səlahiyyətləri və borcu, eyni zamanda, davranış etikası təsbit edilib və məmurların bütün bu normalara riayət etməsi mütləq zərurətdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev sözügedən konfransdakı çıxışı zamanı qeyd edib ki, dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar: “Dövlət məmurları və onların ailə üzvləri özlərini təvazökar aparmalıdırlar. Xalqla bir yerdə olmalıdırlar, yekəxanalıq göstərməməlidirlər. Hesab etməməlidirlər ki, onların hansısa xüsusi statusu var. Onların statusu var - insanlara xidmət etmək, insanların problemlərini həll etmək, onlara qayğı göstərmək. İnsanları incitməməlidirlər, əksinə, qayğı, diqqət göstərməlidirlər və kömək etməlidirlər. Dediyim bütün bu amillər onların fəaliyyətinə verilən qiymətdə əsas rol oynayacaq”.
Məmurların səmərəli fəaliyyəti həm də rüşvət və korrupsiya hallarının aradan qaldırılmasında xüsusi əhəmiyyət kəsb edir
O da qeyd edilməlidir ki, bütün dövlət qurumları və vəzifəli şəxslər Azərbaycan vətəndaşına hər yerdə vəzifə səlahiyyətləri çərçivəsində xüsusi qayğı göstərməlidirlər. Vətəndaşların müraciətinə prosedurlara müvafiq surətdə baxılması, bu istiqamətdə lazımi tədbirlərin görülməsi, eyni zamanda, bürokratik əngəllərin aradan qaldırılması dövlət məmurlarının qarşısında duran başlıca vəzifə və öhdəliklər qismində çıxış edir. Bütün bu prinsiplər dövlət tərəfindən müəyyənləşdirilib və zəruri normalardır.
Bütün bunlarla yanaşı, bir məqama da xüsusi olaraq toxunmaq gərəkdir. Sirr deyil ki, bu gün Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə malik avanqard ölkə kimi səciyyələndirilir. Amma bununla yanaşı, ölkəmizdə ictimai asayişə, sosial-iqtisadi münasibətlər sisteminə və cəmiyyətin funksionallığına zidd olan bəzi neqativ proseslərə də rast gəlinir. Bütün bunların nəticəsində ölkədaxili bəzi subyektlər və qurumların öz vəzifə, status və resurslarından sui-istifadə etmələri fonunda yaranan rüşvət və korrupsiya halları bu sırada xüsusi vurğulanmalıdır. Qeyd etmək lazımdır ki, rüşvət və korrupsiya halları, demək olar ki, bütün cəmiyyətlərdə mövcuddur. Sadəcə, burada əsas olan sözügedən hallarla necə və hansı ciddilikdə mübarizə aparılmasıdır. Eyni zamanda, bəhs olunan hallara qarşı aparılan mübarizənin effektivlik səviyyəsi və onun real nəticələri də sözügedən prosesdə xüsusi önəm kəsb edən amillərdir. Bu nöqteyi-nəzərdən qeyd edə bilərik ki, ölkəmizdə bu cür neqativ hallara qarşı çox ciddi mübarizə aparılmaqdadır.
Konfransdakı çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, “Korrupsiyaya və rüşvətxorluğa qarsı mübarizə gedir, öz bəhrəsini verir. Korrupsiya böyük bəladır, bütün ölkələr üçün, o cümlədən Azərbaycan üçün. Biz həm cəza tədbirlərini tətbiq edirik, inzibati addımlar atılır, həm də institusional tədbirlər görülür. Korrupsiya, rüşvətxorluq üçün meydan daralır, yeni ictimai xidmətlər yaradılır. “ASAN xidmət” iki il ərzində artıq yeddi milyon insana xidmət göstərib. Bu yeddi milyon insan bu iki il ərzində “ASAN xidmət”də korrupsiyanın nə olduğunu görməyib. Ancaq əvvəlki dövrlərdə hansı qapıya gedirdilərsə, onlardan qanuni arayışa, icazəyə və s. görə nə isə tələb olunurdu. İnstitusional tədbirlər çox səmərəlidir”.
Dövlət başçısı əlavə edib ki, bunula bərabər korrupsiyaya qarşı cəza tədbirləri də tətbiq ediləcək, edilir: “Burada heç kimin imtiyazı ola bilməz. Heç kim toxunulmaz deyil. Son hadisələr Azərbaycanda bir daha onu göstərdi. Əgər bəzi yüksək vəzifəli şəxslər qanunu pozurlarsa, öz vəzifə borclarını yerinə yetirə bilmirlərsə, onlar mütləq cəzalandırılacaq və cəzalandırılır. Xalq da, ictimaiyyət də bunu görür. Hamı bilsin, Azərbaycanda bir nəfər də olsun toxunulmaz adam yoxdur. Hamı qanun qarşısında bərabərdir”.
Göründüyü kimi, məmurların səmərəli fəaliyyəti həm də ölkəmizin daha yüksək sürətli inkişafına əngəl törədən neqativ halların, o cümlədən rüşvət və korrupsiya hallarının aradan qaldırılmasında xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bu gün Azərbaycanın inkişafına mane ola biləcək real tənəzzül mənbəyi qismində çıxış edən rüşvət və korrupsiya hallarının qarşısının alınması istiqamətində həm aidiyyəti strukturlar, icra orqanları, həm də ayrı-ayrılıqda məmurlar öz üzərlərinə düşən bütün vəzifə və öhdəlikləri yerinə yetirməlidirlər.
Dövlət qurumları və vəzifəli şəxslər vətəndaşlara vəzifə səlahiyyətləri çərçivəsində xüsusi qayğı göstərməlidirlər
Bu gün səmərəli idarəetmə mexanizminə malik olan Azərbaycanda dövlət məmurunun davranış qaydalarına mükəmməl şəkildə riayət etməsi olduqca vacib bir şərtdir. Müəyyən dövlət orqanlarında, yerli strukturlarda, icra hakimiyyətlərində çalışan bəzi məmurların vətəndaşların problemlərinin həlli ilə bağlı müəyyən süni maneələr yaratması öz-özlüyündə həm qanunun tələblərinin pozulması deməkdir, həm də vətəndaşları narazı salır. Belə halların aradan qaldırılması yönündə ölkə Prezidentinin rəhbərliyi ilə aparılan siyasət artıq öz nəticəsini verir və görülən müvafiq tədbirlər bunu deməyə əsas yaradır. Prezident İlham Əliyevin Azərbaycan məmurunun məsuliyyəti məsələsinə və iş prinsipinə dair konkret mövqeyi ortadadır.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

