/ / Klaudio Kajado: Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında qeyri-qanuni mövcudluğu sülhə, sabitliyə təhlükədir
Klaudio Kajado: Ermənistan qoşunlarının Azərbaycan torpaqlarında qeyri-qanuni mövcudluğu sülhə, sabitliyə təhlükədir
09.04.2016 [10:27]
Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti Klaudio Kajado Deputatlar Palatasının plenar iclasında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması ilə əlaqədar çıxış edib.
Azərbaycanın Braziliyadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, K.Kajado son vaxtlar Ermənistan-Azərbaycan münaqişəsinin dərinləşməsi zamanı Azərbaycanın mülki əhalisinin hədəfə alınmasından dərin narahatlığını bildirib. O vurğulayıb ki, bu münaqişənin heç bir tərəfə fayda gətirmədiyi aydındır.
Dostluq qrupunun prezidenti deyib: “Braziliyada məlumatlıyıq ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu gərginliyin davam etməsinə və artmasına əsas səbəb olaraq qalır və regionda sülhə, sabitliyə təhlükə yaradır.
Vurğulamaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğal edilməsi pislənilib, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib. Bu qətnamələr ən qısa zamanda icra olunmalıdır”.
Bundan başqa, aprelin 4-də Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Rodriqo Maya və Rio-de-Janeyro Şəhər Şurasının xarici əlaqələr komissiyasının sədri Sezar Maya Ermənistan tərəfindən atəşkəsin pozulması ilə əlaqədar birgə bəyanatla çıxış ediblər.
Bəyanatda deyilir: “Təmas xəttində Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş son təxribatları qınayırıq. Biz hamımız bilirik ki, Azərbaycan erməni təcavüzünün qurbanıdır. İyirmi ildən çoxdur ki, Azərbaycanın 20 faizdən artıq ərazisi Ermənistanın işğalı altındadır və bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Təəssüflər olsun ki, Ermənistan 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən və həmin dövrdə Braziliyanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olduğu zaman dəstəklədiyi 4 qətnamənin icrasına məhəl qoymur. ATƏT-in Minsk qrupu daxil olmaqla, beynəlxalq ictimaiyyət öz səylərini səfərbər edərək Ermənistana həmin qətnamələri icra etməsi üçün təzyiq göstərməlidir.
Baş verənlərlə əlaqədar olaraq, Azərbaycanın haqlı mövqeyinə tam həmrəyliyimizi ifadə edirik”.
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

