Strasburqda Xocalı soyqırımı qurbanlarına həsr olunan anım mərasimi keçirilib
18.02.2016 [10:25]
Fransanın Strasburq şəhərindəki “l’Odyssee” kinoteatrında müstəqil litvalı rejissor Andreas Brokasın “Sonsuz dəhliz” (“Endless Corridor”) sənədli filminin nümayişi keçirilib. Avropa Şurası və Avropa Parlamenti kimi təsisatların məkanı olan bu şəhərdə keçirilmiş gecədə 1992-ci il fevralın 26-da törədilmiş Xocalı qətliamının qurbanları yad edilib. Filmin nümayişi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşəbbüsü ilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil edilib.
Azərbaycanın dostlarından ibarət auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Strasburq ofisinin direktoru Eliza Pieter bildirib ki, təşkilat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başlanmış “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində bu tədbirləri təşkil etdiyi üçün qürur hissi duyur. Bu kampaniyanın qısa zaman kəsiyində geniş vüsət alması regionda ədalətin bərqərar edilməsində beynəlxalq dəstək olacaq. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub.
Eliza Piter vurğulayıb ki, bu günün faciələri bizə dünənin faciələrini unutdurmamalıdır. Bu gün yaranan milyonlarla qaçqın ordusu bizə 20 ildən artıq öz torpaqlarına qayıdışını səbirsizliklə gözləyən bir milyondan artıq qaçqın və məcburi köçkün azərbaycanlının faciəsini unutdurmamalıdır.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi, səfir Emin Eyyubov qeyd edib ki, bu gün Xocalı şəhəri artıq mövcud deyil. Lakin qətliam qurbanlarının xatirəsi hələ də yaşayır. Onlar bizim yaddaşımızdadır. Biz bu soyqırımı ilə bağlı cəzasızlıq və ədalətsizliyə son qoyulmasını, bu cür faciələrin bir daha təkrarlanmamasını istəyirik. Diplomat ümidvar olduğunu bildirib ki, “Sonsuz dəhliz” filmi tamaşaçılara qətliamın reallıqlarını daha yaxşı çatdıracaq.
Xocalıya yenidən qayıdışı ilə bu film üçün əsas yaradan litvalı jurnalist Riçard Lapaytis həmin faciəvi günləri xatırlayaraq deyib: “Xocalı qətliamının şahidi kimi orada yaşadıqlarım mənim həyatımı tamamilə dəyişdirdi. Mən qurbanların cəsədləri ilə dolu olan bir bina, altı yaşlı qız uşağının cəsədi, başı kəsilmiş insanlar gördüm. Mən orada gördüklərimi unuda bilmirəm.
Mən o zaman Xocalı qətliamı haqqında reportaj hazırlayıb təhvil verdikdə redaktorum buna şübhə ilə yanaşdı. O dedi ki, bu cür qırğının baş verməsi mümkün deyil. Mən cavab verdim ki, bu cür faciənin bir daha baş verməsinə heç zaman yol verilməməlidir. Mən bir çox illər sonra Ağdama qayıdanda anladım ki, bu dağıdılmış yer dünyada ən kədərli şəhərdir. Ən dəhşətlisi odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də davam edir. Azərbaycan əraziləri hələ də Ermənistanın işğalı altındadır. Bu filmin nəticəsi məni məmnun etdi. Bu film özləri görə bilməsələr də, 613 nəfərə həsr olunmuş layiqli xatirə tablosudur”.
Xocalı qurbanlarına həsr olunmuş xatirə gecəsi fransalı bəstəkar Pyer Tilloyun özünün iştirakı ilə “Xocalı 613” adlı əsərinin ifası ilə yekunlaşıb. Bu əsər 2013-cü ildə “Victoires de la Musique Classique” klassik musiqi mükafatına layıq görülüb.
2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən “Akkolade” Qlobal Film Müsabiqəsində iki mükafata - 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.
Film “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanallarında nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxAnalitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17
Xəbər lenti
15 İyul 16:57
YAP xəbərləri
15 İyul 16:46
YAP xəbərləri
15 İyul 16:38
YAP xəbərləri
15 İyul 16:32
YAP xəbərləri
15 İyul 16:31
Siyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Xəbər lenti
15 İyul 14:56
Dünya
15 İyul 14:25
Xəbər lenti
15 İyul 13:50
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29

