1969-cu ildən Azərbaycanın bütün sahələrində sürətli inkişaf və yüksəliş dövrü başlanıb
15.07.2009 [10:11]
İcra Hakimiyyətinin başçısı Mehbalı Əliyev çıxışında deyib ki, müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən parlaq səhifəsi məhz Heydər Əliyev tərəfindən yazılıb. Heydər Əliyev hakimiyyətə gəlişi ilə həm yeni dövlət qurub, həm də bu dövlətin ideoloqu, nəzəriyyəçisi, yolgöstərəni olub.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çıxışında bildirib ki, 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mənəvi tənəzzül dövrünü yaşayırdı. 1969-cu ildə Heydər Əliyevin respublikanın siyası rəhbəri seçilməsi ilə cəmiyyətin həyatının bütün sahələrində sürətli inkişaf və yüksəliş dövrü başlanıb. 1970-1982-ci illərdə Azərbaycanda 200-dən çox yeni müəssisə tikilib, neftayırma və neft maşınqayırması müəssisələri tamamilə yenidən qurulub. İri elektron, elektrotexnika, radiotexnika və cihazqayırma sənayesi zavodları inşa edilib, həmin illərdə Azərbaycanda sənaye istehsalı 2 dəfədən çox artıb.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin ən böyük nailiyyətlərindən biri də yüksək ixtisaslı kadrların hazırlanması ilə əlaqədar görülmüş uzaqgörən tədbirlər idi. YAP İcra katibinin müavini, deputat Siyavuş Novruzov çıxışında bu məsələdən ətraflı danışaraq deyib ki, məhz Heydər Əliyev Azərbaycanın gələcəyini düşünərək, azərbaycanlı gəncləri mükəmməl təhsil almaq üçün keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərinə göndərib. C.Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbin açılması isə gələcəkdə ordu quruculuğunda mühüm rol oynayıb.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da ümummilli liderlə bağlı xatirələrindən danışıb. O deyib ki, məhz Heydər Əliyevin gərgin əməyi, zəngin dövlətçilik təcrübəsi nəticəsində milli mənəvi dəyərlərin qorunub saxlanılmasına və ana dilinin inkişafına zəmin yaradılıb. Bir sözlə, 1969-1982-ci illər Azərbaycanın tarixinə böyük quruculuq və iqtisadi tərəqqi dövrü kimi daxil olub.
Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb. Ulu öndərin rəhbərliyi altında ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət alıb. Bunun da əsasını müstəqil Azərbaycanın ilk Konstitusiyası təşkil edirdi. Sonrakı dövrdə Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi şəxsən Heydər Əliyevin adı ilə bağlıdır. Onun apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etməkdən və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət idi. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb.
çıxışlarda bir fikir xüsusi vurğulanıb ki, Heydər Əliyevin siyasi varisi, onun ideyalarının ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan gündən-günə inkişaf edir, möhkəmlənir.
Sonra “SPACE” Müstəqil Teleradio MMC-nin prezidenti, görkəmli rejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Patriot” filmi nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

