Azərbaycan gələcəkdə də enerji təhlükəsizliyi məsələsində ön sırada olacaq
28.07.2009 [11:32]
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən inkişaf etdirilən ölkənin enerji siyasətində son illərdə bir sıra mühüm uğurlara imza atılıb. Yüksək inkişaf tempi əldə edən ölkəmiz artıq nəinki yerləşdiyi Cənubi Qafqaz bölgəsinin, eyni zamanda, Avropa məkanının da enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır. İqtidarın apardığı uğurlu enerji siyasəti nəticəsində Azərbaycan həm ixracatçı, həm də enerji layihələrinin tranzit ölkəsi kimi karbohidrogen ehtiyatlarının dünya bazarlarına daşınmasında aparıcı rola malikdir.
ölkəmizdə görülən tədbirlər nəticəsində neft-qaz hasilatı ilbəil artır. Bu fikirləri Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında Prezident İlham Əliyev diqqətə çatdırıb. ölkə başçısı həm neft, həm də qaz ixracı sahəsində mühüm uğurlar əldə olunduğunu deyib: “Biz enerji təhlükəsizliyi məsələlərinin həlli ilə mütəmadi qaydada məşğuluq və deyə bilərəm ki, bu sahədə qarşıda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycanda görülən tədbirlər nəticəsində neft-qaz hasilatı ilbəil artır. Azərbaycan nəinki neft, eyni zamanda, qaz ixracı ilə çox ciddi məşğuldur. Biz, demək olar ki, bütün qonşu ölkələrə qaz ixrac edirik və gələn ildən bu proqram tam şəkildə təmin olunacaqdır. Eyni zamanda, ölkə əhalisini keyfiyyətli qazla təmin etmək üçün əlavə tədbirlər görülüb və əlavə investisiyalar hesabına bu sahədə də çox ciddi irəliləyiş olacaqdır. Biz, eyni zamanda, elektrik enerjisinin ixracı ilə məşğuluq. Baxmayaraq ki, bir neçə il bundan əvvəl Azərbaycan elektrik enerjisini xaricdən idxal edirdi”.
Artıq Azərbaycan ixracatçı ölkə kimi tanınıb. Həm xam neft, həm də neft məhsullarının ixracatı sahəsindəki irəliləyişlər ölkəmizin iqtisadi qüdrətinin artmasından xəbər verir. Prezident İlham Əliyev Azərbaycanın bütün bunlarla yanaşı, enerji ixrac etməsini tarixi hadisə adlandırıb: “Bu gün biz yenə də bütün qonşu ölkələrə elektrik enerjisi ixrac edirik. Bu il istifadəyə veriləcək Sumqayıt və Quba elektrik stansiyalarının fəaliyyəti nəticəsində bu ixrac daha da böyük rəqəmlərlə ölçüləcəkdir. Bu, həm Azərbaycanın bölgədə mövqelərini möhkəmləndirir, iqtisadi potensialını gücləndirir və həm də onu göstərir ki, biz milli sərvətimiz olan neft və qazdan səmərəli şəkildə istifadə edirik, onları emal edirik. Həm bütün dünyaya xam neft, həm də qonşu ölkələrə neft məhsulları ixrac edilir. Baxmayaraq ki, Azərbaycan bu bölgədə, demək olar, ən az neft-qaz hasil edən ölkədir, biz qonşu ölkələrə emal olunmuş məhsullar ixrac edirik. Eyni zamanda, deyə bilərəm ki, elektrik enerjisinin ixracı tarixi nailiyyətdir”.
Azərbaycanın gələcək enerji siyasətində “Şahdəniz” qaz yatağının xüsusi yeri olacaq. Bir müddət öncə bu yataqdan hasil olunacaq qazın Rusiyaya satılması ilə əlaqədar bağlanan müqavilə Azərbaycanın iqtisadi cəhətdən daha güclü olmasına yol açıb. Belə ki, Rusiyaya qazın dünya bazarı qiymətinə satılması həm siyasi, həm də iqtisadi üstünlüklərə gətirib çıxarıb. Bu isə gələcəkdə Azərbaycana sərmayə yatırılması sahəsində inkişaf vəd edir. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin gələcək fəaliyyəti nəticəsində ölkəmizə böyük həcmdə xarici sərmayələr yatırılacaq: “Eyni zamanda, Azərbaycan Dövlət İnvestisiya Şirkətinin gələcək fəaliyyəti nəticəsində ölkəmizə böyük həcmdə xarici sərmayələr, daxili sərmayələr qoyulacaqdır. Bu yaxınlarda imzalanmış yeni neft-qaz layihələri üzrə əməli-praktik işlər gələn ildən başlanacaqdır. “Şahdəniz” layihəsinin ikinci mərhələsinin başlanması ilə bağlı konkret tədbirlər görülür. Dünya miqyasında bu böyük, nəhəng layihənin icrası nəticəsində təkcə “Şahdəniz” qaz yatağına 20 milyard dollara yaxın vəsait qoyulacaqdır. Yəni, bütün bunlar real proqramlardır, real işlərdir. Biz gündəlik fəaliyyətlə bu nəticələri təmin edirik.
Eyni zamanda, Azərbaycanda mövcud olan qaz anbarlarının genişləndirilməsi üçün əlavə tədbirlər görülməlidir. Son illər ərzində müəyyən işlər görülüb, bu gün bizim yeraltı qaz anbarlarımızın tutumu bir milyard, bir milyard yarım kubmetr həcmindədir. Bu, bizə imkan verir ki, yay aylarında kifayət qədər ehtiyat yaradaq. Ancaq məqsədimiz ondan ibarətdir ki, qaz anbarlarımızın tutumunu 3-5 milyard kubmetrə çatdırmalıyıq. Belə olan halda, qaz ixrac edən ölkə kimi Azərbaycan öz əhəmiyyətini birə on artırmış olacaqdır. çünki qaz anbarlarının həcmi çox böyük iqtisadi və digər məsələlərin həllinə xidmət göstərəcəkdir. Bütün müvafiq göstərişlər verilib və Dövlət Neft Şirkəti bu işlərlə məşğuldur. Hesab edirəm ki, yaxın zamanlarda bu işlər başlanacaq və tezliklə başa çatacaqdır”.
Görülən tədbirlər, aparılan siyasət Azərbaycanın enerji sahəsində daha effektiv addımlar atmasına yardım edəcək. Təbii ki, yalnız Azərbaycanın milli maraqları çərçivəsində aparılan bu fəaliyyət ən son nəticədə ölkəmizin qüdrətlənməsinə, güclənməsinə xidmət edir. Prezident İlham Əliyev gələcəkdə də milli maraqlara söykənən və yalnız ölkəmizin inkişafını özündə ehtiva edəcək layihələrin həyata keçiriləcəyini bildirib: “Əlbəttə ki, neft-qaz sektorunda əldə edilən uğurlar çox müsbətdir, bu barədə mən öz fikirlərimi kifayət qədər bildirdim. Ancaq biz gələcəyə baxmalıyıq. Biz öz enerji potensialımızı maksimum səviyyədə realizə etməliyik. Xarici investisiyaların cəlb edilməsi üçün Azərbaycanın çox gözəl imkanları var. Biz özümüzü etibarlı tərəfdaş kimi göstərdik və Azərbaycan xarici investisiyalar üçün çox cəlbedici ölkədir. Enerji təhlükəsizliyi məsələlərinə gəldikdə, bir daha demək istəyirəm ki, Azərbaycan tam şəkildə özünü təmin edib və bizim digər layihələrdə iştirakımız, sadəcə olaraq, imkanlarımızı daha da genişləndirə bilər. Biz enerji təhlükəsizliyi məsələlərində beynəlxalq təşkilatlarla və dost ölkələrlə əməkdaşlıq edirik. Bu əməkdaşlıq qarşılıqlı maraq əsasında qurulur. Enerji sahəsində gələcək əməkdaşlıqda, ilk növbədə, bazar iqtisadiyyatı prinsipləri üstün olmalı, azad rəqabət prinsipləri tam şəkildə təmin edilməli və dünyada mövcud olan presedentlər və praktika bütün gələcək layihələrə də şamil edilməlidir. Bir sözlə, Azərbaycanın neft-qaz ehtiyatları çox böyükdür. Qaz ehtiyatlarımız bizə ən azı 100 il kifayət edəcəkdir. Belə olan halda, əlbəttə ki, biz bu işləri maksimum səmərə ilə görməliyik”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

