Professor David Qoçolidze: Azərbaycan multikulturalizm sahəsində böyük işlər görüb
01.04.2017 [09:22]
Azərbaycan Respublikasının Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev martın 31-də Gürcüstanda Tbilisi Dövlət Universitetinin professor, müəllim və tələbələri ilə görüşüb.
Universitetin müəllimi, Beynəlxalq Psixolinqvistika Cəmiyyətinin sədri, professor David Qoçolidze müasir dünyada baş verən dini, sosial və siyasi cərəyanlar, mövcud problemlər və onların həllində bir sıra konsepsiyaların, o cümlədən multikulturalizmin rolundan danışıb.
Sonra Kamal Abdullayev Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrdən danışıb. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” olduğunu xüsusi qeyd edib.
Dövlət müşaviri bildirib ki, Azərbaycanda əsrlərboyu müxtəlif dinlərin nümayəndələri, fərqli etnik qruplar, xalqlar dostluq və qardaşlıq mühitində yaşayıblar. Multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilib.
Bildirilib ki, hazırda Azərbaycanın bir neçə universitetində multikulturalizm tədris olunur. Dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərində də multikulturalizmin tədrisinə xüsusi diqqət yetirilir. Qonşu Gürcüstanda da bu fənnin tədrisi yeni nəslin dünyaya baxışının formalaşmasında, eləcə də ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafında mühüm rol oynayacaq.
Sonra müəllim və tələbələrin sualları cavablandırılıb.
Kamal Abdullayev jurnalistlərə açıqlamasında Gürcüstan tərəfinin bu konsepsiyaya maraq göstərməsinin çox yaxşı hal olduğunu bildirib. Qeyd edib ki, multikulturalizm təkcə insanların mədəni inkişafında, milli azlıqların problemlərinin həllində deyil, dövlətlərarası əlaqələrin inkişafında, şəffaflığın təmin olunmasında da mühüm rol oynayır.
Dövlət müşaviri deyib: “Bu gün biz 31 Mart- Azərbaycanlıların Soyqırımı Gününü hüznlə qeyd edirik. Belə bir gündə Gürcüstanın ən nüfuzlu ali təhsil ocaqlarının birində multikulturalizmlə bağlı çıxış etmək, Azərbaycanın necə mədəni dəyərlərə malik olduğunu dünyaya çatdırmaq çox vacibdir. İnanıram ki, bunun çox müsbət təsirləri olacaq”.
Professor David Qoçolidze jurnalistlərə müsahibəsində deyib: “Multikulturalizm bütün dünyanı maraqlandıran konsepsiyalardan biridir. Bu gün Azərbaycanda multikulturalizm sahəsində böyük işlər görülür. Düşünürəm ki, bu konsepsiyadan Gürcüstanda da istifadə etməliyik. Biz azərbaycanlı alim və mənim yaxın dostum Kamal Abdullayevə müraciət etdik və Azərbaycan tərəfi müraciətimizə müsbət cavab verdi. İnanıram ki, gürcü və azərbaycanlı tələbələr bu konsepsiyanı öyrənəcək və təbliğ edəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

