Nüvə silahının yayılmasına qarşı mübarizə ümumbəşəri xarakter daşıyır
29.08.2009 [10:22]
“Nüvə silahı bəşəriyyət üçün böyük təhlükə mənbəyidir. Şimali Koreyanın nüvə sınaqlarını davam etdirməsi aparıcı dövlətlər tərəfindən narahatlıqla qarşılanır. Xüsusilə, BMT səviyyəsində narahatlıq müxtəlif formalarda ifadə olunur”. Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı son zamanlar Şimali Koreyanın nüvə sınaqlarını intensivləşdirməsini şərh edərkən deyib.
M.Qurbanlı bildirib ki, bu gün dünyada nüvə silahına malik olan ölkələrin bombalarının dağıdıcılıq qüvvəsi Xirosimo və Naqasakiyə atılan bombalarla müqayisədə ox və kamanın odlu silahla müqayisəsi səviyyəsindədir. Belə olan şəraitdə yeni-yeni ölkələrin nüvə silahı əldə etməsi olduqca təhlükəlidir: “İndiyə qədər bir sıra dövlətlər nüvə silahına sahib olub. “Nüvə klubu”na ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, çin Xalq Respublikası (çXR) kimi əsas ölkələr daxildir. Rəsmi qaydada nüvə silahına malik olanlar sırasında Pakistan və Hindistanın da adı var. Amma İsrail və Cənubi Afrika Respublikası (CAR) kimi dövlətlərin də bu silaha sahib olmasına dair məlumatlar yayılıb. Eyni zamanda, Braziliya, İran, Türkiyə kimi dövlətlərin nüvə silahını əldə etməyə yaxın olduğu bildirilir”.
YAP İcra katibinin müavini qeyd edib ki, nüvə silahının yayılmaması ilə bağlı Konvensiya mövcuddur və bu sənədə bir çox dövlətlər qoşulublar. Məqsəd isə nüvə silahının daha çox yayılmasının qarşısını almaqdır. çünki nüvə silahının yeni dövlətlərin əlinə keçməsi məhəlli müharibələr zamanı ondan istifadəyə səbəb ola bilər. Bir nüvə silahından istifadə edilməsi yüz minlərlə insanın ölümü ilə nəticələnə bilər. çin və Şimali Koreya nüvə silahına vaxtilə keçmiş SSRİ-nin dəstəyi ilə sahib olub. Şimali Koreyanın bu tip silahları modernləşdirməsi bölgə ölkələri üçün narahatlıq yaradır.
“Nüvə silahının yayılmasına qarşı mübarizə ümumbəşəri xarakter daşıyır. Azərbaycan dövləti də nüvə silahının yayılmasına qarşı mübarizəyə qoşulub. Azərbaycan nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə etməyin tərəfdarıdır. Nüvə silahının əldə edilməsini təşviq etmək isə mənəvi-siyasi cəhətdən normal deyil” deyə M.Qurbanlı vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

