Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: İnanırıq ki, Türkiyə hökuməti öz sözünün üstündə dayanacaq

Əli Əhmədov: İnanırıq ki, Türkiyə hökuməti öz sözünün üstündə dayanacaq

19.09.2009 [14:06]

“Türkiyə və Ermənistan arasında münasibətlərin qurulmasını özündə ehtiva edən protokollara Dağlıq Qarabağ problemi və Xocalı soyqırımı ilə əlaqədar müddəaların əlavə edilməsi ilə bağlı Türkiyənin bəzi partiyalarının verdiyi təklifləri ədalətli hesab edirəm. Eyni zamanda, vurğulamaq istəyirəm ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxış edərkən Ermənistana münasibətdə birmənalı şəkildə mövqeyini ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, Azərbaycanın işğal altında olan torpaqları azad edilməyincə, Ermənistanla hər hansı əlaqələrdən, o cümlədən,  sərhədlərin açılmasından söhbət gedə bilməz”.
Bu sözləri Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi Əli Əhmədov son zamanlar Türkiyə və Ermənistan arasında münasibətlərin qurulmasına dair aparılan danışıqlara münasibət bildirərkən deyib.
Türkiyənin hökumət başçısının mövqeyinə hörmətlə yanaşıldığını deyən Əli Əhmədov  cənab Ərdoğanın öz sözünün üstündə dayanacağına inandığını qeyd edib. “Digər tərəfdən, bizə bu inamı yaradan Türkiyə cəmiyyətinin bu prosesdə birmənalı olaraq və qətiyyətlə Azərbaycanın mövqeyini müdafiə etməsidir”, - deyə YAP-ın Sədr müavini vurğulayıb.


Paylaş:
Baxılıb: 1073 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30