Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / İtaliya Avropa İttifaqında Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir

İtaliya Avropa İttifaqında Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir

10.03.2016 [10:01]

İtaliya Avropa İttifaqında Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir.
Bu fikir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini ilə görüşündə səsləndirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı Avropanın alternativ mənbələr əsasında enerji təhlükəsizliyinin təmin olunması və region ölkələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində TANAP və TAP layihələrinin kəsb etdiyi əhəmiyyət vurğulanıb.
Franko Frattini ölkəmizin regionda əhəmiyyətli rol oynadığını, uğurlu və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edib.
Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli prosesi və problemin həll olunmamasının regional sülh və təhlükəsizlik üçün yaratdığı təhlükələr barədə məlumat verib. O əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 640 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31