ƏSASI ULU ÖNDƏR HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN QOYULMUŞ DÖVLƏT-DİN MÜNASİBƏTLƏRİ
22.04.2016 [10:09]
Əsrlər boyu Azərbaycan müxtəlif dinlərin təmsilçilərinin qarşılıqlı anlaşma şəraitində birgə yaşadığı, fəaliyyət göstərdiyi bir məkan olmuşdur. Zərdüştilikdən başlayaraq islamadək bir çox dinlər Azərbaycanda yayılmış və inkişaf etmişdir. Azərbaycanda belə müxtəlif dinlərin mövcudluğunun əsas səbəbi ölkəmizin yerləşdiyi coğrafi, siyasi və iqtisadi mövqeyi ilə sıx bağlı olmuşdur. Belə ki, Azərbaycanın Böyük İpək Yolunun üzərində yerləşməsi, onun Avropa ilə Asiya arasında körpü rolunu oynaması ölkəmizdə fərqli mədəniyyətlərin, sivilizasiyaların və dinlərin meydana gəlməsinə şərait yaratmışdır. Müxtəlif zamanlarda bu ərazilərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq və İslam kimi səmavi dinlər yayılmışdır. Qürurverici haldır ki, qeyd etdiyimiz bu dinlərin nümayəndələri bir-biri ilə qarşılıqlı hörmət, anlaşma və dözümlülük prinsipi əsasında fəaliyyət göstərmişlər. Bütün bu dini-etnik rəngarəngliyin mövcudluğuna baxmayaraq, Azərbaycanda milli, irqi və dini zəmində heç bir ayrı-seçkilik baş verməmiş, milli-etnik müstəvidə qarşıdurma yaşanmamış və hətta düşünülənin tam əksi olaraq, bu dinlərarası müxtəliflik xalqımızın zəngin kökə söykənən tolerantlıq və dözümlülük ənənələrinin formalaşmasında müstəsna rol oynamışdır. Tarixin ayrı-ayrı dövrlərində dini ayrı-seçkilikdən əziyyət çəkən müxtəlif dinlərin nümayəndələri ölkəmizi sanki bir sığınacaq yeri kimi görmüşlər. Çünki Azərbaycanda mövcud olan tolerant mühit xalqımızın daxilindən, onun qonaqpərvərliyindən və humanistliyindən irəli gələn bir prosesdir. Bu da Azərbaycan xalqının yaratdığı, qoruduğu və indiki nəsillərə çatdırdığı ən böyük sərvətlərindən biridir.
Ölkəmiz 70 il sovet hakimiyyəti əsarətində qalmış və bu dönəmdə bir çox sahələrdə olduğu kimi din sahəsində də vəziyyət tamamilə kökündən dəyişmişdir. Xalqımız milli kimliyindən uzaqlaşdırılır, ibadət evlərinə insanların gedişi, dini ayinlərin icrası qadağan olunurdu. Sovet hakimiyyəti dövründə ateizm təbliğ edilir, insanların düşüncəsində dəyişiklik edilərək, materialist dünyagörüşünə əsaslanan bir siyasət yürüdülürdü. Buna baxmayaraq, Azərbaycan xalqının milli əzmi və öz soy-kökünə bağlılığı sarsılmadı.
Müstəqillik qazandıqdan sonra bu sahədə vəziyyət yaxşılığa doğru getsə də, bir çox problemlər hələ də qalmaqda idi. Bir tərəfdən də, erməni işğalçılarının təcavüzü nəticəsində torpaqlarımızın zəbt olunması və bunun nəticəsində bir milyonluq qaçqın və məcburi köçkün ordusunun yaranması ilə meydana gələn sosial narazılıqlar fonunda durum daha da kəskinləşirdi. O zaman hökumət tərəfindən 1992-ci ildə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi də bu sahədə dövlət nəzarətini tam həyata keçirə bilmədi. Bunu fürsət bilən bəzi missioner təşkilatlar qanundan və orada olan boşluqlardan istifadə edərək, milli təhlükəsizliyimizə ciddi təhdid yaradacaq dini cərəyanları və destruktiv sektaları yaymaqda idilər.
Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra isə Azərbaycanda bütün sahələrdə olduğu kimi dini istiqamətdə də dirçəlmə və irəliləyişlər ilk günlərdən ciddi şəkildə özünü büruzə verdi. Dini sahədəki gərginliyin azaldılması, vəziyyətin normallaşması, radikal qruplaşmaların fəaliyyətinin qarşısının alınması və dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində önəmli tədbirlər həyata keçirilərək, ölkədəki ictimai-siyasi həyatın bütün sahələrinin demokratikləşməsi prosesinə start verildi. İlk dəfə olaraq Azərbaycan xalqı öz dini və milli bayramlarını heç bir maneə olmadan sərbəst şəkildə qeyd etməyə başladı. Zəvvarlar rahat şəkildə öz dini ehtiyaclarını ödəmək üçün müqəddəs torpaqlara - Kəbə, Kərbəla, Məşhəd və digər ibadət yerlərinə getməyə başladılar. Ulu öndərin 1994-cü ilin iyul ayında müqəddəs Məkkə və Mədinəyə ümrə ziyarəti də Onun öz dininə və milli-mənəvi dəyərlərinə necə bağlı bir şəxsiyyət olduğunu göstərirdi. Həmin ziyarət zamanı Ulu öndər müsəlman ölkələrinin yüksək səviyyəli din və dövlət xadimləri ilə görüşlər keçirmişdir. Bütün bu tədbirlər Ulu öndərin uzaqgörən və ağıllı siyasətinin nəticəsi idi. Qısa bir müddətdə Qafqaz Müsəlmanları İdarəsinin nüfuzu yüksəldilərək fəaliyyəti xeyli genişləndirildi və 1997-ci ildə Qafqaz Müsəlmanları İdarəsi nəzdində Elmi-Dini şura yaradıldı. Qurumun müsəlman ölkələri və beynəlxalq dini təşkilatlarla əlaqələri gücləndirildi, bu istiqamətdə isə yeni bir siyasi xətt müəyyənləşdirildi. Ölkəmiz qısa zamanda bir çox beynəlxalq müsəlman təşkilatlarının üzvü seçilərək, beynəlxalq səviyyəli simpoziumların və konfransların keçirilməsinə ev sahibliyi etdi. Bütün bunlarla yanaşı, ölkəmizdəki ibadət evlərinin tikintisi, təmiri və bərpası da dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə həyata keçirilməyə başladı. Əlbəttə ki, bütün bunlar Ulu öndərin xalqa olan diqqətinin və milli mənəviyyata olan hörmətinin təzahürü idi.
Ulu öndər bütün ömrü boyu azərbaycanlı və müsəlman olması ilə fəxr edirdi və bunu həmişə ən yüksək tribunalardan səsləndirirdi. O, dinimiz haqqında demişdir ki, “İslam dini bizim doğma dinimizdir və xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri bizim sərvətimizdir. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da daima yaşayacaqdır. Müasirlik və dini-mənəvi dəyərlər bir-biri ilə sıx bağlanmalıdır və bu dəyərlərdən biz müasir həyatımızın daha da genişlənməsi və inkişafı üçün istifadə etməliyik”.
Ölkəmizdəki müxtəlif dinlərə ibadət edən vətəndaşların inanclarına hörmətlə yanaşılması, onların vicdan və etiqad azadlığının təmin olunması üçün bütün qanunvericilik aktları beynəlxalq hüquq normalarına uyğunlaşdırıldı. 1995-ci ildə qəbul edilən respublikamızın Konstitusiyasına vicdan və dini etiqad azadlığını təmin edən, dövlət-din münasibətlərini tənzimləyən müddəalar daxil edildi. Dövlət quruculuğunun dünyəvi mahiyyət daşıması, dinin dövlətdən ayrı olması, bütün dinlərin qanun qarşısında bərabər sayılması, insan ləyaqətini alçaldan, insanpərvərlik prinsiplərinə zidd dinlərin yayılmasının və təbliğinin qanunla qadağan olunması bu sənəddə öz əksini tapdı.
Ulu öndərin dövlət-din münasibətləri sahəsində ən önəmli fəaliyyətlərindən biri də sözsüz ki, 2001-ci il 21 iyun tarixində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini yaratması olmuşdur. Komitə yaradıldıqdan sonra bu istiqamətdə yeni bir mərhələyə qədəm qoyuldu. Belə ki, Komitə öz fəaliyyətini Ulu öndərin azərbaycançılıq konsepsiyasına uyğun həyata keçirməyə başladı. Dini sahədəki qanunvericilik aktlarının tələblərinə riayət olunması, dini icmaların qeydiyyata alınması, qeydiyyatının ləğvi, dini qurumların və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi kimi mühüm səlahiyyətlər bu quruma tapşırıldı. Hazırda Komitə tərəfindən xüsusən də son bir il ərzində çox böyük işlərə imza atılır. Belə ki, dini maarifləndirmə sahəsində işlərin aparılması, dini icmalarla sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların bir çox sosialyönümlü layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik, dövlətçilik hisslərinin aşılanması, qədim tarixə malik tolerantlıq və dözümlülük ənənələrinin qorunub saxlanılması istiqamətində ölkənin bütün regionlarında kompleks tədbirlər həyata keçirilir.
Əsası Ulu öndər tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsinə əsaslanan bu siyasət Onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünya dövlətləri tərəfindən də çox yüksək qiymətləndirilən dini dözümlülük və tolerantlıq Azərbaycanda dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Azərbaycançılıq ideologiyasına əsaslanan və milliliklə beynəlmiləlçiliyi bir vəhdət halında birləşdirən Prezident İlham Əliyevin xalqın milli dəyərlərinə münasibəti Onun əməli fəaliyyətində də açıq görünür. Azərbaycan xalqı öz rəhbərinin milli dəyərlərə diqqət və qayğısını yüksək qiymətləndirir. Ölkəmizdə məscidlər, kilsələr, sinaqoqlar və digər ibadət evləri ardıcıl olaraq təmir-bərpa edilib insanların istifadəsinə verilir.
Dini icmaların xarici qüvvələrin təsir dairəsinə düşməsinin qarşısının alınması, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliğinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən 27 noyabr 2014-cü ildə dini icmalara dövlət tərəfindən maliyyə yardımını nəzərdə tutan Sərəncam imzalandı. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarəti ilə bu maliyyə yardımı səmərəli və mərhələli şəkildə xüsusi layihələr çərçivəsində dini icmalara paylanılır.
Demokratik, milli-mənəvi və hüquqi dəyərlərə söykənən din siyasəti nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, etnik-milli dözümlülük və tolerantlıq mühiti formalaşmışdır. Əsrlər boyu olduğu kimi, bu gün də ölkəmizdəki müxtəlif xalqların və etnik azlıqların nümayəndələri əmin-amanlıq şəraitində yüksək hörmət və etimadla mənəvi-əxlaqi dəyərlərə söykənən bir mühitdə vahid şəkildə birgə yaşayırlar. Azərbaycanda müxtəlif din nümayəndələrinin qayğısına qalmaq, dini dözümlülük və tolerantlıq ənənələrinin qorunması, radikallıq meyillərinin qarşısının alınması hökumətin din siyasətinin prioritetini təşkil edir. Əminliklə demək olar ki, dünyanın heç bir yerində olmadığı qədər Azərbaycanda dini dözümlülük və tolerantlıq mühiti tam qorunub saxlanılır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də Prezidentimiz tərəfindən yüksək səviyyədə davam etdirilən dövlət-din münasibətlərindəki Azərbaycan təcrübəsi dünyanın müxtəlif ölkələrində də öyrənilir.
ELDƏNİZ ZEYNALOV
Nizami rayon İcra Hakimiyyətinin məsləhətçisi
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

