Heydər Əliyev ideyaları Azərbaycanın innovativ inkişafının zəmini kimi
05.05.2017 [10:39]
2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci yubiley sessiyasında bəşəriyyətin XXI əsrdə üzləşdiyi əsas problemlər müzakirə edilib və indiki dönəmdə onların qarşısının alınması üçün təcili tədbirlər müəyyənləşdirilib. İndiki nəsillərin rifahının yüksəldilməsini təmin edən və eyni zamanda gələcək nəsillərin tərəqqisi üçün şərait yaradan davamlı inkişafın XXI əsr və üçüncü minilliyin başlıca prioriteti olması faktı bir daha təsdiqlənib. Eyni zamanda, Nyu-Yorkda BMT-nin təşəbbüsü ilə keçirilən Dünya sammiti də davamlı inkişafı üçüncü minilliyin başlıca prioriteti kimi müəyyənləşdirib və “Davamlı İnkişaf Sammiti” kimi tarixə düşüb. Bu ümumdünya forumlarının nəticəsi olaraq xüsusi sənəd - “Davamlı İnkişaf məqsədləri” qəbul edilib və 2030-cu ilədək yoxsulluq və qeyri-bərabərliyin ləğvi, təbii resurslardan səmərəli istifadə və ətraf mühitin qorunması kimi problemlərin həlli, bunun üçün insan potensialının formalaşdırılması, bilik və texnologiyaların və s. intensiv ötürülməsinə yönəlik 17 məqsəd müəyyən edilib.
2015-2030-cu illər üçün planlaşdırılan hədəflərə nail olmağa müxtəlif ölkələr müxtəlif səviyyədə hazırlıqlıdırlar. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaradıcılıqla inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasət sayəsində “Davamlı İnkişaf məqsədləri”ndə yer alan və 2030-cu ilə kimi dünyada həlli planlaşdırılan bir çox hədəflərə artıq bizim ölkəmizdə müəyyən dərəcədə nail olunmuşdur. Hazırda ölkəmiz bir çox davamlı inkişaf göstəriciləri üzrə bu gün İƏİT-ə (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) daxil olan, “böyük iyirmilik” (G20) və “böyük yeddilik” (G7) qruplarına üzv bir çox dövlətləri geridə qoyub.
Azərbaycan Respublikasının davamlı inkişaf edən cəmiyyət qurulması istiqamətində qazandığı uğurların başlıca faktoru insan potensialının formalaşdırılması və səfərbər edilməsinə elmi yanaşmadır. Ümumiyyətlə, təhsil təşəbbüsləri davamlı inkişaf naminə insan potensialının formalaşdırılmasının həlledici faktorlarıdır. Vaxtilə Ümummilli lider Heydər Əliyev də ölkənin kadr potensialının formalaşdırılması ilə bağlı məsələlərə böyük önəm verib. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə insan potensialının formalaşması sahəsində ardıcıl tədbirlər həyata keçirirdi. Bunun nəticəsi olaraq, bir sıra hallarda Azərbaycan Respublikasında bu istiqamətdə qəbul edilən qərarlar zaman etibarilə qlobal səviyyədə qəbul edilən qərarları qabaqlayıb. Məsələn, BMT və UNESCO-nun birgə qərarı əsasında 2005-2014-cü illər dünyada davamlı inkişaf sahəsində tədris onilliyi elan edilmişdi. Bu barədə sənədi 2005-ci il martın 1-də Nyu-Yorkda BMT Baş katibi Kofi Annan və UNESCO-nun Baş direktoru Koişiro Matsuura imzalamışdı. Ümummilli lider Heydər Əliyevin təsdiqlədiyi təhsil konsepsiyasına görə isə, Azərbaycanda bu prosesə bundan 5 il öncə, 2000-ci ildə start verilmişdi. Sözügedən konsepsiyaya müvafiq olaraq, 2001-ci ildə Azərbaycanda təhsil nazirinin əmri ilə davamlı insan inkişafı fənninin tədrisi orta ümumtəhsil məktəblərinin proqramına daxil edildi, 2003-cü ildə isə bu fənnə dair orta məktəblər üçün dünyada ilk dərs vəsaiti çap olundu. Azərbaycanda bu sahəyə innovativ yanaşma ilə bağlı informasiyanı BMT (Nyu-York) 2005-ci ildə “innovativ ideya və fəaliyyət” adı altında bütün dünyaya yaydı.
Bu ənənə hazırda da ölkəmizdə davam etdirilir. Artıq BMT və Dünya Sammiti davamlı inkişafı qlobal prioritet kimi müəyyənləşdirib. Bundan öncə isə Prezident İlham Əliyevin təşəbbüsü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə (4 iyun 2015-ci il № 213 və 214, 21 avqust № 288) bakalavriatura və magistratura səviyyələrində “davamlı inkişafın idarə edilməsi” ixtisası təsdiq edilib. Eyni zamanda, elmi nomenklaturaya da yeni “davamlı inkişafın idarəedilməsi” sahəsi əlavə edilib, özü də siyasi elmlər üzrə. Bu, Azərbaycan Respublikasının qlobal tendensiyaları qabaqlayan növbəti təşəbbüsüdür. Davamlı inkişafın məqsədi kimi Ekoloji Sivilizasiya Konsepsiyası da ilk dəfə Azərbaycanda təklif edilib və ardıcıl olaraq həyata keçirilir.
2003-cü ildə Prezident İlham Əliyev tərəfindən elan edilən “qara qızılın insan qızılına transformasiyası” konsepsiyası bu məsələlərdən çoxunun həlli üçün əsas rolunu oynamışdır. Formal təhsilin inkişafı, dövlət qulluqçuları və qərarların qəbulu və yerinə yetirilməsinə məsul şəxslərin ixtisaslarının artırılması, iqtisadiyyatın diversifikasiyası və modernləşməsi bu məsələnin reallaşdırılmasına yönəlik elmi cəhətdən əsaslandırılmış strategiyanın tərkib hissələridir. Əldə olunan uğurlar həm də Prezident İlham Əliyevin Dövlət proqramlarının milli inkişaf proqramlarına transformasiyası üçün tətbiq etdiyi unikal idarəçilik texnologiyaları sayəsində mümkün olub. Bu, inkişaf proqramlarında vətəndaş cəmiyyəti və özəl sektorun iştirakının təmin edilməsi yolu ilə davamlı inkişaf proseslərinin sürətləndirilməsinə şərait yaradıb. Vətəndaş cəmiyyətinin davamlı inkişaf edən cəmiyyətin təşkilində iştirakından söz açarkən Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bu prosesdə rolunu xüsusi qeyd etmək lazımdır. Beynəlxalq səviyyədə ölkənin inkişafı üçün əlverişli mühitin formalaşdırılması, effektli təhsil proqramları, əhalinin məlumatlandırılmasının genişləndirilməsi, İDEA hərəkatının ekoloji fəaliyyəti Fondun davamlı inkişaf məqsədləri üçün həyata keçirdiyi proqramın yalnız bir hissəsidir. Bütün bunlar milli və beynəlxalq səviyyələrdə ölkənin innovativ tərəqqisinə və Azərbaycan Respublikasının layiqli imicinin formalaşdırılmasına qiymətsiz töhfədir.
Dinamik davamlı inkişafa yol açan digər bir məqam ölkədə dövlət siyasətinin reallaşdırılması zamanı komplimentarlıq prinsiplərinin geniş tətbiqidir. Milli maraqların qlobal tendensiyalarla dəqiq uzlaşdırılması, ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlıq çərçivəsində ortaqların maraqlarının nəzərə alınması reallaşdırılan layihələrin uğurunu təmin edən önəmli faktorlardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşdirilən bütün layihələr uğurlu qlobal və regional inkişafa yol açır və bütün iştirakçıların maraqlarını təmin edir. Misal olaraq qeyd edə bilərik ki, Gürcüstan, müəyyən mənada Türkiyənin bir çox istiqamətlərdə inkişafında Azərbaycanla müştərək layihələrin də təsiri olub.
Azərbaycanda iqtisadi, siyasi, sosial sahələrdə islahatlar hazırda da davam etdirilir. Artıq qeyd etdiyimiz kimi, BMT, Dünya Bankının dərc etdirdikləri məlumatlara görə, Azərbaycan Respublikası bir çox davamlı inkişaf göstəriciləri üzrə hazırda “böyük iyirmilik” (G20) və “böyük yeddilik” (G7) qruplarına üzv olan bir çox dövlətləri üstələyib. 2017-ci ilin fevral ayında Dünya Bankının rəsmi saytında yerləşdirilən, BMT və digər beynəlxalq qurumların sənədlərinin təhlili də bundan xəbər verir. Belə ki, davamlı inkişafın önəmli indikatoru bir enerji vahidinin istifadəsi hesabına istehsal olunmuş Ümumi Daxili Məhsulun (ölkə iqtisadiyyatında istehsal olunmuş məhsul və xidmətlərin) dəyəridir. Bu sahədə dövlət siyasətinin uğuru və innovativliyi beynəlxalq qurumlar tərəfindən işlənmiş metodika əsasında müxtəlif ölkələrdə 1000 ABŞ dolları dəyərində ÜDM-in, alıcılıq qabiliyyəti pariteti (AQP) nəzərə alınmaqla, istehsalına sərf edilən enerjinin həcminin ölçülməsi ilə müəyyən edilir.
Bu, ondan irəli gəlir ki, eyni həcmdə ÜDM istehsalı üçün daha az enerji sərfi səmərəli iqtisadiyyat üçün çox önəmlidir. Az enerji sərfi həmçinin gələcək nəsillərin maraqları çərçivəsində təbii ehtiyatların səmərəli istifadəsi deməkdir. Bu da özlüyündə davamlı inkişafın vacib şərtidir. Nəhayət, daha az enerji, eyni zamanda, lokal və qlobal ekologiya sahəsində bir sıra məsələlərin həllinə xidmət edir. Belə ki, atmosferə istixana qazlarının atılmasının qarşısının alınması bəşəriyyət üçün aktual problem olan qlobal iqlim dəyişikliklərinə təsirləri azaldır. 2015-ci ilin sonunda Qlobal iqlim dəyişikliklərinə dair Paris Sammiti bu problemin aktuallığını bir daha təsdiqləyib.
İqtisadiyyatın idarəedilməsinin davamlı inkişaf məqsədlərinə uyğunluğunun beynəlxalq səviyyədə müqayisəli qiymətləndirilməsi üçün enerji vahidi kimi bir kiloqram neftdə olan enerji miqdarı götürülür. Enerji müxtəlif mənşəli ola bilər: atom, istilik, hidro, günəş enerjisi və s. Lakin enerji səmərəliliyinin qiymətləndirilməsi zamanı ekvivalent kimi onun bir kiloqram neftdə olan miqdarından istifadə edilir, çünki müəyyən zaman kəsiyində neftin qiyməti bütün dünyada eynidir. Ona görə də sözügedən ekvivalentin tətbiqi nəticəsində müxtəlif ölkələrdə sərfiyyat - məhsul nisbətinin beynəlxalq təhlilini aparmaq mümkün olur. Bir enerji vahidinin istifadəsi nəticəsində istehsal olunmuş ÜDM-in dəyəri, alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla, ABŞ dolları ilə müəyyən edilir. Bu fakt da özlüyündə müxtəlif ölkələrdə davamlı inkişaf proseslərinin planlaşdırılması və idarə edilməsi sahəsində əldə edilmiş nəticələrin müqayisəsinə yol açır.
Beynəlxalq statistikanın təhlilindən aydın olur ki, 2003-cü illə müqayisədə 2014-cü ildə (Dünya Bankının 2017-ci ilin fevral ayında yaydığı ən son məlumatlardır) Azərbaycan Respublikasında innovativ idarəetmə texnologiyalarının tətbiqi nəticəsində ÜDM istehsalı üçün enerji sərfi 2,8 dəfə azalıb. Beynəlxalq təşkilat tərəfindən dərc edilmiş bu məlumat ölkənin uğurlu inkişafından xəbər verir. Dünya Bankının hesabatlarına görə, 2001-ci ildə Azərbaycanda 1000 ABŞ dolları dəyərində ÜDM istehsalına 292,7 vahid enerji sərf edilirdi. Hazırda ölkədə analoji iqtisadi effektin əldə olunması üçün bundan 3,3 dəfə az, yəni 88,8 vahid enerji “xərclənir”. Dünyada müşahidə edilən tendensiyalar ilə müqayisə etdikdə aydın olur ki, 1994-cü ildə davamlı inkişafın vacib göstəricisi olan enerji səmərəliliyi Azərbaycan Respublikasında orta dünya göstəricisindən 2,9 dəfə aşağı idi. Azərbaycanın müstəqilliyinin 25 illiyinin hazırkı mərhələsində bu nisbət dəyişmişdir. Azərbaycanda 1000 ABŞ dolları dəyərində ümumdaxili məhsul istehsal etmək üçün 88,8 vahid enerji sərf edilir və bu, orta dünya göstəricisindən 1,4 dəfə azdır.
Müstəqillik illərində Azərbaycan Respublikasında davamlı inkişaf naminə təbii ehtiyatların idarəedilməsi sahəsində qazanılmış nəticələr postsovet ölkələri, o cümlədən indi Avropa İttifaqına üzv olan keçmiş sovet respublikaları arasında ən yüksək göstəricidir. Dünya Bankının 2017-ci ilin fevral ayında dərc olunan məlumatlarından göründüyü kimi, bu qrupa daxil olan bütün ölkələrdə eyni iqtisadi effektə nail olmaq üçün Azərbaycandakından daha çox enerji sərf edilir. Göstərilən nailiyyət ölkədə dövlət idarəçiliyi sahəsində Prezident cənab İlham Əliyev tərəfindən gerçəkləşdirilən uğurlu siyasətin parlaq təcəssümüdür. Eyni zamanda, bu, Azərbaycan Respublikasının ekoloji təhlükəsizliyin təmin olunması və qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılmasına dair beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşmasından xəbər verir.
ÜDM-in istehsalı üçün enerji sərfinin azaldılması əsasən yeni yüksək texnologiyaların tətbiqi və iqtisadi inkişaf proseslərinin idarəedilməsi sistemlərinin optimallaşdırılması hesabına mümkündür. Davamlı inkişafın bu tələbinin ödənilməsində Azərbaycanın dövlət siyasətinin uğuru həmçinin bu sahədə Xəzəryanı ölkələrdəki durumun müqayisəli təhlili ilə də təsdiqlənir. Təhlil nəticələrindən bəlli olur ki, Dünya Bankının məlumatlarına əsasən, 2001-ci illə müqayisədə Azərbaycan Respublikasında enerji istifadəsi səmərəliliyinin artımı 329 faiz təşkil edib ki, bu, olduqca yüksək göstəricidir. Digər region ölkələrində dəyişikliklər ya çox gözəçarpan deyil, ya da ümumiyyətlə yoxdur. Azərbaycandan sonra ən yüksək göstərici Türkmənistanda qeydə alınıb. Dünya Bankının hesabatlarına əsasən, Türkmənistanda enerji istifadəsi səmərəliliyi göstərilən zaman kəsiyində 169 faiz artıb. Buna baxmayaraq, Azərbaycanda enerji istifadəsi səmərəliliyi region ölkələri ilə müqayisədə bir neçə dəfə yüksəkdir.
Müstəqilliyinin 25 ili dövründə ölkəmizdə dövlət idarəçiliyi sahəsində uğurlu siyasət nəticəsində Azərbaycan Respublikasının uzunmüddətli tərəqqinin əsas şərti olan davamlı inkişafı hədəfləyən nailiyyətləri “böyük yeddilik” dövlətləri ilə müqayisə olunacaq səviyyədədir, bəzi hallarda isə onların göstəricilərindən üstündür. Azərbaycan Respublikasının davamlı inkişaf göstəricilərinin G7 dövlətlərininkilərlə müqayisə və təhlilindən göründüyü kimi, Azərbaycan Respublikasının davamlı inkişafın qeyd olunan indikatoru üzrə göstəriciləri “böyük yeddilik” ölkələrinin orta göstəricisindən 15 faiz, həmçinin ABŞ, Kanada, Fransa və Yaponiya kimi dövlətlərinkindən yüksəkdir.
Ehtimal oluna bilərdi ki, Azərbaycan Respublikasının davamlı inkişaf indikatorlarının bu qədər sürətli artımı ölkə iqtisadiyyatının özəllikləri, əsas etibarilə neft faktorundan qaynaqlanır. Bu halda digər neft və qaz ixrac edən ölkələrdə də analoji tendensiyalar izlənilməliydi. Həm Neft İxrac edən Ölkələr Birliyinə (OPEC) üzv olan, həm də bu təşkilat çərçivəsində fəaliyyət göstərməyən dövlətləri xarakterizə edən göstəricilər deməyə əsas verir ki, Azərbaycan Respublikası davamlı inkişafın sözügedən göstəricisinə görə bu qrupda da liderdir.
Beynəlxalq statistikaya əsasən, 1990-cı ildə Azərbaycan bu göstəriciyə görə Meksika, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela, Qazaxıstandan xeyli geridə qalaraq sonuncu yerlərdən birini tuturdu. Son 10 ildə Azərbaycan Respublikası əhəmiyyətli dərəcədə irəliləyərək bu qrupun liderinə çevrilib. Üç il öncə isə sözügedən qrupun lideri statusuna Ekvador və Norveç yiyələnmişdi. Xüsusi qeyd edilməlidir ki, neft amilinin iqtisadiyyatda payı müqayisə edilən ölkələr arasında fərqlidir. Onların arasında elə ölkələr mövcuddur ki, onlarda neft və qaz amilinin iqtisadiyyatdakı payı Azərbaycan Respublikasından daha yüksəkdir. Belə ölkələrə, məsələn, Küveyt və digərləri aiddirlər. Lakin Azərbaycanda müstəqilliyin bərpa olunduğu dövrdə gerçəkləşdirilən innovativ inkişaf siyasəti ölkəni neft və qaz ixrac edən ölkələr sırasında davamlı inkişaf indikatoruna görə şərtsiz liderə çevirib. Bu isə o deməkdir ki, davamlı inkişaf cəmiyyətinə keçid prosesində ölkəmiz tərəfindən qazanılan mövqelər birbaşa karbohidrogen istehsalı və ixracı ilə bağlı deyil.
Birmənalı şəkildə, Azərbaycan Respublikasının son onillikdə qazandığı nailiyyətlər Prezident cənab İlham Əliyevin tətbiq etdiyi unikal idarəetmə texnologiyalarının nəticəsidir. Dövlət inkişaf proqramlarının milli proqramlara transformasiyası, onların reallaşdırılmasında dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyətinin və özəl sektorun fəal iştirakı bu texnologiyaların vacib elementləridir.
Azərbaycan Respublikasının müstəqilliyinin yeni mərhələsində həyata keçirtdiyi xarici və daxili siyasət əsasən ölkə vətəndaşlarının rifahının yüksəldilməsi və təhlükəsizliyinin təmininə yönəldilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev daim vurğulayır ki, iqtisadi inkişaf məqsəd deyil, sosial problemlərin həlli və təhlükəsizliyin təmin olunması üçün vasitədir. 25 illik tarixi olan müstəqilliyin bərpasının ilk mərhələlərində ölkədə əsas sosial məqsəd kimi yoxsulluğun azaldılması məsələsi gündəmdə idi. Ölkədə uğurla həyata keçirilən siyasətin nəticəsi olaraq yoxsulluq ilə mübarizədə qısa bir zaman kəsiyində yüksək və səmərəli nəticələr əldə edilmisdir. Qeyd etmək lazımdır ki, hazıda da yoxsulluq bəşəriyyət qarşısında duran ən böyük problemlərdən, onun aradan qaldırılması isə ən aktual məsələlərdəndir. Təsadüfi deyil ki, yoxsulluğun ləğvi, kəskin qeyri-bərabərliyin aradan qaldırılması 2030-cu il üçün hədəflənən məqsədlər sırasındadır.
Azərbaycan Respublikasında yoxsulluğun səviyyəsi dünyada müşahidə edilən ən aşağı göstəricilərdəndir.
Beynəlxalq qurumların hesabatlarından bəlli olur ki, çox qısa zamanda Azərbaycan Respublikası yoxsulluğun azaldılması ilə yanaşı, digər sosial problemlərin həllində də xeyli irəliləyişə nail olub. Beynəlxalq standartlara uyğun olaraq, sosial siyasətin uğuru xüsusi indikatorlarla müəyyən edilir. Onların arasında ən çox yayılmışı və geniş tətbiq olunanları ölkənin sosial siyasətini xarakterizə edən Cini göstəricisi və Kvintil gəlir göstəricisidir. Cini göstəricisi gəlirin bölgüsündə bərabərlik dərəcəsini miqdarca qiymətləndirməyə imkan verən statistik göstəricidir və 0-100 arası dəyişir. 0 - tam bərabər, 100 mütləq qeyri-bərabər bölgüdür.
Dünyanın heç bir ölkəsində tam bərabərlik və ya tam qeyri-bərabərlik yoxdur. Bu da tam ədalətlidir. Belə ki, tam bərabərlik motivasiya etmir, qeyri-bərabərlik isə fərdi potensialın təkmilləşdirilməsini mənasızlaşdırır. Bu üzdən də ölkədə Cini göstəricisi nə qədər aşağıdırsa, həyata keçirilən sosial siyasət bir o qədər uğurlu hesab edilir. Cini göstəricisinin Azərbaycan Respublikası və “böyük yeddilik” ölkələrində müqayisəli təhlili ilə bağlı bilgilər bir daha vurğulamağa əsas verir ki, Azərbaycan Respublikasının sosial inkişaf göstəriciləri “böyük yeddilik” qrupunun orta göstəricilərindən və bu quruma üzv Kanada, İtaliya, Böyük Britaniya və ABŞ-dan yüksəkdir.
Azərbaycanın sosial siyasətinin uğurunun daha bir sübutu Kvintil təhlil nəticələridir. Kvintil təhlil əhalinin 20% ən yüksək gəlirli təbəqəsinin orta gəlirləri ilə 20% ən kasıb təbəqəsinin orta gəlirinin nisbəti əsasında aparılır. Göstəricinin aşağı olması beynəlxalq təşkilatlar tərəfindən ölkənin sosial siyasətinin uğuru kimi dəyərləndirilir. Bu gün ölkəmiz Kvintil təhlil göstəricilərinə görə, bir sıra inkişaf etmiş ölkələri, o cümlədən “böyük yeddilik” və Avropa Birliyinə daxil olan dövlətləri üstələyir. Bu məlumatlar Azərbaycan Respublikasında sosial siyasətin prioritet olmasından xəbər verir.
Azərbaycan Respublikası müstəqilliyini 25 il öncə bərpa edib. Ölkə müstəqilliyinin ilk illərini çox ağır durumda keçirib və bu gün də erməni silahlı qüvvələrinin aqressiyası, ərazilərinin 20 faizinin işğalı ilə bağlı olayların təsiri altındadır. Buna baxmayaraq, Azərbaycan Respublikası qısa dönəmdə innovativ davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olub. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın aşkar təsdiqidir. Bütün bu uğurların təməlində isə, heç şübhəsiz, Ulu öndərin ideyaları bərqərar olub.
Urxan Ələkbərov
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət
İdarəçilik Akademiyasının rektoru
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

