Azərbaycan Yaponiya üçün vacib ölkədir
06.05.2016 [10:19]
Kazunori Tanaka: Mən partiyalarımız arasında münasibətlərin çox işıqlı olacağını düşünürəm
Məlum oluduğu kimi, Yeni Azərbaycan Partiyasının (YAP) dəvəti ilə Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) nümayəndə heyəti ölkəmizdə səfərdədir. Nümayəndə heyətinə Yaponiya Liberal Demokrat Partiyasının Beynəlxalq əlaqələr bürosunun Baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanaka, Liberal Demokrat Partiyasının Beynəlxalq əlaqələr bürosunun fəaliyyətdə olan Baş direktoru, Nümayəndələr Palatasının üzvü Daişiro Yamagiva, Liberal Demokrat Partiyasının İnformasiya Bürosunun Baş direktor müavini, Nümayəndələr Palatasının üzvü Yasumasa Naqasaka daxildir. Dünən jurnalistlərə müsahibəsində nümayəndə heyətinin rəhbəri Liberal Demokrat Partiyasının Beynəlxalq əlaqələr bürosunun Baş direktoru, Nümayəndələr Palatasının üzvü Kazunori Tanaka öncə Azərbaycana səfərlərinin məqsədi barədə məlumat verib:
- Azərbaycan Yaponiya üçün çox vacib ölkədir. Biz Azərbaycanı Yaponiyaya çox yaxın bir ölkə hesab edirik. Bilirsiniz ki, bu ilin fevral ayında YAP-ın nümayəndə heyəti Yaponiyaya səfər etmişdi. Səfər zamanı LDP-nin üzvləri də Azərbaycana dəvət olundu. Biz də bu fürsətdən istifadə edərək qərara gəldik ki, Azərbaycana səfər edək. Qeyd edim ki, səfərimizdən çox məmnunam. Çünki bu səfər Azərbaycanın sürətli inkişafını canlı görmək üçün bir fürsət oldu.
“hər iki iqtidar partiyasının münasibətlərinin çiçəklənməsi Azərbaycanla Yaponiya arasında əlaqələrin daha da yaxşılaşmasına gətirib çıxaracaq”
- Azərbaycana YAP-ın dəvəti ilə səfərə gəldiyinizi qeyd etdiniz. Artıq YAP rəhbərliyi ilə görüş keçirmisiniz. Ümumiyyətlə, hər iki ölkənin iqtidar partiyaları arasında əməkdaşlığın perspektivlərini necə görürsünüz?
- Mən partiyalarımız arasında münasibətlərin çox parlaq olacağını düşünürəm. Bildirmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası tərəfindən də münasibətləri inkişaf etdirmək üçün güclü əzm var. Əminəm ki, bundan sonra da partiyalarımız arasında münasibətlər inkişaf edəcək, çiçəklənəcək. Eyni zamanda, hər iki iqtidar partiyasının münasibətlərinin çiçəklənməsi Azərbaycanla Yaponiya arasında əlaqələrin daha da yaxşılaşmasına gətirib çıxaracaq. Bu məsuliyyət partiya üzvləri olaraq bizim çiyinlərimizdədir.
- Bu gün Azərbaycan sərmayə yatırımları, qlobal layihələr həyata keçirmək üçün münbit ölkədir. Məlumdur ki, Yaponiya hökuməti ölkəmizdə bir sıra layihələr reallaşdırır. Bunu necə dəyərləndirirsiniz?
- Yaponiyanın indiyə qədər Azərbaycanla neft və energetika sahəsində əməkdaşlığı daha dərin idi. Bundan sonra isə ümid edirəm ki, xüsusilə, İKT, elm və digər sahələrdə əməkdaşlığımız daha da dərinləşəcək. Eyni zamanda, sənaye sahəsində münasibətlərin inkişaf edəcəyinə də ümid edirəm. Həm də özəl şirkətlər üçün Azərbaycan çox cəlbedici ölkədir və mən ümid edirəm ki, münasibətlərimiz gələcəkdə bu məcrada inkişaf edəcək.
“Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir”
- Cənab Tanaka, bildiyimiz kimi, Azərbaycanla Yaponiya arasında bir çox sahələrdə əməkdaşlıq mövcuddur. Bəs parlamentlər arasında əlaqələrin səviyyəsi haqqında nə deyə bilərsiniz?
- Bildiyiniz kimi, LDP Yaponiyanın iqtidar partiyasıdır və onun üzvləri olan deputatlar hökumətin əsas hissəsini təşkil edir. Yaponiyada ikipalatalı parlament sistemi mövcuddur və biz deputatlar ölkənin baş nazirini təyin edirik. Ona görə də bizim üzərimizdə çox böyük məsuliyyət var. Mən ümid edirəm ki, bundan sonra da Azərbaycanın iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası ilə münasibətlərimiz daha da dərinləşəcək. Eyni zamanda, parlamentlərimiz arasında münasibətlərimizin daha da dərinləşəcəyinə ümid edirəm. Və bu münasibətlərin dərinləşməsi məsuliyyəti bizim üzərimizə düşür. Çox istərdik ki, bundan sonra hər iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərləri daha da intensivləşsin.
Onu da bildirmək istəyirəm ki, Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir. Çox istərdik ki, bir-birimizə çox etibar edə biləcəyimiz münasibətlər quraq. Həm də Azərbaycanın coğrafi mövqeyi də çox vacibdir.
Bir neçə il əvvəl o zaman Yaponiyanın xarici işlər naziri olan cənab Komura Azərbaycana səfər etmişdi. İndisə o, LDP-nin üzvü olaraq deputatdır və Yaponiya hökumətində ikinci şəxs hesab olunur. Eyni zamanda, Baş nazirin müavini cənab Taro Aso Azərbaycanda səfərdə olub. Yəni yüksək vəzifəli məmurların Azərbaycana səfəri Yaponiyanın bu ölkəyə nə dərəcədə önəm verdiyini göstərir. Ümid edirəm ki, çox yaxın müddətdə Yaponiyanın Baş naziri cənab Şinzo Abe də Azərbaycana səfər edəcək.
“Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Cənubi Qafqaz regionunda sülhü təmin edən addım olacaq”
- BMT Təhlükəsizlik Şurası tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul olunub. Amma Ermənistan tərəfindən bu qətnamələr yerinə yetirilmir. Münaqişənin həlli ilə bağlı Yaponiyanın mövqeyi necədir?
- Qeyd etmək istəyirəm ki, aprelin 5-də atəşkəs haqqında qəbul olunmuş qərarı Yaponiya hökuməti olaraq alqışlayırıq. Hesab edirik ki, münaqişə tərəfləri bu atəşkəsi qorumalıdırlar. Çünki Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Cənubi Qafqaz regionunda sülhü təmin edən addım olacaq. Yaponiyanın iqtidar partiyası olaraq bunun reallaşması üçün əlimizdən gələni etməyə hazırıq. Həmçinin münaqişə zamanı dünyasını dəyişmiş insanlara rəhmət diləyirəm. Ümid edirəm ki, münaqişənin həlli çox uzanmayacaq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

