"Gallup" təşkilatının sorğusu reallığı əks etdirir
06.08.2009 [01:45]
Xatırladaq ki, “Gallup”un sorğusunun nəticələrinə görə, Ukraynada rəyi soruşulanların cəmi 4 faizi hakimiyyətin işindən razıdır. Litvada respondentlərin 13 faizi, Gürcüstanda 21 faizi, Moldovada isə 25 faizi hakimiyyətin fəaliyyətini bəyənib.
“Gallup” təşkilatının sorğusuna münasibət bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov hesab edir ki, bu sorğu tamamilə obyektivdir. Onun sözlərinə görə, bu gün Azərbaycanda görülən işləri miqyası və keyfiyyəti baxımından keçmiş sovet respublikaları ilə müqayisə etmək mümkün deyil: “Biz sovet dövrünü yaşamışıq, müstəqil dövlətin qurulması prosesini də izləmişik. Müstəqil dövlətin qurulması möhkəm əsaslara söykənərək milli və ümumdünya standartlarına uyğun şəkildə gedib. Dövlət quruculuğunda insan hüquqları amili böyük üstünlük təşkil edir. Eyni zamanda, mükəmməl dövlət idarəçiliyi sistemi yaranıb. ümumiyyətlə, bu prosesdə ən modern dəyərlər öz əksini tapıb”.
N.Cəfərovun fikrincə, bütün bunların nəticəsində də xalqla, cəmiyyətlə iqtidar arasında münasibətlər səmimidir. Millət vəkili qeyd edib ki, bu cür münasibətlər keçmiş sovet respublikalarında yoxdur. Bu baxımdan, ABŞ-ın nüfuzlu təşkilatının sorğusunun nəticələri real faktlara əsaslanır.
Sözügedən sorğunun nəticələrinə münasibət bildirən tarixçi alim, professor Musa Qasımlı deyib ki, nüfuzlu “Gallup” təşkilatının keçirdiyi rəy sorğuları bütün dünyada ən mötəbər, inanılmış nəticələr olaraq qəbul edilir: “Rəy sorğularının nəticələrinə görə, Azərbaycanın birinci yerdə olması reallığı əks etdirir və mənsubiyyətindən, mövqeyindən asılı olmayaraq hər bir azərbaycanlı üçün qürurvericidir. Diqqət yetirsək digər postsovet məkanı ölkələri ilə Azərbaycanı inkişaf baxımından müqayisə etmək doğru olmazdı. Cənubi Qafqaz ölkələri Gürcüstan və Ermənistan həm ayrılıqda, həm də bəlkə ikisi birlikdə sosial-iqtisadi, siyasi və mədəni baxımdan Azərbaycandan xeyli geri qalırlar. Bugünkü Azərbaycan nəinki son 15 ilin, hətta son 5 ilin Azərbaycanı deyil. Bəzən 1 il əvvəl Bakıdan ayrılan şəxslər geri qayıtdıqda, Azərbaycan rayonlarına səfərə çıxdıqda tamam başqa bir mənzərinin şahidi olurlar. Demək olar ki, son illərdə Azərbaycanda quruculuq işlərinin aparılması, işsizlərinin sayının azaldılması, yoxsulluğun həddinin aşağı salınması, Azərbaycan cəmiyyətində milli birliyə nail olunması, xalqla iqtidar arasında birliyin daha da möhkəmləndirilməsi prosesi gedib. Burada heç şübhəsiz cənab Prezident İlham Əliyevin yüksək dövlət idarəçilik bacarığı, xalq adamı olması, sadəliyi, daim xalqın içərisində olması, dövlət başçısının Azərbaycanın güclü dövlətə çevrilməsi, həmçinin, xalqının daha da yaxşı yaşaması niyyətləri və bu istiqamətdə həyata keçirdiyi praktik addımlar müstəsna rol oynayıb. Bu gün heç şübhəsiz cənab Prezidentin Azərbaycan cəmiyyətində alternativi yoxdur və dövlət başçısı xalqın mütləq əksəriyyəti tərəfindən dəstəklənir”.
Musa Qasımlı hesab edir ki, bu sorğunun nəticələri başqa bir cəhətdən də əhəmiyyətlidir: “Bu Azərbaycan haqqında obyektiv məlumatın yayılmasında müstəsna rol oynayacaq. Hesab edirəm ki, sözügedən rəy sorğusu reallığın, həmçinin, Azərbaycan xalqının qarşıdakı illərdə və gələcəkdə arzu və istəklərinin ifadəsi kimi də qəbul oluna bilər”.
Məsələyə münasibət bildirən politoloq Elşad Mirbəşiroğlu deyib ki, dünyada demokratiyanın beşiyi sayılan ABŞ kimi bir ölkədə fəaliyyət göstərən nüfuzlu “Gallup” təşkilatının sorğusunun bu cür nəticələnməsi bir azərbaycanlı kimi onu çox sevindirir: “Onu da qeyd etmək istəyirəm ki, bu tamamilə obyektiv göstəricilərdir. çünki ölkədə gedən proseslər, hərtərəfli islahatlar bir daha təsdiq edir ki, Azərbaycan iqtidarı xalqa kifayət qədər yaxın olan bir iqtidardır. Nəzərinizə çatdırım ki, bu sorğu keçmiş Sovet respublikaları ərazisində keçirilib. Hətta rəngli inqilabların baş verdiyi Gürcüstan və Ukraynada müqayisəyəgəlməz dərəcədə aşağı faizlə ölkə hökumətlərinə etimad göstərilib. Təsəvvür edin ki, Ukraynada cəmi 4 faiz, Gürcüstanda isə 21 faiz respondent hökumətə etimad göstərdiyini bildirib. Əslində, bu hökumətlə yanaşı prezidentlərə etimad sorğusu sayıla bilər. Yəni bu sorğunun mahiyyəti xalqın Prezidentə etimadını müəyyən etməkdən ibarətdir. Məhz bu baxımdan da, Azərbaycandan sorğuda iştirak edənlərin hökumətə yüksək faizlə etimad göstərməsi, əslində, xalqın Prezident İlham Əliyevə olan inamının nəticəsi sayıla bilər. Bu isə onu deməyə əsas verir ki, ölkədə gedən tikinti-quruculuq işləri, yüksək sosial rifah, infrastruktur quruculuğu xalq-iqtidar birliyinin təməlini təşkil edir”.
Elşad Mirbəşiroğlunun sözlərinə görə, məhz aparılan quruculuq-abadlıq işlərinin, o cümlədən, xalqın hakimiyyətə olan inamının nəticəsidir ki, artıq dünyanın bir çox nüfuzlu təşkilatları Azərbaycana qarşı ikili standartlardan əl çəkir və ölkədəki etimad mühitini düzgün şəkildə əks etdirirlər: “Bu sorğular bir daha təsdiqləyir ki, cənab İlham Əliyev həqiqətən də hər bir azərbaycanlının Prezidentidir. Və dövlət başçısının həyata keçirdiyi siyasətdən hər bir azərbaycanlıya pay düşüb”.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51

