ABŞ-dakı erməni lobbisinin növbəti cəhdi fiaskoya uğrayıb
02.04.2016 [11:34]
Havay ştatının Nümayəndələr Palatasının sədri Azərbaycandan üzr istəyib
ABŞ-ın Havay ştatının Nümayəndələr Palatasının sədri Cozef Souki erməni lobbisinin ənənəvi manipulyasiyası və məkrli oyunları nəticəsində martın 29-da palatanın qondarma “Dağlıq Qarabağ respublikası”na dair qəbul etdiyi 167 saylı qətnamə ilə bağlı memorandum imzalayıb. C.Souki bu qətnaməyə görə təəssüf hissi keçirdiyini bildirib, Azərbaycan Hökumətindən və xalqından dərindən üzr istədiyini elan edib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan məlumat verilib.
Baş konsulluğa ünvanlanmış memorandumda spiker C.Souki təəssüflə bildirib ki, Nümayəndələr Palatasının xarici siyasətlə bağlı qəbul etdiyi hər bir sənəd müvafiq komitələrə getməli olduğu halda, həmin qətnamə mövcud qanunvericilik prosedurlarına zidd olaraq gündəliyə salınıb və ictimai müzakirəyə çıxarılmadan qəbul edilib.
Qeyd olunub ki, Havay Ştatının Nümayəndələr Palatasında bəzən fərdlərə və təşkilatlara, məsələn, müəllimlərə, səhiyyə işçilərinə, yaxud xeyriyyə qurumlarına həvəsləndirici məqsədlərlə təbriknamələr təqdim edilir. 167 saylı qətnamə də bu qəbildən olan, sadə mərasim xarakterli sənəd adı altında gündəliyə salınıb və onun əsl mahiyyətinə diqqət yetirilməyib. Bu səbəbdən də spiker C.Souki qətnamənin müvafiq komitə tərəfindən müzakirə olunmadan qəbul edilməsinə görə dərindən üzr istədiyini bildirib, oxşar hadisələrin gələcəkdə baş verməməsi üçün daxili qaydalarda dəyişiklik ediləcəyini vurğulayıb.
Həmçinin spiker bildirib ki, ABŞ uzun illərdir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylər göstərir. Bu səpkidə C.Souki 167 saylı qətnamənin hər hansı hüquqi qüvvəyə malik olmadığını da vurğulayaraq, Nümayəndələr Palatasının dolğun məlumat əldə etmədən belə bir sənədi qəbul etməsinə görə üzr istəyib.
Spiker C.Souki memorandumun sonunda Nümayəndələr Palatasının üzvləri adından Azərbaycan ilə ABŞ arasındakı güclü dostluq əlaqələrinin davam edəcəyinə ümidvar olduğunu bildirərək yazıb: “Ümid edirəm ki, bizi bu vəziyyətə gətirib çıxaran xoşagəlməz halı anlayırsınız. Mən buna görə Azərbaycan Hökumətindən və xalqından səmimi şəkildə üzr istəyirəm”.
Qeyd edək ki, qətnamədən bir müddət əvvəl - 2016-cı il martın 10-da erməni lobbisinin təhriki ilə Havay Ştatının Senatında oxşar məzmunlu iki qətnamə gündəliyə gətirilmişdi. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun operativ müdaxiləsi nəticəsində Havay Senatının rəhbərliyi martın 11-də rəsmi bəyanat verərək bu qətnamələri rədd etdiyini bildirmişdi. Üstəlik həmin bəyanatda Azərbaycanın ərazi bütövlüyünə açıq dəstək ifadə olunmuşdu. Görünür, bundan pərt olan erməni lobbisi növbəti məkrli planını Havay ştatının Nümayəndələr Palatasında həyata keçirməyə cəhd edib, qanunvericiləri aldadaraq öz məqsədlərinə nail olmağa çalışıb. Ancaq Palatanın spikeri tərəfindən imzalanan və həmin qətnaməni heçə endirən rəsmi memorandum ilə erməni lobbisi bir daha layiqli cavabını alıb.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

