/ / Brüssel-Paytaxt Regionu Parlamentinin nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
Brüssel-Paytaxt Regionu Parlamentinin nümayəndələri Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb
05.05.2017 [10:37]
Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mayın 4-də ölkəmizdə səfərdə olan Belçikanın Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkaranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-Belçika münasibətlərindən danışan Əli Həsənov ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasından bu günədək əlaqələrin sürətlə inkişaf etdiyini deyib. Baş nazirin müavini yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafındakı rolundan bəhs edib, əməkdaşlığımızın daha da inkişafı üçün əlverişli imkanların olduğunu vurğulayıb.
Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verərək bildirib ki, münaqişə nəticəsində torpaqlarımızın 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, hələ heç bir nəticə əldə edilməyib. İyirmi beş il keçməsinə baxmayaraq, münaqişənin həllində heç bir irəliləyiş yoxdur. BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi dörd qətnamə hələ də icra edilmir.
Bu gün dünyada mövcud olan qaçqın və məcburi köçkün böhranından danışan Baş nazirin müavini vurğulayıb ki, bütün bu problemlərin kökündə dünyada baş verən ədalətsizliklər dayanır. Dünyada insan hüquqlarından, demokratiyadan danışılır, lakin bu gün İraqda, Əfqanıstanda, Suriyada və digər ölkələrdə minlərlə günahsız insan öldürülür. Bəs onların hüquqlarını kim qorumalıdır?!
Əli Həsənov qonaqlara Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlər, idman yarışları ilə bağlı ətraflı məlumat verib. Azərbaycandakı tolerantlıq, multikulturalizm mühiti barədə danışan komitə sədri qeyd edib ki, ölkəmizdə sinaqoqlar, məscidlər, kilsələr fəaliyyət göstərir. Bu gün Bakıda hətta erməni kilsəsi qorunub saxlanılır.
Avropa Şurası Parlament Assambleyasının Türkiyə ilə bağlı qəbul etdiyi qərara toxunan Əli Həsənov bunun əsassız və ədalətsiz qərar olduğunu bildirib: “Türkiyə bizə qonşu, qardaş dövlətdir. Qardaş ölkədə güclü islahatlar həyata keçirilir. Avropa bu islahatlara dəstək vermək əvəzinə bu cür ədalətsiz qərar qəbul edir. Azərbaycanın bir milyondan çox qaçqın və məcburi köçkün problemi var. Ancaq cəmi 10 milyona yaxın əhalisi olan Azərbaycan özü bu problemləri həll edir. Avropa isə bu gün qaçqın, miqrant probleminin qarşısında acizdir”.
Aprel döyüşlərindən danışan Əli Həsənov deyib ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu gücünü göstərdi. Bir daha sübut etdi ki, istənilən vaxt öz torpaqlarını işğaldan azad etmək qüdrətinə sahibdir.
Emin Özkara dünyadakı ədalətsizliklərdən, ikili standartlardan danışıb, gələcək nəsillərə əsl demokratiyanın, insan haqlarının mahiyyətinin çatdırılmasının vacibliyini vurğulayıb. Bildirib ki, bunun üçün birlikdə çalışmaq və fəaliyyət istiqamətlərini müəyyən etmək vacibdir. Dağlıq Qarabağ münaqişəsi, ermənilərin törətdikləri qətliamlar barədə dünya ictimaiyyətinə dəqiq məlumatlar verilməlidir.
Görüşdə çıxış edən parlamentin üzvləri Bertin Mampaka və Zahida Manzur Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin, xüsusilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən danışıblar. Onlar Azərbaycanın keçdiyi inkişaf yolunu, əldə etdiyi uğurları təqdir edib, bu nailiyyətlərin təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi müvəffəqiyyətli siyasətin dayandığını bildiriblər.
Qonaqlar, həmçinin bu cür səfərlərin, qarşılıqlı fikir mübadilələrinin əhəmiyyətini vurğulayıblar. Onlar Azərbaycan haqqında, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əldə etdikləri məlumatları öz həmkarları ilə bölüşəcəklərini bildiriblər. Vurğulanıb ki, bu, münaqişə ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyət tərəfindən öyrənilməsi baxımından çox yaxşı təşəbbüsdür.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

