Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Böyük Britaniya Lordlar Palatasının üzvü Milli Məclisdə olub

Böyük Britaniya Lordlar Palatasının üzvü Milli Məclisdə olub

05.05.2017 [10:38]

Mayın 4-də Milli Məclisin sədri Oqtay Əsədov IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Böyük Britaniya Lordlar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin müavini Baronessa Zahida Manzur ilə görüşüb.
Oqtay Əsədov deyib ki, Baronessa Zahida Manzurun Azərbaycanın dostu olaraq Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi ölkəmizə səfəri bizim üçün böyük əhəmiyyət kəsb edir.
Milli Məclisin sədri Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın inkişafına mühüm töhfələr verdiyini söyləyib. O, Baronessa Zahida Manzurun Forumda iştirakından məmnunluğunu qeyd edib. Milli Məclisin sədri belə səfərlərin parlamentlərarası əlaqələrin daha da inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb, bu tendensiyanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini qeyd edib.
Azərbaycan xalqının yaxın dostu olduğunu deyən Baronessa Zahida Manzur ölkəmizə səfərindən və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından şad olduğunu söyləyib. O, ölkəmizin Böyük Britaniyadakı səfirliyi ilə yaxından əməkdaşlıq etdiklərini deyib və Böyük Britaniya-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 515 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30