/ / Fəaliyyət göstərdiyi bir il ərzində Prezident yanında Apellyasiya Şurasına 907 müraciət daxil olub
Fəaliyyət göstərdiyi bir il ərzində Prezident yanında Apellyasiya Şurasına 907 müraciət daxil olub
07.02.2017 [10:01]
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuraları dövlətimizin başçısı İlham Əliyevin 2016-cı il 3 fevral tarixli fərmanlarına əsasən yaradılıb. Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə təşkil edilən bu şuraların fəaliyyəti ölkəmizdə aparılan genişmiqyaslı iqtisadi islahatların tərkib hissəsi olmaqla, sahibkarlığın inkişafına hərtərəfli dəstək vermək, iş adamlarının hüquqlarını etibarlı şəkildə qorumaq, problemlərini operativ həll etmək, şikayətlərinə baxılması mexanizmini təkmilləşdirmək, çoxpilləliliyi, aşkarlığı, şəffaflığı təmin etməklə, obyektiv və ədalətli qərarların qəbul edilməsinə nail olmaq məqsədi daşıyıb.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri Eldar Nuriyevin Apellyasiya şuralarının 2016-cı ildə gördüyü işlərə dair hesabatında qeyd olunub.
Hesabatda bildirilir ki, fəaliyyət göstərdiyi bir il ərzində Prezident yanında Apellyasiya Şurasına hüquqi və fiziki şəxslərdən 907 müraciət daxil olub. Onlardan 572 şikayət şuraların səlahiyyətinə aid olmadığından, sosial məsələlərlə, digər mübahisələrin həlli ilə bağlı olduğundan şikayətlərə baxılması qaydası müraciət müəlliflərinə izah edilməklə araşdırılıb tədbir görülməsi üçün aidiyyəti orqanlara göndərilib.
Apellyasiya şuralarına bu qurumların səlahiyyətinə aid 335 müraciət daxil olub. Onlardan 41 şikayət şuraların fəaliyyəti və təşkilati məsələlərin həlli ilə əlaqədar təkliflər barədə olub. 263 şikayət isə prosedur qaydalara əməl edilmədən birbaşa yuxarı apellyasiya instansiyasına verildiyindən qanunvericiliyin tələbinə uyğun olaraq baxılması üçün icra hakimiyyətlərinə, onların Apellyasiya şuralarına göndərilib.
Şuraların səlahiyyətlərinə aid olan müraciətlər əsasən torpaq sahələri, tikinti işlərinin aparılması ilə bağlı mübahisələr, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı, özəlləşdirmə, xidmətlərin göstərilməsi və digər məsələlərlə əlaqədar olub.
Müsbət haldır ki, icra hakimiyyətlərinə, onların Apellyasiya şuralarına göndərilmiş 263 şikayətdən 232-si yerlərdə obyektiv həllini tapdığından sahibkarlar tərəfindən təkrar şikayətlər verilməyib. Şuraların qərarları ilə razılaşmayan 31 sahibkar isə Prezident yanında Apellyasiya Şurasına təkrar müraciət edib. Onlardan 26 şikayətə Prezident yanında Apellyasiya Şurasında baxılıb. Nəticədə 20 qərar ləğv edilib, 6 qərar qüvvəsində saxlanılıb, 5 şikayət isə baxışa hazırlıq mərhələsindədir. Ləğv edilmiş 20 qərardan 7-si qanunun tələbinə uyğunlaşdırılıb, 13 şikayət tam, hərtərəfli, obyektiv araşdırılması, qanuni qərar qəbul edilməsi üçün yazılı göstərişlə Apellyasiya şuralarına qaytarılıb.
Xüsusi qeyd edilməlidir ki, dövlətimizin başçısının sahibkarların problemlərinin həllinə qayğı ilə yanaşılması, şikayətlərinə dərhal reaksiya verilməsi, obyektiv araşdırma aparılması barədə tələblərinin yerinə yetirilməsi şikayətlərin dinamikasına müsbət təsir göstərib. Qeyd edilən amillərin rəhbər tutulması bu təsisatın sahibkarlıq sahəsində yaranan maneələrin qarşısının alınmasında çevik, təsirli mexanizmə çevrilməsinə, iş adamlarının hüquqlarının müdafiəsinə, müsbət göstəricilərin əldə olunmasına, qanun pozuntularının sayının kəskin azalmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, fəaliyyət göstərdiyi ilk altı ay ərzində Prezident yanında Apellyasiya Şurasına 679 şikayət daxil olduğu halda, sonrakı altı ayda onların sayında ciddi azalma müşahidə edilib, üç dəfə az - 228 şikayət qeydə alınıb. Bu hallar, görülən digər tədbirlər daha çox profilaktik əhəmiyyət kəsb edib, aidiyyəti qurumlara daxil olan şikayətlərin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub. Nəticədə il ərzində mərkəzi icra hakimiyyətlərinin Apellyasiya şuralarının 50 faizinə, yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının isə 58 faizinə ümumiyyətlə şikayət verilməyib.
Hesabat dövründə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına 519 şikayət daxil olub. Şuraların səlahiyyətinə aid olmayan 342 şikayətə baxılmasından imtina edilib, 144 şikayət araşdırılması üçün icraata götürülüb. Eyni zamanda, 33 şikayət əsaslı olduğundan şuraların iclasına çıxarılanadək təmin edilib. İcraata götürülmüş şikayətlərin 55,5 faizi təmin edilib, 36,8 faizi təmin edilməyib, 3,5 faizi üzrə yeni qərarlar qəbul olunub, 4,2 faizi hazırda baxılma mərhələsindədir.
Təcrübə göstərir ki, şikayətlərin bir qismi sahibkarların əsassız tələblər irəli sürməsi, qanunsuz imtiyazlar, əlavə mənfəət əldə etməsi səbəbindən yaranıb. Bununla belə, şikayətlərin digər qismi onların icra orqanlarında tam, hərtərəfli araşdırılmaması, maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi, əsassız qərarların qəbul olunması nəticəsində yaranıb.
Qanunvericiliyin tələblərini pozmuş, şikayətlərin həllində nöqsanlara yol vermiş, səthi araşdırma aparmış 16 əməkdaş intizam məsuliyyətinə cəlb edilib.
Ötən dövrdə onlarla iş adamından Apellyasiya şuralarına müraciətlər daxil olub. Həmin şəxslər sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıya, sahibkarların hüquqlarının və qanuni mənafelərinin tutarlı müdafiəsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Apellyasiya şuraları ölkəmizdə sahibkarlığın inkişafına mane olan halların aradan qaldırılması, iş adamlarının problemlərinin operativ və obyektiv həll olunması sahəsində fəaliyyətlərini bundan sonra da davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

