Milli Məclis hesabat verdi
08.07.2009 [11:03]
Dünən Milli Məclisin yaz və növbədənkənar sessiyalarının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Mətbuat konfransında Milli Məclisin sədr müavini Bahar Muradova və parlamentin komitə rəhbərləri iştirak ediblər.
öncə parlamentin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov bildirib ki, Milli Məclis Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Məhz bunun nəticəsidir ki, Milli Məclisin başa çatan sessiyaları KİV tərəfindən geniş işıqlandırılıb.
Vitse-spiker Bahar Muradova parlamentin fəaliyyəti haqqında geniş məlumat verib. O, qeyd edib ki, 2009-cu ilin yaz və növbədənkənar sessiyalarında Milli Məclis öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələrək ölkə Konstitusiyası ilə nəzərdə tutulan səlahiyyətləri tam həcmdə yerinə yetirib. Belə ki, parlamentin yaz və növbədənkənar sessiyaları dövründə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan qanun və qərarlar qəbul olunub. Onlardan Konstitusiya islahatları ilə bağlı referendumun keçirilməsini, milli dəyərlərimizi daim təşviq edən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Novruz bayramı münasibəti ilə Amnistiya Aktının qəbul edilməsi haqqında qərarı və geniş ictimaiyyətin çoxdan gözlədiyi “Təhsil haqqında” Qanunun qəbulunu göstərmək olar.
Onun sözlərinə görə, martın 18-də Milli Məclis Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş köklü dəyişiklikləri nəzərə alaraq, insan hüquq və azadlıqlarının daha səmərəli qorunması, demokratiyanın dərinləşməsi, yerli özünüidarənin inkişafı ilə bağlı müddəaların ölkənin Əsas Sənədində əks olunması zərurətini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklər edilməsinə dair Referendum Aktı layihəsini ümumxalq səsverməsinə çıxarıb. Səsvermənin nəticələrinə görə, ölkə vətəndaşları Referendum Aktındakı 29 maddənin hamısına müsbət münasibət bildiriblər.
Vitse-spiker vurğulayıb ki, Milli Məclisin 2009-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə, ümumilikdə parlamentin 17 iclası keçirilib, 99 qanun və qərar qəbul olunub: “Parlamentin yaz sessiyasındakı 14 iclas zamanı 68 qanun və qərar, o cümlədən, bir Konstitusiya qanununa dəyişikliklər və əlavələr, 12 qanun qəbul edilib. Bu dövrdə parlamentdə 14 beynəlxalq müqavilə və konvensiya ratifikasiya olunub, 27 qanuna dəyişikliklər və əlavələr edilib. Bütövlükdə, yaz sessiyasında 14 qərar qəbul olunub. Növbədənkənar sessiya dövründə isə Milli Məclisin 3 iclası keçirilib, 31 qanun və qərar qəbul olunub. Bu müddətdə bir Konstitusiya qanununa dəyişiklik edilib, 14 qanun və 2 qərar qəbul olunub, bir beynəlxalq müqavilə və konvensiya ratifikasiya edilib. Növbədənkənar sessiya dövründə 13 qanuna dəyişikliklər və əlavələr edilib”.
ötən dövrdə parlamentdə ölkənin əsas maliyyə sənədi olan “Azərbaycan Respublikasının 2008-ci il Dövlət büdcəsi haqqında qanunun icrası haqqında” Qanun geniş müzakirələrdən sonra qəbul olunub. Bununla yanaşı, büdcə sisteminin daha da təkmilləşdirilməsi ilə əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Qanun qəbul edilib. Milli Məclisin iclaslarında Nazirlər Kabinetinin 2008-ci ildə fəaliyyəti haqqında hesabatı, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın məruzəsi dinlənilib.
İqtisadi sahənin qanunvericilik bazasının təkmilləşdirilməsi də Milli Məclisin yaz sessiyası dövründə diqqət mərkəzində olub. Bu sahəyə aid bir sıra mühim qanunlar qəbul olunub, hazırda isə yeni qanun layihələri üzərində iş davam etdirilir.
Vitse-spiker qeyd edib ki, növbədənkənar sessiyada qəbul olunmuş ən mühüm qanunlardan biri, uzun illər üzərində iş aparılan “Təhsil haqqında” Qanundur: “Bu məsələnin geniş ictimaiyyətin böyük marağına səbəb olduğunu nəzərə alaraq, sənədin layihəsi üzərində işləyərkən dünyanın aparıcı dövlətlərinin bu sahədəki təcrübəsi öyrənilib, təhsil sahəsində tanınmış mütəxəssislərin, elm adamlarının, pedaqoqların, ekspertlərin, müvafiq dövlət qurumları nümayəndələrinin iştirakı ilə dəfələrlə geniş müzakirələr keçirilib. Sənəddə Azərbaycanda təhsilin dünyəvi və fasiləsiz xarakter daşıması xüsusi vurğulanır. Qanun layihəsi Milli Məclisin növbədənkənar sessiyasında müzakirələrdən sonra üçüncü oxunuşda qəbul olunub”.
Onun sözlərinə görə, beynəlxalq əlaqələrin inkişafı Milli Məclis rəhbərliyinin daim diqqət mərkəzindədir. Belə ki, Milli Məclisin nümayəndə heyətləri bir sıra xarici ölkələrdə rəsmi səfərlərdə olub, beynəlxalq təşkilatların işində yaxından iştirak ediblər. Parlamentlərarası əlaqələrin inkişafında xarici ölkələrin qanunvericilik orqanları ilə dostluq qrupları xüsusi yer tutur. Milli Məclisdə 73 ölkənin qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupları yaradılıb. Bu qrupların qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyəti böyükdür.
B.Muradova qeyd edib ki, ümumiyyətlə, parlamentin yaz və növbədənkənar sessiyaları ərzində daimi komitələrin 84 iclası keçirilib, 159 məsələyə baxılıb. Komitələrdə deputatlar tərəfindən 149 qanun və 4 qərar layihəsi müzakirə edilib.
Yaz və növbədənkənar sessiyalar dövründə Milli Məclisin Aparatına vətəndaşlardan 25666 təklif, ərizə və şikayət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz azdır. Bu dövr ərzində parlamentdə 2781 vətəndaş qəbul edilib ki, bu göstərici də ötən illə müqayisədə 3,5 faiz azdır. Komitə sədrləri tərəfindən 550 nəfər qəbul olunub ki, onlardan da 75 nəfəri qəbula elektron poçt vasitəsi ilə yazılıb.
Vitse-spiker əlavə edib ki, bu dövrdə Milli Məclisin fəaliyyətini 10 televiziya kanalı, 4 radio, 34 qəzet, 15 informasiya agentliyi, ümumiyyətlə, 63 KİV nümayəndəsi işıqlandırıb.
Onun sözlərinə görə, parlamentin növbəti payız sessiyasında digər sənədlərlə yanaşı, Tikinti Məcəlləsinə, “Həbs yerlərində saxlanılan şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında”, “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “Ali təhsil haqqında”, “ümumi orta təhsil haqqında” qanun layihələrinə baxılması da nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxSosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14

