Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Burada da o qədər böyük sayda işçi yoxdur ki, optimallaşdırma işləri aparılsın

Siyavuş Novruzov: Burada da o qədər böyük sayda işçi yoxdur ki, optimallaşdırma işləri aparılsın

10.02.2016 [10:08]

Yeni Azərbaycan Partiyası (YAP) hazırda optimallaşdırma siyasətinin aparılmasına ehtiyac görmür.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Trend”ə bildirib ki, Yeni Azərbaycan Partiyası əvvəldən kiçik aparat ilə fəaliyyət göstərir: “Biz əsas gücü yerli təşkilatlara vermişik. Çünki üzvlərimiz yerli təşkilatlarda birləşirlər. Yerlərdəki aparatlar isə üzvlərlə fəal və operativ şəkildə işlərini qururlar. Bizim yerli təşkilatların bəzilərində 8, bəzilərində isə 12 nəfərə qədər insan çalışır. Yəni böyük işçi heyəti yoxdur”.
Partiyanın mərkəzi aparatına gəlincə isə S.Novruzov bildirib ki, burada da o qədər böyük sayda işçi yoxdur ki, optimallaşdırma işləri aparılsın: “Əksinə, bir neçə ştat var ki, onlara yeni işçilərin götürülməsi lazımdır. Bu işlər hələlik digər işçilərə həvalə olunub və onlar da həmin işlərin öhdəsindən bacarıqla gəlirlər”.

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31