/ / 1918-ci ilin mart hadisələri ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi olmuşdur
1918-ci ilin mart hadisələri ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi olmuşdur
29.03.2017 [10:04]
Uzun illər əzəli torpaqlarımıza sahib çıxmaq və burada “böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşayan erməni qəsbkarları Azərbaycan xalqına qarşı XX əsrdə bir neçə dəfə soyqırımlar törədiblər. 1918-ci ilin martında Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və başqa bölgələrdə minlərlə dinc azərbaycanlı əhalinin qətl edilməsinin səbəbi də məhz milli mənsubiyyətinə görə idi.
Tarixi mənbələrdə qeyd olunduğu kimi 1917-ci ildə Rusiyada baş vermiş Oktyabr inqilabının nəticəsində Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakı quberniyasında hakimiyyəti ələ keçirdi. Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin etdi. 1918-ci ildə martın 9-da Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin dəfn mərasimində iştirak etmək üçün Bakıya gələn general Talışınskinin başçılıq etdiyi Azərbaycan alayı hələ paytaxta qədəm basan kimi Bakı Soveti tərəfindən həbs edildi və qarşıdurmanın ilk anları yaşandı.
Həmin vaxt xalqımıza qarşı bu soyqırımını həyata keçirmək üçün təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilmişdi. Bundan başqa, “Qırmızı Qvardiya” adı altında yaradılan 10-12 minlik ordunun da 70 faizindən çoxunu məhz ermənilər təşkil edirdilər. Qabaqcadan hazırlanan plana əsasən, bolşevik-erməni koalisiyası hücuma keçməli, qətllər törətməli idilər. Bununla yanaşı, təpədən-dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürməli, körpələrə və qocalara aman verməməli idilər. Beləliklə, planlaşdırılan bəşəri cinayət həyata keçirildi. Belə ki, qadınlar ən qəddar üsullarla öldürülür, körpələrə işgəncə verilirdi. Həmin dövrə aid arxiv materiallarında qeyd olunur ki, qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilirdi. Məlumatlara görə, mart soyqırımı zamanı təkcə Bakıda 12 mindən çox adam qətlə yetirilmişdi. Lakin həmin vaxt bolşevik-daşnak dəstələrinin vəhşilikləri, xalqımıza qarşı törədilən soyqırımı yalnız Bakı ilə bitməmişdi. Ermənilər Quba, Şamaxı, Kürdəmir, Salyan və Lənkəran qəzalarında soyqırımı davam etdirmişdilər. S.Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı, təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.
Bu məqamda vurğulayaq ki, ermənilərin xalqımıza qarşı iki yüz ildir müəyyən fasilələrlə apardığı soyqırımı siyasəti bu gün də davam edir. Son iki yüz illik tarixin hər bir səhifəsini çevirəndə altında erməni vəhşiliyini, vandalizmini görməmək mümkün deyil. Yuxarıda da vurğulandığı kimi Bu mənfur siyasətin arxasında isə hər zaman Azərbaycanın tarixi torpaqlarının işğalı və bu ərazidə mifik “böyük Ermənistan” dövləti yaratmaq ideyası dayanır. XIX yüzillikdə ermənilərin kütləvi və məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi siyasəti də məhz bu mənfur ideyanın həyata keçirilməsinə hazırlıq prosesi sayıla bilər. 1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən kütləvi qətllər, zorakılıq halları çirkin və məkrli niyyətləri reallaşdırmaq üçün başlanan soyqırımı siyasətinin tərkib hissəsi idi. 1948-53-cü illərdə ermənilərin və onların həyata keçirdiyi siyasət nəticəsində xalqımız növbəti soyqırımına məruz qaldı, bu dəfə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar kütləvi şəkildə öz ata yurdlarından deportasiya edildilər.
Yeri gəlmişkən, ermənilər tərəfindən xalqımıza qarşı törədilən bütün soyqırımılarına hüquqi-siyasi qiymət verilməsində Ümummilli lider Heydər Əliyevin müstəsna rolu olub. Eyni zamanda, 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib və erməni millətçilərinin cinayətkar əməllərinə hüquqi-siyasi qiymət verilib. Əsl tarixi həqiqətləri dünyaya çatdıran bu Fərman xalqımızın keçmişinin obyektiv mənzərəsini yaratmağa xidmət edən, ermənilərin soydaşlarımızın başına gətirdikləri faciələri, soyqırımı faktlarını bütün dünyaya göstərmək baxımından misilsiz bir sənəddir. Özünüdərk, keçmişinə, tarixinə bağlılıq istər dövlətin, istərsə də millətin gələcəyinin formalaşdırılmasında mühüm rola malikdir. Bu baxımdan Ümummilli liderimiz Heydər Əliyev sözügedən Fərmanla Azərbaycan xalqının öz keçmişinə sahib çıxmasına, millətimizə qarşı edilən haqsızlıqlara real qiymət verilməsinə şərait yaratdı.
Ümumiyyətlə, “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bütün xüsusiyyətləri ilə böyük əhəmiyyətə malikdir. Tarixi həqiqətləri özündə əks etdirən sənəddə bildirilir ki, müstəqillik əldə etməklə keçmişin obyektiv mənzərəsini yaratmaq imkanı əldə etmiş xalqımız ona qarşı olan haqsızlıqların, təhrif edilmiş hadisələrin siyasi-hüquqi qiymətini vermək imkanı qazanıb.
Fərman Azərbaycan tarixi üçün həm də ona görə böyük əhəmiyyətə malikdir ki, burada “Böyük Ermənistan” uydurmasının Azərbaycan torpaqlarının işğalına “bəraət qazandırmaq məqsədilə” ortaya atıldığı və ermənilərin tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramların reallaşdırıldığı açıq şəkildə göstərilib. Qeyd etmək lazımdır ki, Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması da həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
Mart qırğınlarının əsl mahiyyəti 1998-ci ildə imzalanan sözügedən Fərmanda belə açıqlanır: “1918-ci ilin martından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir”.
Beləliklə, bu faktlar, o cümlədən adıçəkilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlar ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasətini tam ifşa edir. Ulu öndərimiz Heydər Əliyevin imzaladığı həmin Fərman hazırda mənfur yalandan başqa bir şey olmayan “erməni soyqırımı” mifini də dağıdır. Çünki dinc insanlara qarşı xüsusi amansızlıq göstərənlərin elə ermənilər olduğu bu sənəddə tam şəkildə öz əksini tapır. Məhz bu məqama görə, sözügedən Fərman ermənilərin tarixi saxtalaşdırmaq cəhdinə qarşı ən böyük faktoloji bazadır.
Sənəddə ermənilərin ələ keçirdiyi Azərbaycan torpaqları adbaad göstərilir. Məsələn, ermənilərin 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etməsi faktının qeyd edilməsi bir daha göstərir ki, xalqımız qan yaddaşı olan keçmişini unutmayıb. Bundan başqa, Fərmanda 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası və 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından qovulması faktları da yer alır. Bu isə məhz ermənilərin xalqımıza qarşı apardığı zorakılıq siyasətinin, genosidin tam ifşası deməkdir.
Bəli, Azərbaycan xalqı illərlə, bəlkə də, əsrlərlə haqsızlıqlarla üzləşib. Amma bu gün ölkəmizə, millətimizə, ərazi bütövlüyümüzə qarşı olan bütün hədələri qarşılamağa, onlara layiqli cavab verməyə gücümüz var. Bu gücün əsasında isə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yalnız milli mənafeyə xidmət edən siyasət dayanır. Ulu öndərimizin əsasını qoyduğu siyasi kursu uğurla inkişaf etdirən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinin yayılması, ermənilərin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin ifşası istiqamətində mühüm işlər aparır. Ötən əsrin əvvəllərində xalqımıza qarşı törədilən soyqırımının faktoloji sübutu olan Quba kütləvi məzarlığında yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyev bildirib ki, soyqırımı nəticəsində öldürülən insanlar müxtəlif dinlərin, müxtəlif millətlərin nümayəndələridir. Onların ermənilər üçün bir günahı var idi ki, onlar erməni millətindən deyildilər: “Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir. Ancaq əfsuslar olsun ki, ədalətsizlik bu günə qədər davam edir”.
Bir sözlə, əsası Ulu öndərimiz tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən sistemli, planlı şəkildə davam və inkişaf etdirilən bu siyasi kurs Azərbaycan həqiqətlərinin dünyada tanınmasında mühüm rol oynayır. Məhz Prezidentimizin apardığı uğurlu xarici siyasət kursu dünya erməniliyinin əsl simasının tanınmasına, onların qəddar, terrorçu xislətinin ortaya çıxmasına şərait yaradıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

