Stokholmda Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətindən danışılıb
13.04.2016 [10:00]
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçə səfəri çərçivəsində Stokholmda fəaliyyət göstərən Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunda keçirilən görüşdə Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətindən danışıb.
Tədbirdə institutun direktoru Svante Kornel, İsveç parlamentinin keçmiş üzvü, ATƏT-in Parlament Assambleyasının sabiq prezidenti Qoran Lenmarker, Stokholm Türkiyə Araşdırmaları İnstitutunun rəhbəri Paul Levin, habelə İsveçin Müdafiə Tədqiqatları Mərkəzi, İsveç İnkişafa Yardım Agentliyi, Malmö Universiteti və İsveç Beynəlxalq Liberal Mərkəzinin təmsilçiləri iştirak ediblər.
Xalqımızın müstəqillik uğrunda apardığı mübarizədən, Azərbaycanın keçdiyi tarixi yoldan və bugünkü iqtisadi inkişafından söhbət açan Mübariz Qurbanlı, həmçinin ölkəmizdə uğurla aparılan multikulturalizm və tolerantlıq siyasətindən bəhs edib.
Aprel ayının 2-dən başlayaraq Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən toqquşmalara diqqəti yönəldən komitə sədri əslində bu hadisələrin Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu bildirib. O, münaqişənin tarixinə nəzər salaraq qeyd edib ki, Sovet İttifaqının dağılmağa başladığı dövrlərdə, yəni 1988-ci ildən başlayaraq Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində əzəldən bu ölkədə yaşayan 250 mindən artıq azərbaycanlı öz dədə-baba yurdlarından didərgin salınıb. Sonra isə Ermənistan hərbi birləşmələri müstəqil Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu zəbt edib. Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə 1 milyondan artıq azərbaycanlı öz ev-eşiyini itirib. Hazırda həmin ərazilərdə Azərbaycana məxsus bütün mədəni abidələr, eləcə də təbii sərvətlər ermənilər tərəfindən amansızcasına talan edilir.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında münaqişə ilə bağlı 4 qətnamənin qəbul olunduğunu və bu qətnamələrin hər birində erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalarının tələb edildiyini xatırladan Mübariz Qurbanlı deyib ki, Ermənistan bu qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini bu gün də davam etdirir.
Azərbaycanın münaqişəni sülh və danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə çalışdığını vurğulayan komitə sədri Ermənistan dövlətinin destruktiv mövqe tutduğunu, bunun nəticəsi olaraq münaqişənin bütün regionun inkişafına mənfi təsir etdiyini bildirib.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində ölkəmizin böyük iqtisadi və siyasi nailiyyətlərə imza atdığı, Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd edilib. Eyni zamanda, Azərbaycanda tarixən formalaşmış dini tolerantlıq və mədəniyyətlərarası dialoqun bu gün Prezident İlham Əliyev tərəfindən dövlət siyasətinə çevrildiyi və bunun bariz nümunəsi olaraq 2016-ci ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyi də tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mübariz Qurbanlı Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması, hökumətin həyata keçirdiyi din siyasəti və rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı tədbir iştirakçılarının çoxsaylı suallarını da cavablandırıb.
Tədbirin sonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımından, ölkəmizdə dini tolerantlıqdan bəhs edən kitablar İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutuna hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxSosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48

