Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aprel ayından YAP-ın rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinə başlanılacaq

Aprel ayından YAP-ın rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinə başlanılacaq

29.03.2017 [10:02]

“Aprel ayından Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının konfranslarının keçirilməsinə başlanılacaq”.
Bunu “Trend”ə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, konfransların keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşıb, ilk təşkilatların hamısında hesabat-seçki yığıncaqları keçirilib, konfranslara nümayəndələr seçilib.
Yerli təşkilatlara yeni sədrlərin seçilməsi məsələsinə gəlincə isə S.Novruzov bildirib ki, bu, partiyanın nizamnaməsinə uyğun olaraq konfrans nümayəndələrinin səlahiyyətinə aid olan məsələdir: “Ötən konfranslardan indiyə qədər partiyanın sıralarına yeni insanlar daxil olub, hər bir rayon və şəhər təşkilatının sıraları genişlənib, xüsusilə gənclərin və qadınların sayı artıb. Ona görə də əgər təşkilat sədri bugünkü ictimai-siyasi vəziyyətə cavab vermirsə, təşkilat üzvlərini qane etmirsə, təbii ki, burada qərar konfrans nümayəndələrinindir və onlar da öz qərarlarını verəcəklər”.
S.Novruzov bildirib ki, bu il ərzində konfransların yekunlaşdırılması nəzərdə tutulur: “Növbəti il seçki ilidir. Artıq növbəti ildən biz bütün fəaliyyətimizi seçkilər istiqamətində təşkil edəcəyik. Əslində elə konfransların keçirilməsi, partiya sıralarına nəzər yetirilməsi, ilk təşkilatlarla rayon və şəhər təşkilatları arasında əlaqələrin gücləndirilməsi və digər işlər də partiya məsələlərinin tam həll olunması və partiyamızın seçki prosesinə tam hazır olması üçün həyata keçirilir”.

Paylaş:
Baxılıb: 660 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30